Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə sisteminin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix07.05.2023
ölçüsü1,28 Mb.
#109159
1   2   3   4   5   6   7   8   9   ...   19
Mehdizad-F-rid

Cədvəl 1.1.1
Müxtəlif ölkələrdə korporativ idarəetməyə yönəlmiş aktlar 
Yayımlanan hesabat 
Yayımlanan 
ölkə 
Treadway Komissiyası, 1987 
ABŞ 
Cadbury Hesabatı, 1992 
İngiltərə 
Xalqa Açıq Şirkətlərə Nəzarət Hesabatı, 1993 
İngiltərə 
Hilmer Hesabatı, 1993 
Avstraliya 
Dey Hesabatı, 1994 
Kanada 
Vient Hesabatı, 1995 
Fransa 
Greenbury Hesabatı, 1995 
İngiltərə 


11 
Peters Hesabatı, 1998 
Niderland 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 
Korporativ İdarəetmə Prinsipləri 
Şura 
Hampel Hesabatı, 1998 
İngiltərə 
Bajaj Komitə Hesabatı 
Hindistan 
Birla Komitə Hesabatı, 2000 
Hindistan 
Sarbanes - Oxley qanunu, 2002 
ABŞ 
Mənbə: Doğan, Mustafa (2007). Kurumsal Yönetim. Ankara: Siyasal Kitabevi.s.23 
Korporativ idarəetmənin yaranma səbəblərini belə sıralaya bilərik; 
 Maliyyə böhranları; 
 Şirkət və ya idarələrdəki idarəetmə skandalları; 
 özəlləşdirmə fəaliyyətləri; 
 Beynəlxalq bazarlardakı kapital hərəkətlərinin artması, 
 Globallaşma meylləri. 
Korporativ idarəetmənin məqsədlərini belə ifadə edə bilərik; 
Təşkilatın üst rəhbərliyinin güc və səlahiyyətlərindən sui-istifadə etmələrinə mane 
olmaq; 
Təşkilat sahiblərinin hüquqlarının qorunması; 
Təşkilatla əlaqədar mənfəət sahiblərinin hüquqlarının qorunması; 
Təşkilat ilə əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması; 
Vəzifə, səlahiyyət və məsuliyyətin açıq olaraq təyin olunması; 
Təşkilat rəhbərliyinin hesab vermə öhdəliklərinin gündəmə gəlməsi; 
Kiçik səhmdarların qorunması; 
Təşkilatla əlaqədar olaraq etibarın yaradılması. 
Korporativ idarəetmənin faydaları aşağıdakılardır: 
 Təşkilat idarəetməsi və təşkilat sabitliyə qovuşur; 
 Təşkilatın rəqabət gücünü artırır; 
 İqtisadi böhranlara qarşı müdafiə gücü artır; 
 Müasir idarəetmə metodlarının tətbiq olunma imkanı artır; 
 Təşkilatın mənfəəti artır; 


12 
 Təşkilat idarəetməsinə keyfiyyət və şəffaflıq gəlir; 
 Təşkilata güvən və etimad yüksəlir; 
 Sərmayə xərcləri düşür; 
 Kredit faizləri düşür, kredit xərcləri azalır. 
Korperativləşmə ilə şirkətin fəaliyyətinin və idarə olunmasının bir sistem 
olaraq yerinə yetirilməsi aydın olur. Bu sistemin parçalarını meydana gətirən hər 
bir parçanın sistemin bütövlüyü daxilində rollarının və vəzifələrinin müəyyən 
olunması vacibdir. Korperativləşmə ilə şirkətin məqsədlərinə uyğun olaraq bir 
təşkilati quruluşun yaradılması, hər bir parçanın iş və vəzifələrinin yazılı müəyyən 
olunması, bu məqsədlərə yönələrək şirkətin daxili tənzimləmələrinin yaradılması, 
səlahiyyət və məsuliyyətin paylanaraq professional bir idarəetməyə keçilməsi 
təmin edilmiş olur. 
Korporativ idarəetmə nəzəriyyəsi və təşkilati rəhbərliklə əlaqədar 
tənzimləmələr dörd əsas prinsipi üzərinə yönəldilir; ədalətlilik, şəffaflıq, 
hesabatlılıq və məsuliyyət. Korporativ idarəetmənin bu dörd əsas prinsipi şirkət 
performansının ölçülməsi və inkişaf etdirilməsi məqsədlərinin reallaşdırılması 
məqsədiylə bir-birləriylə əlaqələndirilmir. Bundan başqa korperativ idarəetmənin 
yerinə yetirilməsi ilə pay sahiblərinə dəyər yaradılacağı və ictimai dəyərlərə də 
hörmət olunacağı gözlənilir. OECD tərəfindən hazırlanan Korporativ İdarəetmə 
Prinsipləri də bu dörd əsas prinsipi üzərinə qurulmuşdur. 
Ədalətlilik prinsipində şirkətin pay sahiblərinə ədalətli və bərabər 
davranılması istənilir. Bu qanun ilə azlıq pay sahibləri və xarici tərəfdaşlar da daxil 
olmaq üzrə bütün pay sahibi hüquqlarının qorunması və pay sahibliyi ilə əlaqədar 
olaraq edilən
bütün müqavilələrə riayət etmək qarşıya məqsəd qoyulmuşdur. 
Şəffaflıq prinsipinə görə şirkətin fəaliyyətləri ilə əlaqədar şirkətin pay 
sahibləri ilə ola biləcək sərmayəçiləri maraqlandıran bütün məlumatların 
ictimaiyyət ilə paylaşılması istənilir. Şirkətin fəaliyyət nəticələrini göstərən ən 
əhəmiyyətli sənəd olan maliyyə hesabatlarının şirkətin bütün fəaliyyətlərinin 
həqiqi nəticələrini göstərəcək şəkildə hazırlanması lazımdır. Bundan başqa, 


13 
maliyyə hesabatlarında əks olunan əməliyyat və faktların səbəbi və necə 
edildiyinin açıqlanması və bunun ictimaiyyət ilə paylaşılması şirkət haqqında 
etibarı artıran bir ünsür olacaq. Bu məqsədlə beynəlxalq qəbul olunmuş mühasibat 
prinsiplərinə riayət etmək surətiylə
maliyyə hesabatları təşkil edilməlidir. 
Hesabatlılıq prinsipinə görə şirkətin fəaliyyətləri və tətbiqlərinin nəticələri 
ilə birlikdə açıqlanması tələb olunur. Bu məqsədə yönəlmiş idarə heyətinin şirkətin 
üst rəhbərliyinin performansını obyektiv və həqiqi olaraq müstəqil bir şəkildə 
dəyərləndirməsi üçün lazımi nəzarət sistemlərinin qurulması, şirkət rəhbərlərinin 
pay sahiblərinə qarşı hesab verə bilməsinə yönəlmiş qaydaların qoyulması və 
monitorinqi lazımdır. 
Məsuliyyət prinsipinə görə şirkətin öz daxilinə və xaricinə qarşı olan bütün 
məsuliyyətlərinin müəyyən edilməsi istənilir. Bu məqsədə yönəlmiş şirkətlərin öz 
pay sahibləri üçün müsbət dəyərlər yaradarkən, ictimai dəyərləri əks etdirən qanun 
və qaydalara uyğunlaşma göstərərək fəaliyyətlərini davam etdirmələri, şirkət 
daxilində lazımlı vəzifə bölgüsü edilərək üzvlərin məsuliyyət sahələrinin 
müəyyənləşdirilməsi və bu üzvlərin şirkətin idarə heyəti ilə əlaqələrinin 
çərçivəsinin ortaya qoyulması, müstəqil və effektiv şəkildə şirkət lehinə işləyə 
bilən müstəqil idarə heyəti üzvlərinə idarə heyətində vəzifə verilmək lazımdır. 
Nəticədə korporativ idarəetmə; 
 Bir şirkətin idarə heyəti, tərəfdaşları və digər mənfəət sahibləri arasındakı əlaqələri 
məsuliyyət, hesabatlılıq, şəffaflıq və ədalətli olmaq kimi etik anlayışları da özünə 
daxil edəcək şəkildə müəyyən edən, 
 Şirkət ilə əlaqədar qərarların qəbul edilməsində tərəflərin şirkət
üzərindəki haqq və öhdəliklərini də güdərək istifadə ediləcək ümumi qayda
və prosedurları müəyyən etməyi hədəfləyən, 
 Şirkətin çatmaq istədiyi məqsədləri, bu hədəflərə çatmaqda izləniləcək yol və 
üsulları araşdıran, 
 Bu hədəf nəticəsində çatılan nəticənin performans qiymətləndirməsi və 
yoxlamasını reallaşdırmağı hədəfləyən bir idarəetmə formasıdır deyə bilərik. 


14 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin