Beynəlxalq iqtisadi münasibətlərdə Bİm -də beynəlxalq iqtisadi siyasətin (BİS) yeri



Yüklə 210,43 Kb.
səhifə56/57
tarix02.01.2022
ölçüsü210,43 Kb.
#44314
1   ...   49   50   51   52   53   54   55   56   57
muhazre1

3.4.Dünya iqtisadiyyatı və TMK

Dünya iqtisadiyyatının inkişaf və tərəqqi etməsində TMK-ların rolu çox böyükdür. Beynəlxalq korporasiyalar məhsuldar qüvvələrin beynəlmiləlləşməsinə səbəb olurlar ki, bu da öz növbəsində bazaar münasibətlərində meydana gəlmiş məhsuldar qüvvələrin və istehsal münasibətlərinin dünya miqyasında (beynəlxalq miqyasda) təşəkkül tapmasına çox gözəl şərait yaradırlar və dünya iqtisadiyyatının inkişafına və rezonans səmərə əldə etməyə imkan verir: ayrı-ayrı milli kapitalların birləşdirilməsinə əsaslanan monopollaşma fəaliyyət göstərdiyi ölkələrdə məhsuldar qüvvələrin inkişafı üçün yeni şərait yaradır. Elə şəraitlə ki, TMK-sız bəlkə də heç yaranmayacaqdı, ya da ki, yaranması üçün uzun illər tələb olunacaqdı. TMK-lar yüksək mənfəət əldə etmələri üçün hərtərəfl çalışırlar və bu yolda istər-istəməz beynəlmiləlləşirlər. Bu prosesin özü bütün dünya iqtisadiyyatına müsbət təsir göstərir. Beynəlmiləl status almış belə korporasiyaların ilk maraqları çoxlu mənfəət əldə etməkdirsə, sonrakı maraqları (öz iradələrindən asılı olmadan dünya iqtisadiyyatının inkişafını təmin etməkdir. Onlar mənfəət "əldə etmək xatirinə dünyada baş verəcək neqativ (etnik çəkişmələr müharibələr) hallara da çox pis yanaşırlar və deməli, dünya iqtisadiyyatının inkişafı üçün şərait yaranmasının "mübarizlərinə” çevrilirlər. Xarici ölkələrdə fəaliyyət

göstərən filialların istehsal təsərrüfat fəaliyyəti TMK-nın öz ölkəsində yerləşən baş qərargahından idarə edilir və istehsal edilən məhsul çox vaxt dünya bazarı üçün nəzərdə tutulur. TMK- beynəlxalq əmək bölgüsünün sürətlənməsinə şərait yaradır. Kompaniyalar arasında, ölkələr arasında baş verən əmək bölgüsü bir fırma daxilində beynəlxalq əmək bölgüsü ilə tamamlanır. Bu cür çoxmillətli kompaniyalar son illər

müəyyən xidmət növlərinin həyata keçirilməsi ilə də məşğul olmağa

başlamışlar.

TMK-nın dünya iqtisadiyyatına təsirinin digər tərəfı elmi-texniki tərəqqi və onun nailiyyətlərinin istehsala gecikmədən tətbiq edilməsi ilə bağıldır. Bu sahədə TMK-ı əvəz edən başqa struktur tapmaq cətindir. TMK-ların özləri beynəlxalq təsərrüfat strukturu olmaqla mahiyyətcə innovasiya növlü strukurlardır. Onlar öz fılialları vasitəsilə elmi-texniki tərəqqi nailiyyətlərinin digər ölkələrə də yayılmasına səbəb olurlar.

Toxuculuq və elkektronika sahəsində bu proses daha çox nəzərə çarpır.

Məhz TMK -ların dünyanın bir çox ölkələrindəki firma və kompaniyalarda əlaqəyə girmək, birgə müəssisə yaratmaq, fundamental və priklada tədqiqatlar həyata keçirmək, lisenziya almaq, əməkdaşlıq etdiyı müəssisələrin texniki-istehsal bazalarını müasir səviyyədə aldırmaq üçün imkanları daha çox olur.




Yüklə 210,43 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin