BəZİ ekoloji prosesləRİn riyazi modelləŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ


Məlumatların ekspertlərdən və xüsusi təcrübələr əsasında alınması



Yüklə 334,18 Kb.
səhifə4/15
tarix26.06.2022
ölçüsü334,18 Kb.
#62333
1   2   3   4   5   6   7   8   9   ...   15
ESM-22

13.4. Məlumatların ekspertlərdən və xüsusi təcrübələr əsasında alınması

Bir sıra hallarda məlumatların tam olmaması səbəbindən sistemin dəyişən giriş və çıxış parametrləri arasında funksional asılılıq yaradıla bilmir. O, zaman ekspertlərin mülahizələrindən istifadə edilməlidir. Digər tərəfdən ekspertlər tədqiqatçıya aşağıdakı köməyi göstərə bilərlər;


- məlumatların dəqiqliyi və etibarlığı nöqteyi-nəzərindən onların tətbiqinin qiymətləndirilməsi;
- sistemin variantlarının və idarə olunan dəyişən parametrlərinin dəqiqləşdirilməklə;
- kəmiyyət nöqteyi-nəzərindən ümumi maraq kəsb edən göstəricilərin müəyyənləşdirilməsi;
- məqsədin və ona uyğun göstəricilərin nisbi vacibliyinin təyin olunması.
Ekspertin qiyməti bir sıra hallarda ictimai vəziyyəti ilə əlaqədar olaraq qeyri-tam və qüsurlu ola bilər. Məsələn, şəxsi maraqları neft sənayesinin maraqları ilə üst-üstə düşən ekspert neftin emalının və nəqlinin ətraf mühitə vurduğu zərər haqqında müfəssəl qiymət verməsi mükəmməl xarakter daşıya bilməz. Çünki bu halda onun tərəfindən verilən real qiymət onun cəmiyyətdə tutduğu mövqeyə ciddi zərər verə bilər. Digər tərəfdən belə ekspertlər düzgün məlumatları başqa səpgidə interpretasiya edə bilərlər. Yenə yuxarıda göstərilən neft istehsalı ilə məsələyə qayıdaq. Artıq müəyyən olunub ki, dənizdən çıxarılan neftin bir hissəsi obyektiv və subyektiv səbəblər üzündən dənizə tökülür və məlumdur ki, hər bir ton neft orta hesabla 12 km2 yayılaraq dəniz sahəsini çirkləndirir. Deməli, dənizdə neftin çıxarılmasının artımı hökmən dənizin əlavə çirklənməsinə şərait yaradır. Rəyi soruşulan ekspert isə ilk növbədə neftdən gələn gəliri müsbət amil kimi qiymətləndirərək, ətraf mühitə dəyən zərəri nədənsə nəzərə almaq istəmir.
Tədqiqatçı ekspertin rəyində hər hansı uyğunsuzluq hiss etdikdə boşluğu doldurmaq üçün, göstərilən sahə ilə bilavasitə əlaqəsi olmayan, lakin (hökumət təşkilatlarında) məşğul olan digər ekspertə müraciət etməli və aldığı məlumatları müqayisə edərək son nəticəni özü çıxarmalıdır.
Bir çox hallarda problemin həlli üçün tədqiqatçının əlində olan məlumatlar və ekspertlərin rəyi qənaətbəxş olmur. Belə şəraitdə tədqiqatçı özü bu sahədə xüsusi təcrübələr həyata keçirməlidir. Təcrübələrin tədqiqatçının özü tərəfindən aparılmasının bir üstünlüyü də ondan ibarətdir ki, tədqiqatçı təcrübələr zamanı nəzərə alınmalı olan əsas parametrləri nəzarətdə saxlaya bilir. Məsələn, müəyyən olunsa ki, hər hansı bir dəyişən parametr böyük bir intervalda məsələnin həllinə təsir göstərmir onun ölçmə dəqiqliyinin artırılmasının mənası yoxdur. Bəzən isə əksinə - sistemə ilk baxışda təsir göstərməyən bir amilin böyük hədd daxilində dəyişməsi öyrənilən prosesin məsələnin gedişinə təsir göstərə bilər.
Bütün lazımı informasiya toplandıqdan sonra dəyişən parametrlərin bir-birindən asılılığını göstərən tənliklər, qrafiklər və cədvəllər tərtib oluna bilər. Bunun üçün reqressiv analizdən istifadə etmək olar. Bunun mahiyyəti ondan ibarətdir ki, əmsalları məlum olmayan dəyişən parametrlər arasında funksional asılılıq yaradılır. Bu halda reqressiya əmsallarının hesablanması səhvlərin ehtimal inteqrallarının təyin olunması yolu ilə həyata keçirilir (qeyd etmək lazımdır ki, ekoloji proseslərin riyazi modelləşdirilməsi ilə məşğul olan tədqiqatçı riyazi və funksional analizdən yaxşı məlumatlı olmalıdır). Bundan əlavə sistemdə dəyişən parametrlərin dəyişmə sürətini təyin etmək üçün sistemin kəsilməz tənlikləri yazılmalı və onların qeyri-müəyyən əmsalları ilkin məlumatlar əsasında müəyyənləşdirilməlidir.
Ümumiyyətlə, dəyişən giriş və çıxış parametrləri arasında qarşılıqlı şəhrini vermək həmişə mümkün olmur. Belə hallarda giriş və çıxış parametrləri arasındakı əlaqəni yaratmaq üçün cədvəllərdən istifadə etmək daha məqsədəuyğun hesab olunur. Cəd. 13.2-də nəqliyyatın müxtəlif sahələrində səs-küyün qiymətləndirilməsi verilmişdir.
Müxtəlif nəqliyyat sahələrində səs-küyün qiymətləndirilməsi

Qiymətləndirmə əmsalları O-dan 1-ə kimi qiymətlər ala bilər. Burada 0 arzu olunan səviyyə, 1- ən çox arzu olunan səviyyədir. Qiymətləndirmə əmsalı subyektiv kəmiyyətdir və ümumi maraq dairəsində olan insanların fikirlərini əks etdirməlidir.





Yüklə 334,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin