Tədqiqatın praktik əhəmiyyəti. İşin praktiki əhəmiyyəti ondan ibarətdir ki,
tədqiqatın nəticələrindən korporativ müəssisəlrin idarəedilməsi və ya korporativ
maliyyə sisteminin təşkili və onun təkmilləşdirilməsində istifadə edilə bilər.
İşin strukturu və həcmi. Dissertasiya giriş, üç fəsil və səkkiz yarımfəsildən,
nəticə və təkliflər bölməsində, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
7
I Fəsil. Beynəlxalq maliyyə böhranı şəraitində korperativ idarəetmə
sisteminin nəzəri əsasları
1.1. Korperativ idarəetmə anlayışı və onun nəzəri əsasları
Korporativ idarəetmə ilə bağlı iqtisadi ədəbiyyatlarda fərqli anlayışlar
verilmişdir. Verilən anlayışların bəzilərinin korperativ idarəetməyə dar və geniş
mənada baxıldığı, bəzilərinin isə korperativ idarəetmənin xüsusiyyətlərindən bir və
ya bir neçəsinin ön plana çıxarılması surətiylə edildiyi görünür.
Korporativ idarəetmə ilə əlaqədar olaraq verilən anlayışlarla ədəbiyyatdakı
korperativ idarəetməyə gətirilən anlayışlar birlikdə qiymətləndirildikdə, korperativ
idarəetmə əvvəlcə şirkətlərin və təşkilatların idarəetmə və fəaliyyətlərinin idarə
edildiyi bir sistemi ifadə etmək üçün istifadə edildiyini görmək olar. Dar mənada
korperativ idarəetmə pay sahiblərinin hüquqlarının şirkət tərəfindən tanınması və
bu hüquqlarının pay sahibləri tərəfindən effektiv istifadə edilməsinə imkan verən
sistemlərin qurulması və şirkətlərin idarə edilməsidir. Şirkətlərdə bu mövzuda
məsul orqan idarə heyətidir. Ancaq, korperativ idarəetmə anlayışı geniş izah
edildikdə, korperativ idarəetmə yalnız idarə heyəti tərəfindən yerinə yetirilən
fəaliyyətlər kimi nəzərdən keçirilir. Geniş mənada korperativ idarəetmə idarə
heyəti, pay sahibləri ilə şirkətin üst səviyyə rəhbərliyi arasındakı əlaqələri təşkil
edən bir sistemdir.
Korporativ idarəetmə anlayışı şirkətlərin şəffaflıq, ədalətli olmaq, hesab
vermə və məsuliyyət prinsipləri çərçivəsində fəaliyyət göstərə bilmələrini təmin
etməyə yönəlmiş və xüsusilə ABŞ-da baş verən şirkət skandallarından sonra bütün
dünyada gündəmə gələn bir anlayışdır. Yaxın tarixlərdə baş verən Enron,
WorldCom, Global Crossing, Tyco və s. şirkət skandalları bildiyimiz kimi bu
şirkətlərin maraqlı tərəfləri başda olmaq üzrə bütün əlaqədar tərəflərini böyük
zərərlərə uğratmış və maliyyə bazarlarını sarsıdaraq narahat etmişdir. Dünyada
yaxın keçmişdə baş verən böhranlardan sonra ABŞ-da yaşanan bu hadisələr 2002-
ci ildə Sarbanes-Oxley qanununun ortaya çıxması ilə nəticələnmişdir. Bu qanun,
əsas prinsipləriylə nəzarət məsələlərini əhatə etməklə yanaşı, qanunda korporativ
idarəetmə qaydalarına da yer verilmişdir. Avropa Birliyi də səlahiyyətli şəxslər
8
tərəfindən hazırlanan Sarbanes-Oxley qanununun gətirdiyi korporativ idarəetmə,
nəzarət və uçot standartlarını davamlı dəstəklədiyini vurğulamışdır. Məhz bütün bu
mənfilikləri əvvəldən görə bilmək, vaxtında qarşısını ala bilmək və bunların təkrar
baş verməsindən qaça bilmək üçün korporativ idarəetmə məsələləri son illərdə
yenilənən siması ilə gündəmə ağırlığını qoymağa başlamışdır. Ölkəmizdə bu
məsələ ilə əlaqədar olan idarəetmə, nəzarət və yoxlamanın ali orqanları əvvəlki
illərə görə bu mövzuda daha effektiv çalışır, həm icra etdiyi sahə araşdırmaları
müəyyən edir, həm də korperativ idarəetmənin təşkilatlar arasında təsisi,
yerləşdirilməsi və inkişaf etdirilməsiylə əlaqədar əhəmiyyətli səylər sərf edir.
Korporativ idarəetmə (corporate governance) anlayışı 1990-cı illərdən
etibarən istifadə edilməyə başlanmış və inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr,
iş dünyası və akademik dairələr tərəfindən qəbul edilmiş və təsdiq olunmuş bir
idarəetmə sistemidir. Yeni bir idarəetmə sistemi olmasından ötrü hər kəs tərəfindən
qəbul edilən tək bir tərifi vermək doğru deyil.
Buna görə, fərqli təşkilatlar və tədqiqatçılar tərəfindən korperativ idarəetmə
ilə bağlı olaraq inkişaf etdirilən çox sayda tərif bir-biri ilə üst-üstə düşsə də,
korperativ idarəetmənin konkret tərifinin gələcəkdə formalaşmağa davam edəcəyi
hesab edilir (Gürbüz və Ergincan, 2004: 5).
Mövzunun Avropadakı qabaqcılı və İngilis mütəxəssislərindən Adrian
Cadburynin verdiyi tərif belədir: "Korporativ İdarəetmə" sistemi, müəssisələrdə,
bir tərəfdən iqtisadiyyat ilə ictimai hədəflər arasında, digər tərəfdən müəssisə
birliyinin hədəfləri ilə içində çalışan şəxslərin (xüsusilə idarəçilərin) hədəfləri
arasında tarazlığın qurulmasını təmin etmək məqsədiylə görülə biləcək tədbirlər və
bu tədbirlərin istifadə edilməsini zəruri edən insan qaynaqları, cihazlar, üsul və
prosedurların hamısından ibarətdir "(16, 82).
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə korperativ idarəetməyə
bu şəkildə tərif verir: "Korporativ idarəetmə, bir şirkətin rəhbərliyi, idarə heyəti,
səhmdarları və digər mənfəət sahibləri arasındakı bir sıra əlaqəni əhatə edir.
Korporativ idarəetmə makro iqtisadi siyasətdən, məhsul və faktor bazarlarındakı
rəqabət səviyyəsinə qədər firmaların fəaliyyətlərini formalaşdıran bir sıra ünsürdən
9
ibarət olan daha geniş bir iqtisadi çərçivənin içində iştirak edir. Korporativ
idarəetmənin çərçivəsi, eyni zamanda hüquqi, tənzimləyici və institusional
faktorlara söykənir "(36).
Milli iqtisadiyyatların böyüməsi, beynəlxalq iqtisadi əlaqələrin inkişafı,
beynəlxalq sərmayə axınlarının artması, şirkət səhmdarlarının müəssisə
rəhbərliyindəki fəaliyyətlərinin azalması, şirkət idarə heyəti və xüsusilə heyət
daxilində İcraçı direktor (CEO) ünvanını daşıyan idarəçilərin verdikləri qərarların
əhəmiyyətinin artması kimi faktorlar, korperativ idarəetmə anlayışının
yaranmasına təsir etmişdir ( 24, 465).
Hər nə qədər korperativ idarəetmə anlayışı yeni bir anlayış kimi görünsə də
inkişafı əsrlər əvvəlinə qədər söykənir. Korporativ idarəetmə anlayışının tarixi
xüsusilə iqtisadi böhranlar və böyük müəssisə skandalları ilə üst-üstə düşür.
Məsələn məşhur idarəetmə səhvi kimi tarixə düşən və 1700-cü illərdə baş
verən "South Sea Bubble" İngiltərədə yeni qanun və qaydaların yaradılmasına
zəmin yaratmışdır (18, 30).
Korporativ idarəetməyə yönəlmiş maraq 1929-cu ildə Amerika birjasındakı
səhmlərin qiymətlərinin birdən birə düşməsi nəticəsində bunun davamı olaraq
1930-cu illərdə baş verən iqtisadi böhrandan sonra artmağa başlamışdır. Ancaq
xüsusilə "Bank of Credit and Commercial" və "Baring Bank"ın çökməsi bu
məsələdi inkişafları daha da sürətləndirmişdir (26, 6).
1932-ci il tarixli Berle və Means tərəfindən yazılan "The Modern
Corporation and Private Property" adlı kitab "korporativ idarəetmə" termininə
toxunan ilk əsər olaraq qəbul edilir.
1970-ci illərdə neft böhranı və onun ardınca ABŞ-da ortaya çıxan sui-
istifadələr korperativ idarəetmənin bir daha aktual hala gəlməsini təmin etmişdir.
Jensen və Meckling tərəfindən 1976-ci ildə yazılan "Theory of the Firm:
Managerial Behavior, Agency Costs and Ownership Structure" adlı məqalə,
korporativ idarəetmə sahəsindəki işlərdə ən çox istinad edilən əsərdir (20, 55).
1980-ci illərin əvvəllərindən etibarən şirkətin strukturundakı sui istifadə
hallarının artması ilə yanaşı 1990-cı illərin əvvəllərində İngiltərədə başlayan, sonra
10
da ABŞ-da da Enron və WorldCom, İtaliyada Parmalat, Hollandiyada da ahold və
Çində də Yanguangxia adıyla görülən şirkət skandalları gözləri yenidən korporativ
idarəetmə və nəzarət məsələsinə çevirmişdir. Bunun nəticəsində İngiltərə də 1
dekabr 1992-ci ildə korporativ idarəetmə sahəsində Sir Adrian Cadbury
nazirliyindəki bir komitə tərəfindən hazırlanan Cadbury hesabatı nəşr olunmuşdur.
1991-ci ildən 1997-ci ilə qədər on ədəd qanun bu işlə paralel olaraq AB üzvü
ölkələrdə qüvvəyə minmişdir. Bu qanunların yarısından çoxu (altısı) İngiltərədə
nümayiş olunmuşdur. 1998-ci ildə isə qanunların dərc olunmasına olan maraq AB-
yə üzv olan ölkələrində artım göstərmiş və yalnız o il içərisində yeddi ədəd qanun
nümayiş olunmuşdur. Qalan digər yeddi qanun isə 1999-ci ildə, altı qanun isə
2000-ci ildə nəşr edilmişdir. 5 yeni qanun (biri hələ qaralama şəklində) 2001-ci
ildə nəşr edilmişdir (37, 8).
Son illərdə qanunvericiliyi korperativ idarəetmə təcrübələri çərçivəsində
yenidən nəzərdən keçirməyən ölkə azdır. Inkişaf etmiş iqtisadiyyatlar da daxil
olmaq üzrə bir çox ölkə mövcud aktlarını nəzərdən keçirmiş və ya keçirməkdədir.
ABŞ-da 2002-ci ildə çıxarılan Sarbanes-Oxley Aktı və bu qanun çərçivəsində SEC
və birjalar tərəfindən edilən tənzimləmələr, əsas etibarilə, ortaya çıxarılan maliyyə
məlumat manipulyasiya tətbiqlərindən əldə edilən təcrübələr işığında şirkətlərdəki
korperativ idarəetmə tətbiqlərini yaxşılaşdırmağa yönəlmişdir (24, 83).
Aşağıdakı cədvəldə fərqli ölkələrdə dərc edilmiş korperativ idarəetmə
anlayışına yönəlmiş tənzimləmələr göstərilmişdir.
Dostları ilə paylaş: |