Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə54/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   49   50   51   52   53   54   55   56   57
muhazre1

2. TMK-ın hərəkərverici qüvvələri

Beynəlxalq iqtisadi əlaqələr inkişaf etdikcə təsərrüfatçılığın yeni

strukruru kimi meydana çıxan TMK-lar özlərində beynəlxalq biznesi

cəmləşdirirlər. Adətən, TMK deyəndə, biz çox nəhəng monopolist bir

strukrur başa düşürük. Əvvəllər bu belə də var idi. Läkin müasir dövrdə

vəziyyət dəyişmişdir. İndi müxtəlif ölçüdə kiçik, orta, iri, nəhəng TMKlar

fəaliyyət göstərir. Lakin onların hamısının oxşar əlamətləri vardır.

Onlar bir qayda olaraq səmərəli fəaliyyət göstərirlər və müvəffəqiyyət

qazanırlar. Bəs bunların hərəkətverici qüvvələri hansılardır? İlk növbədə

bura kompaniyalarla dövlətin sıx əməkdaşlığını aid etmək lazımdı. Bu

əməkdaşlığın əsasında qarşılıqlı maraqların reallaşdırlması,

dövlətin güclü maliyyə, diplomatik, siyasi, hərbi qüvvəsi durur. Öz

növbəsində TMK-lar öz işlərinə yaradıcı, elmtutumlu münasibət bəsləməklə dövlətin möhkəmlənməsinə kömək göstərirlər. TMK-nın dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər və çox zaman da bu yola öz dövlətlərində beynəlxalq fəaliyyətlərinə mane olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da onlar öz dövlətlərinin daxilində korrupsiyanın, rüşvətvermənin, yersiz yoxlamaların, qorxutmaların qabaqcadan qarşısını almış olurlar.

Nəticəsi də göz qabağındadır. TMK-lar olan ölkələrin hamısında həm dövlət və həm də sahibkarlar kifayət qədər varlıdırlar, əhali də yaxşı yaşayır.

TMK-nın ilkin vəsaitinin məğzini sərbəst kapital təşkil edir. Öz ölkəsində yığılan ("artıq" qalmış) kapitala sərbəstlik verildiyinə görə о sərhədləri aşa bilmiş və sahibkarlar və dövlət üçün yeni mənfəətlər gətirməyə başlamışdır. Kapitalın sərbəstlik alması TMK-nın səmərəli işinin növbəti hərəkətverici qüvvəsidir. TMK-lar müəssisələrini, filiallarını, qız filiallarını, nəvə fıliallarını özlərinə sərf edən ökələrdə

aça bilirlər. Növbəti hərəkətverici qüvvə scçdikləri ölkələrdə nisbətən ucuz işçi qüvvəsindən, ucuz torpaqdan və yerli xammaldan istitadə etmək nəticəsində meydana gəlir. Bir qayda ilə xarici ölkələrdə tikilən müəssisə və sexlər nisbətən az kapital xərcləri tələb edir və nəticədə kapitalın səmərəlilik əmsalı orta dünya səviyyəsindən bir neçə dəfə yüksək ola bilər. Kapitalın geri alınması vaxtı isə qısa olur. TMK-nın fəaliyyəti müxtəlif və rəngarəngdir. Onlar avtomobil, neftçıxarma, elektronika, metallurgiya, maşınqayırma, kimya, yeyinti ve s. məhsulların istehsalı, satışı və tədqiqatı ilə məşğul olurlar. Dünya iqtisadiyyatına aid olan ədəbiyyatlarda verilən məlumatlara görə beynəlxalq kompaniyaların fəaliyyət dairəsinin 60%-ni istehsal təşkil edir. Xidmət sferasının payına 37 faiz düşiir. Qalan 3% isə hasilat və

kənd təsərrüfatını əhatə edir.

TMK-nın hərəkətverici qüvvələrindən biri də, onların son dövrlərdə meydana gəlmiş transmilli banklara arxalanmalarıdır. Bu banklar TMK-nın inkişafının maliyyə əsası kimi, özləri isə istehsal ın və maliyyənin beynəlmiləlləşdirilməsinin yeni təzahürü kimi çıxış edirlər. Belə bankların minlərlə fılialları dünyanın bütün nöqtələrində fəaliyyət göstərir və beynəlxalq fırmaların inkişaf etməsinə və çiçəklənməsinə

kömək göstərirlər.


Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin