Transmilli korporasiyalar (TMK) və dünya iqtisadiyyatı
1. TMK-nın mahiyyəti
Bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş kapitalist ölkələrininəsas liderləri keçən əsrdə böyük müvəfəqiyyətlər əldə edə bildilər. Nəhəng monopolist fırmaların əlində çoxlu miqdarda maliyyə resursları toplanmışdı. Ölkə daxilində onlardan tam və səmərəli istifadə etmək limiti tükənməkdə olduğuna görə kapital sahibləri pulu ölkənin xaricində yerləşdirmək və daha yüksək gəlir əldə etmək ideyalarını öz hökumətlərinin dəstəyi ilə reallaşdırmağa başladılar. Bu cür ideyaların ortaya çıxması və reallaşmağa başlaması tarixi keçən əsrin birinci yarısına təsadüf edir. Lakin kapitalın xarici ölkələrdə
yerləşdirilməsi işinin dünya iqtisadiyyatına güclü təsiri əsrin ikinci yarısında əyani nəzərə çarpmağa başladı. Məhz bu dövrdə inkişaf etmiş ölkələrin xaricdə fəaliyyət göstərən sənaye, bank və digor strukturlarının sayı 10 mini ötmüşdü. Getdikcə onların içərisindən çox da böyük olmayan qruplar daha fəallaşmağa başladılar və özlərinin istifadə etdikləri yeni stil və üsulların hesabına böyük müvəffəqiyyətlər əldə etdilər. Bunları sonralar transmilli korporasiya (TMK) adlandırmağa başladılar.
Bu gün TMK-lar çox inkişaf etmişlər və bir çox cəhətdən dünya bazarının strukturunu və məhsulların rəqabət qabiliyyətliliyini, beynəlxalq kapitalın hərəkətini və texnologiyanın ötürülməsini təmin edə bilirlər. Yüksək idarəetmə və təşkilati struktura malik olan TMK-ın baş qərargahlarının beşdə dördü ABŞ-da, Yaponiyada, Böyük
Britaniyada, Almaniyada və Fransada yerləşmişdir. Bütün iri TMK-ın 30%-ə qədəri ABŞ-ın payına düşür. dünyanın 500 fəaliyyət göstərən nəhəng sənaye kompaniyalarının 193-ü ABŞ-ın, 87-si Yaponiyanın, 52-si İngiltərənin, 36-sı Almaniyanın, 27-si Fransanın, 16-sı Kanadanın və 13-ü İsveçrənin payına düşürdü.
Dünya iqtisadiyyatının inkişafında, istehsalların beynəlmiləlləşməsində, kapitalın səmərəli dövr etməsində, beynəlxalq miqyasda elmi və texniki nailiyyətlərin istehsala kompleks tətbiq edilməsində, iş yerlərinin yaradılmasında, iqtisadi inteqrasiya
proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji, təşkilati
iqtisadi və sosial məsələlərin həll edilməsindən TMK-nın rolu
böyükdür.
TMK-nın bir mühüm cəhəti də vardır. Onlar nəyin
bahasına olursa-olsun mənfəət (təmiz mənfəət) əldə etməyə yox, nəyin
bahasına olursa-olsun istehsalın və xidmətlərin həcminin artırılmasına
çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi olaraq çoxlu mənfəət əldə
edirlər. Bir fıkir verin: ABŞ-ın "Ceneral motoros" avtomobil
korporasiyası 1988-ci ildə 4,9 milyard dollar təmiz mənfəət əldə etməyə
nail olmuşdur. Bəs dünya iqtisadiyyatının "qazancı" nə olmuşdu? 4,9
milyard dollar təmiz mənfəət əldə edən korporasiya 121,1 milyard
dollarlıq avtomobil məhsulu istehsal edib sata bilmişdir.
Həcmdən qazanmaq, məhsulun keyfıyyətini yüksəltmək, çevik
idarəetmə sistemi yaratmaq, elmin, texnikanın, texnologiyanın inkişafını
sürətləndirmək, istehsalın elm tutumluluğunu durmadan yüksəltmək
TMK-nın başlıca iş üsullarındandır. Bütün bunların fonunda satışa görə
rentabellik demək olar ki, bütün transmilli korporasiyalarda çox
aşağıdır. Məsələn, baxılan dövrdə "Ceneral motors» korporasiyasının
rentabelliyi satış həcminə görə cəmi 4faizdən bir qədər çox (4,05)
təşkil etmişdir
nisbətən ucuz əmtəə və xidmətlərlə təmin edirlər. Lakin mahiyyətcə
onlar sovet dövrünün şüarları ilə desək, əsl kapitalistlərdirlər və ilk
növbədə, onlar öz maraqlarını, fırmanın maraqlarını qoruyurlar və
özlərinə xidmət edirlər. Lakin nəticəsi dünya iqtisadiyyatının və
əhalinin xeyrinədir. Bu paradoksdur. Onun izahını, mahiyyətini isə
dünyanın ən məşhur iqtisadçılarından olan Adam Smit vermis və
açmışdır: "Satış üçün məhsul istehsal edən hər hansı bir adam (sahibkar)
yalnız öz şəxsi marağını güdür, xüsusi mənfəətindən çıxış edir. Lakin bu
zaman o, "gözəgörünməz əl" vasitəsi ilə öz məqsədinə tamamilə dəxli
olmayan məqsədə doğru yönəldilir, yəni bəzən özü də bilmədən daha
əməli surətdə cəmiyyətin mənafeyinə xidmət etmiş olur".
TMK-lar həm sayca və həm də istehsalın həcmi baxımından
sürətlə inkişaf etməkdə davam edirlər. BMT-nın tədqiqatçıları hesab
edirlər ki, bu gün 35 minə qədər TMK fəaliyyət göstərir. Müqayisə üçün
göstərək ki, 1939-cu ildə onların sayı cəmi 30-a bərabər idi. İndi TMKdə
birbaşa xarici kapital qoyuluşunun 90%-nə nəzarət edirlər.
Dostları ilə paylaş: |