ТМК-nın başlıca xüsusiyyətləri və səmərəli fəaliyyətinin səbəbləri
TMK-nın dünya təsərrüfat sistemində tutduğu yer və oynadığı rol onlann spesifık xüsusiyyətlərindən irəli gəlir. Belə xüsusiyyətlərdən biri onların fəaliyyətinin universal olmasıdır. TMK həm ticarətçi (tacir, kommersant), həm investor, həm də müasir texnologiyanı yayan və beynəlxalq əmək miqrasiyasını stimullaşdıran strukturlardır. Onlar istənilən məhsulu istehsal etmə, reallaşdırma, ticarətə nəzarət etmə , dünya və region bazarlarına təsir göstərməyə qadirdirlər. TMK-lar monopol birliklərdir, fəaliyyət dairəsinə görə beynəlxalq miqyaslıdırlar. Onlar bir çox cəhətdən dünya bazarında əmtəələrin və xidmətlərin dinamikasını və strukturunu, onların rəqabətə dözümlüyünü təyin edirlər. Kapitalın beynəlxalq miqyasda hərəkətinə
və biliyin və texnologiyanın ötürülməsinə güclü təsir göstərirlər TMKlar
öz mahiyyətləri nöqteyi-nəzərincə beynəlmiləldirlər və dünya iqtisadiyyatının vahid orqanizm kimi formalaşmasında mühüm rol oynayırlar.Müxtəlif ölkələrin müəssisələri arasında istehsal əlaqələrinin dərinləşməsində və genişlənməsində onların rolu getdıkcə artır. TMK-nın ən başlıca xüsusiyyətlərindən biri fəaliyyətin mənsub
olduğu ölkədən kənarda xarici ölkələrdə keçirilməsidir. Baş (valideyn,
ana) kompaniya adətən "doğma" ölkədə, müxtəlif ölçüdə olan fıliallar
isə xarici ölkələrdə fəaliyyət göstərir. TMK-lar tam bir təsərrüfat
imperiyasını xatırladırlar. Onların özlərinin səlahiyyətləri, hakimiyyəti,
müxtəlif orqan və strukturları, çoxlu ölkələrdə müştəriləri vardır. TMKın
yaxşı təşkil olunmuş nəqliyyatı, kommersiya sirrini qorumağa,
rəqiblərinin istehsal sirlərini öyrənməyə qadir xüsusi aparatları,
tərkiblərində bank strukturları fəaliyyət göstərir. Yüksək səviyyədə
təşkil olunmuş maliyyə imkanlarına malik olan ayrı-ayn TMK-nın sərəncamında olan maliyyə vəsaitlərinin məbləği çox vaxt bir neçə
inkişafda olan ölkələrin üst-üstə maliyyə imkanlarından çox ola bilər.
Bir qayda olaraq dövlət TMK-nın iqtisadi, siyasi, hüquqi maraqlarını
müdafıə edir.
Dünya iqtisadiyyatına təsiri, geri qalmış ölklərin iqtisadi inkişafı
baxımından TMK-nın fəaliyyətində ziddiyyətlər görmək olar. Bır
tərəfdən TMK-lar fəaliyyət göstərdiyi ölkələrin inkişaf etməsi üçün şərait yaratmağa (elmi-texniki nailiyyətlərin təsərrüfatlarda tətbiqini
sürətləndirməyə və s.) nail olurlar, digər tərəfdən ölkənin iqtisadi
asılılığını artırırlar.TMK-lar bütün dünyada və xüsusən zəif inkişaf
etmiş ölkələrdə fəaliyyət göstərir və bir qayda olaraq bu ölkələrdə
iqtisadiyyatın əsas sahələrini öz nəzarətlərinə götürürlər.
İqtisadiyyatın monopollaşması prosesi, məlum olduğu kimi uzun
illər bundan qabaq XIX-XX əsrlərdə başlamışdır. Kartellər bunun ən
çox yayılmış forması idi. Müəyyən dərəcədə beynəlxalq xassələri olsa
da, kartellər əsasən daxili bazara işləyirdilər. Müasir dövrün
monopolistləri olan TMK-nın isə əsas fəaliyyət dairələri xarici
dövlətlərdir. Əsas məqsədləri isə istehsalı özlərinə münasib ölkələrin
ərazilərində yüksəltmək və bu yolla da özlərinə mənfəət, əhaliyə isə
keyfıyyətli məhsul vermək və xidmət göstərməkdir. TMK-nm əsas xüsusiyyətlərindən və səmərəli fəaliyyət göstərmələrinə təsir edən amillərdən biri də onların dünya miqyasında maliyyə resurslarından öz xeyirləri üçün istifadə etmələridir. ABŞ-ın
Maliyyə Nazirliyinin məlumatlarına görə Amerika korporasiyalarının nxaricdə yerləşən filiallarının aktivlərində olan vəsaitin məbləği keçən əsrin 90-cı illərinin ortasında 2 trilyon dollar təşkil edib. Onların maliyyələşdirilməsində vəsaiti qəbul edən dövlətlərin və üçüncü dövlətlərin fıziki və hüquqi şəxslərinin vəsaiti ABŞ-da yerləşən baş kompaniyaların onlara yönəltdiyi vəsaitdən çox olmuşdur.
TMK-lar bir cəhətdən də diqqəti cəlb edir. Bu strukturlar elmi, texnikı və texnoloji yenilikləri qısa müddətdə istehsala tətbiq etmək, innovasiya mühitləri yaratmaq, bütün səviyyələrdə bazarı öyrənmək, onların sektorlarını araşdırmaqda dünyada fəaliyyət göstərən ən qabaqcıl kompaniyalarla yarışa girə bilir və qalib gəlirlər. Ən əlamətdar
cəhət ondadır ki, TMK-lar istehsalın səmərəli olmasına kompleks yanaşırlar və xüsusən istehsalın sosial iqtisadi və təşkilati cəhətlərinə çox fikir verirlər. Onlar beynəlxalq menecment sənətinə ustalıqla yiyələnirlər və bu sahədə böyük və əməli təcrübə toplamışlar.
Fəaliyyətin diversifikasiyalaşdırılması, dinamikliyi, cevikliyi və uyuşqanlı olması hər hansı süni şəkildə meydana gəlmiş və yaxud da obyektiv səbəblər üzündən yaranmış vəziyyətlərdən "üzü açıq" çıxmaları TMK-lara xas olan xüsusiyyətdir.Bu cəhətlə imkan verir ki, onun təşkilatçıları istehsalı və satışı vaxtında optimallaşdıra və firmanın şöhrətini saxlaya bilsinlər.
Dostları ilə paylaş: |