13.2. Modelləşdirmə və sistemin analizi
Əgər məsələnin qoyuluşunda problemin şərh olunmasında əsas kəmiyyət göstəriciləri çıxış edirsə, modelləşmədə keyfiyyət göstəriciləri kəmiyyət göstəricilərinə keçir.Bu mərhələdə sistemin giriş və çıxış parametrləri arasında funksional asılılıq yaranır. Bu asılılıqlar tənlik, qrafik və analitik formada ola bilər.
Analiz informasiyanın toplanmasından başlayır.İnformasiya əsasında dəyişən parametrlər arasında asılılıq yaratmaq imkanı əldə olunur.İmkan daxilində alınmış asılılıqlar dəqiqliyə görə yoxlanmalıdır ki, çıxış parametrinə təsir göstərən hər bir qeyri-müəyyən amil aşkar oluna bilsin.Bu əməliyyatlar və onların ardıcıllığı cəd.13.1-də verilmişdir.Modelləşmənin birinci əməliyyatı informasiyanın toplanmasıdır ki, bilavasitə dəyişən parametrlər arasında yaranan əlaqənin kəmiyyətcə qiymətləndirilməsində istifadə olunur.İnformasiya ədəbiyyatdan, bu sahədə təcrübələr qoymuş ekspertlərdən və digər mənbələrdən alına bilər.Alınmış informasiyaların bir-biri ilə qarşılıqlı müqayisəli təhlili əsasında riyazi modelləşmənin əsas prinsipləri müəyyənləşdirilir.
Modelləşmə mərhələsində yerinə yetirilməli olan əməliyyatlar
13.3. Statistik məlumatlardan istifadə olunması
Çox vaxt tədqiqatçılar əldə olan hazır materiallardan istifadədə müəyyən çətinliklərlə üzləşir. Bu çətinliklərdən biri əldə olan məlumatların, tədqiqatçının, bilavasitə məşğul olduğu məsələnin həlli üçün yox, əsasən başqa məqsədlər üçün toplanmış olmasıdır. Ona görə də ilk baxışda həmin materiallar ona gərəksiz kimi görünür.
Məsələn, tutaq ki, tədqiqatçı otlaq sahələrinin məhsuldarlığı ilə ət istehsalı arasındakı əlaqəni müəyyənləşdirməyə çalışır. Məsələnin göstərilən şəkildə qoyulması qarşıya qoyulmuş problemi tam açmağa imkan vermir. Belə ki, otlaq sahələrin məhsuldarlığı torpağın aqrofıziki və kimyəvi xüsusiyyətləri ilə yanaşı həmin ərazidə meteoroloji şəraitdən, heyvanların növündən, eroziya proseslərinin intensivliyindən və nəhayət heyvanlara göstərilən xidmətlərin səviyyəsindən asılıdır. Heyvanlarda kökəlmənin xüsusiyyətlərinin zamandan asılı olaraq müəyyənləşdirilməsi üçün buna təsir göstərən əsas amilləri və onların qarşılıqlı əlaqəsinin nə dərəcədə nəzərə alınması modelin ilkin quruluşunun əsas xüsusiyyətlərindən biridir.
Əgər statistik məlumat otlaqda qidalanan heyvanların yaşı ilə onların kökəlmə intensivliyi arasında korrelyasiya yaradırsa, o zaman heyvanların yaşından asılı olaraq tələb olunan qidanın miqdarı haqqında məlumat da verilməlidir. Çünki heyvanların yaşından asılı olaraq hər yem vahidinə düşən ətin miqdarımüxtəlif olur. Ona görə də bilavasitə yem vahidi ilə ətin miqdarı arasında korrelyasiya yaratmaq prosesinin tam izlənməsinə imkan vermir. Əgər model bu tipdə yaradılarsa, onun xətası çox böyük ola bilər. Çünki alınmış məlumatlarda heyvanların yaş tərkibi nəzərə alınmayıb.
Göstərilən məsələ analitik formada da verilə bilər. Fərz edək ki, heyvanın ət vermə qabiliyyəti (diri çəkiyə görə) heyvanın yaşının a və kütləsinin со funksiyasıdır. İlkin analitik asılılıq təcrübi olaraq aşağıdakı formada verilə bilər
burada / göstərir ki, tələb olunan yem vahidi sabitdir. Bu tənliyin analizi göstərir ki, heyvanların ət vermə qabiliyyəti çəkinin yaşdan asılılığına görə dəyişir. Əgər fərz etsək ki, heyvanların hamısı eyni yaşlıdır və onlann tələb etdiyi qida məhsulu da eynidir, bu zaman
Beləliklə, yaş səviyyəsieyniqaldığı üçünvahidkökəlməyə sərfolunanqidaenerjisidəyişmir.
Əldə olanməlumatlardanistifadənindigər çətinliyi, həminməlumatlarınhansı yolla əldə olunmasıdır. Modelyaradılarkənmüxtəlifmənbələrdənfərqlizamanlardamüxtəlifyollarlaalınması məlumatlarınmüqayisə olunarkənməlumatlarıntoplanma üsuludanəzərə alınmalıdır.
İnformasiyadan istifadə də üçüncü çətinlik onların dəqiqlik dərəcəsi ilə müəyyən olunur. Məlum olduğu kimi, hər bir təcrübə ətraf mühitə bu və ya digər dərəcədə təsir göstərir. Ona görə də təcrübələr olmadığı şəraitdə ətraf mühitin real vəziyyəti ilə insan müdaxiləsi ilə yaranan ətraf mühitindəki şərait arasında müəyyən fərqlər labüddür. Digər tərəfdən ölçmə metodlarının tam mükəmməl olmaması və sistemə təsir göstərən bütün amillərin nəzərə alma bilməməsi informasiya materialların dəqiqliyini sual altına qoyur və onların istifadəsini xeyli çətinləşdirir.
Əgər deyilənlərə həmin məlumatların əldə olunmasından modelin qurulmasına qədər olan zaman müddətində baş verə biləcək dəyişmələri də nəzərə alsaq, statistik məlumatlardan istifadənin çətinlikləri və düzgünlüyü tam aşkar olur.
Dostları ilə paylaş: |