Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə28/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
bim imt sual cavab (1) yeni

33. Beynəlxalq Maliyyə Mərkəzləri.
Kapitalın beynəlxalq hərəkətində dünya maliyyə sistemində baş verən mühüm hadisələrdən biri kapitalın transmilliləşməsi və onların ölkələr arasında sürətlənməsi nəticəsində maliyyə bazarlarının qloballaşmasıdır.Öz növbəsində ABŞ,BB,Yaponiyada beynəlxalq maliyyə mərkəzlərinin yaradılması və bu qloballaşmanın birbaşa nəticələrində olmuşdur.
I dünya müharibəsinədək hökmran mövqe tutan maliyyə mərkəzi London olmuşdur. BB-da kapitalizmin yüksək dərəcədə inkişaf etməsinin onun başqa ölkələrlə geniş ticarət əlaqələrinin funt sterlinq nisbətən dayanıqlılığının ölkənin kredit sisteminin inkişafının nəticəsi olmuşdur. II dünya müharibəsindən sonra dünyanın aparıcı maliyyə mərkəzi ABŞ-a keçdi.1960-cı ildə Q.Avropa və Yaponiyada sonradan isə Çində yeni maliyyə mərkəzlərinin peyda olması səbəbindən ABŞ-ın dünya maliyyə mərkəzi kimi inhisarçı mövqeyi sarsıldı. Aİ ölkələri öz maliyyə mərkəzlərini yaratmağa çoxdan çalışırdı. 1999-cu ildə avronun tətiqi nəticəsində Aİ-nin miqyasına görə ABŞ sonra II Fond bazarına çevrildi. Qiymətli kağızlar və dividentlər (törəmə qiymətli kağızlar) bir valyutada avroda nominasiya(pul islahatı) olduğu üçün valyuta riski aradan qaldırıldı. London ənənıvi olaraq bu sahədə Nyu-York maliyyə mərkəzi ilə rəqabət apardı.Avropa dünya maliyyə mərkəzləri qızılla əməliyyatların aparılması sahəsində birincilik uğrunda Londonla mübarizə aparan Sürix,habelə Lüksemburqdur.
Başqa nöqteyi nəzərə əsasən çoxsaylı MM mövcuddur və fəaliyyət göstərir.Onların arasında miqyasına və roluna görə əsasən İEÖ-dür.

Beynəlxalq maliyyə mərkəzləri (BMM) - maliyyə əməliyyatlarının (kreditlərin verilməsi, valyuta mübadiləsi, qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsidir.
BMM-in sayı çox deyildir. İlk maliyyə mərkəzi Böyük Britaniyanın London şəhərində yaradılmışdır. Hazırda dünyada həyata keçirilən maliyyə əməliyyatlarının əksər hissəsi London, Nyu-York, Sinqapur, Honkonq və Tokio BMM-ləri tərəfindən həyata keçirilir. Maliyyə mərkəzləri yalnız inkişaf etmiş ölkələrin ərazisində deyil, eyni zamanda Çin, Hindistan, Braziliya, Küveyt və digər inkişaf etməkdə olan ölkələrdə də mövcuddur. Bu mərkəzlərin fəaliyyətini qiymətləndirmək üçün xüsusi reytinq cədvəli müəyyən edilmişdir. Reytinq cədvəli (ing. "reytinq” - obyektin əhəmiyyətini və ya nüfuzunu göstərən say göstəricisi) - 1 il ərzində BMM-in fəalliyyətinin iqtisadi göstəriciləri əsasında tərtib edilir. Bu göstəricilər rəqəmlərlə ifadə olunur (1 bənd = 1 iqtisadi əməliyyat vahidi deməkdir).
Kommersiya məqsədli konsaltinq, araşdırma (think-tank) və vençur kapital şirkəti Z/Yen Group-un Çin İnkişaf İnstitutu ilə birlikdə tərtib etdiyi indeksdə Nyu-York lider mövqeyini qoruyub saxlayır. Böyük Britaniyanın paytaxtı London Brexit-ə baxmayaraq, hələ də əsas qlobal maliyyə mərkəzlərindən biri olaraq 2-ci yerdə qərarlaşmağa davam edir.
Çinin iri şəhərləri reytinq siyahısında geriləyib. Ötən ilki siyahıda 3-cü olan Şanxay 6-cı yerə, 6-cı olan Pekin isə 8-ci sıraya, 8-ci yerdə qərarlaşan Şenzen isə 16-cı mövqeyə düşüb. Əvəzində, ABŞ şəhərləri - San-Fransisko 12-ci yerdən 5-ci yerə, Los Anceles 13-cü sıradan 7-ci mövqeyə, Çikaqo 15-ci yerdən 11-ci yerə, Boston 24-cü yerdən 12-ci yerə yüksəlib.
Paris (25-dən 10-a)., Amsterdam (28-dən 17-ə), Toronto (29-dan 19-a) mövqelərini ciddi şəkildə yaxşılaşdırıb, Frankfurt (9-dan 14-ə) və Tokio (7-dən 9-a) nisbətən geriləyib.
Nyu-York beynəlxalq MM –in dünya maliyyə bazarları ilə əlaqələri . ABŞ-ın maliyyə bazarları beynəlxalq maliyyə bazarları ilə 3 mühüm kanal vasitəsilə əlaqələndirilmişdir . Maliyyə qurumları, TMK, qiymətli kağızlar bazarları. Son dövrlərdə TMK-lar, iri banklar, ümumi istehsal, marketinq , maliyyə və servis şəbəkələrini yaratmışdır. Milli və beynəlxalq maliyyə bazarlarının mühüm sektorları üçün nəhəng investisiya kapitalı toplamaq qabiliyyətinə malik olduğuna görə , onların dinamik artım imkanları vardır. Bu mənada Nyu –York həm ABŞ,həm də xarici TMK-lar üçün mühüm əhəmiyyət bazarıdır.London beynəlxalq maliyyə mərkəzi hesab edir ki, 1690-cı ildə İngiltərə bankının və kral birjasının yaradılması London maliyyə bazarlarının təşkilatı bazasının təməlini qoymuşdur.
I və II dünya müharibəsi arasındakı dövrdə Nyu-York dünya maliyyə bazarı kimi I yeri tuta Londonun mövqeyi zəifləsə də öz aparıcı mövqeyini saxladı .60-cı ildə beynəlxalq avrovalyuta bazarına çevrildi.

Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin