Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Turizm marketinqinin xüsusiyyətləri



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   2   3   4   5   6   7   8   9   10   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

 1.2. Turizm marketinqinin xüsusiyyətləri
Turizm marketinqini digər ənənəvi marketinqdən fərqləndirən bəzi xüsusiyyətlər 
vardır : 

Digər bazar məhsullarından fərqli olaraq turizm marketinqində maddi olmayan 
xidmət satılır. Digər tərəfdən istifadə edilən maddi olan məhsullar sırasına 
şirniyyat məhsulları, içkilər, yeməklər aid edilə bilər; 

Turizm marketinqi üçün digər bazar növlərindən fərqli olaraq bir çox təbii 
faktorların mövcudluğu vacibdir. Məs: təbii gözəlliklər dəniz, qum, günəş; 

Turizm marketinqində istehlakçılar xidmətlərin istehsal olundugu yerə 
gedərlər. Digər bazar növlərində isə məhsul istehlakçının ayağına gələr; 


11 

Turizm bazarında istehsal və istehlak eyni zamanda baş verər; 

Turizm sənayesində marka imicinə bağımlılıq azdır. Ənənəvi bazarda isə 
firmalar imic yaratmaga çalışır; 

Turizm məhsulları üçün yaranan tələb günlük, həftəlik, aylıq və illik olaraq 
çox fərqlilik göstərən dəyişkən tələbdir; 

Turizm bazarında istehlakçı istəyi ön plandadır; 

Turizm marketinqi riskli bazardır. Məsələn: bir restoran və ya oteli başqa bir 
yerə daşıya bilmərik; 

Turizm məhsuluna yönəlmiş tələb həm mikro səviyyədə, həm də makro 
səviyyədə ölkə rəhbərliyinin idarə etdiyi təbliğat səylərindən təsirlənir; 

Turizm məhsulların olan tələb mövsümi dalğalanmalar göstərə bilər. Bu hal 
həm turizm marketinqi fəaliyyətlərinin uğurlu olmasının qarşısını ala bilər , 
həm də müştərinin müxtəlif xüsusiyyətlərini ayırmaq imkanına malikdir. 

Turizm bazarının mücərrəd olması, onun stoklanabilməməsi ilə nəticələnir. 
Stok edilməməyi turizm marketinqinin fəaliyyətlərinin önəmini artırmaqdadır. 

Turizm marketinqində insan amili önəmlidir [12,səh.10]. 
1.3. Turizm marketinqi 4P ünsürləri
Marketinq anlayışı 1950 - 1951 – ci illərdə meydana gəlmişdir. Buna, həmçinin 
“4P” adı da verilmişdi; məhsul, qiymət, yayılma və stimullaşdırma. Sonralar xidmət 
sektorunun inkişafı ilə bağlı xidmət bazarı üçün lazimi olan yeni ünsürlər meydana 
çıxmışdır. Xidmət bazarı üçün mühüm olan bu ünsürlər turizm marketinqi üçün də 
istifadəsi uyğun hesab edilmişdir. Qeyd edilən ünsürlərə aiddir: insan amili, fiziki 
sübutlar, müddət. Bu ünsürlər özlüyündə ‘’7P’’ adını almışdır [12,səh.11]. 


12 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin