9
FƏSİL 1. TURİZM MARKETİNQİ VƏ TURİZM MƏHSULU ANLAYIŞI
1.1. Turizm marketinqi anlayışı
Marketinq anlayışı ayrı-ayrı müəlliflərin səyinə əsasən müxtəlif kitablarda
fərqli formalarla təsvir edilir. Yaxın zamana kimi çox
istifadə olunan təriflərdən
müəyyən bir hissəsi aşağıda göstərilmişdir. Məsələn aşağıda:
“Marketinq əmtəələrin istehsalçılardan alıcılara yönləndirilməsində görülən
müxtəlif fəaliyyətlər cəmidir”.
“Bazarlama zaman, məkan və mal - mülk faydalarının yaradılmasına köməklik
göstərən fəaliyyətlərdir” və s.
Ancaq müasir dövr reallıqları baxımından yanaşıldıqda, marketinq anlayışının
istifadə dairəsinin çox geniş olması
səbəbi ilə, bu təriflər marketinq anlayışını tam
əhatə etmək gücündə deyildir. Bunun da bir çox səbəbləri vardır.
Təriflərdən də göründüyü kimi, marketinq sahəsi əmtəələrin istehsalı prosesini
izlədiyi və hazır əmtəələrin istehlakçıların əlində keçməsi ilə yekunlaşdığı
bildirilməkdədir. Ancaq həqiqi anlamda isə marketinq fəaliyyətləri istehsalat
prosesindən öncə başlayır və əmtəələrin istehlakçılar tərəfindən ələ keçiriləməsindən
sonra da davam edir.
Göstərilən təriflərdə ayrıca olaraq, marketinqin
ilk növbədə vəzifəsinin
əmtəələrin alıcılara doğru sadəcə fiziki inkişafı olaraq göstərilməyə çalışmaqdadır.
Həqiqətdə isə bu fəaliyyətlər marketinqin kompleks fəaliyyətlərinin cüzi bir hissəsini
təşkil edir.
“Marketinq ehtiyacların və tələbatların dəyişmə yolu ilə ödənilməsinə
yönəldilmiş insan fəaliyyəti növüdür”.
10
1984-ci ildə isə ABŞ Marketinq Təşkilatı marketinqin aşağıdakı
geniş tərifini
hazırlamışdır [10,səh.3].
“Marketinq, insanların və təşkilatların istəklərinə uyğun dəyişən mühit
amillərinin ətrafında mübadiləni təmin etmək üçün, əmtəələri, xidmətləri və ideyaları
yaratmaq, bunları böyütmək, qiymətlərini təyin etmək, bölüm proqramını yaratmaq,
stimullaşdırma vasitələrini planlaşdırmaq və reallaşdırmaqdır” [10,səh.6].
Turizm marketinqi ilə əlaqədar hal – hazırki dövrə kimi çoxlu anlayışlar
yaranmışdır. Bunların daxilində ən daha aydın olan: bir turizm destinasiyasının, turizm
müəssisəsinin yüksək gəlir əldə
etmə hədəfinə müvafiq olaraq, turizm məhsulunun
bazarda yaxşı bir yer tutması məqsədilə turizm tələbinin
xüsusiyyətlərini də nəzərə
alaraq turizm məhsulu ilə əlaqəli araşdırma, təxmin və seçim etməyi hədəfləyən
idarəetmə fəlsəfəsidir. Araşdırmalara
əsasən müəyyən olundu ki, turizm marketinqi
anlayışı 20-ci əsrin sonlarında yerləşdirmə və səyahət
idarəedilməsi ilə birlikdə
İngiltərə və avropa qitəsində yaranmağa başlamışdır. Turizm marketinqinin sistemli
şəkildə iböyüməsi 1951-ci illərə təsadüf edir [3,səh.5].
Dostları ilə paylaş: