şimşək
Dağlıq və dağətəyi ərazilərdə baş verən təbii fəlakətlərdən biri də şimşəkdir. Azərbaycanda onların təkrarlanması dağlıq ərazilərdə ... günə, dağətəyi ərazilərdə ... günə, düzən ərazilərdə isə ... günə bərabərdir.
Şimşək bir neçə kilometr uzunluğu olan nəhəng elektrik qığılcımıdır. Şimşəkdəki elektrik enerjisi böyük gücə malik olub, bu enerji 1 milyondan 50 milyon volta qədər olan gərginlikdə toplanır, enerji boşalmasının müddəti saniyənin mində birinə bərabərdir. Bu gərginlik insanların yaratdıqları ən böyük elektrik stansiyalarının istehsal etdiyi gərginlikdən 100 dəfə çoxdur. Məhz buna görə də şimşək bu qədər qorxulu və təhlükəlidir.
Şimşək çaxması çox qısa zaman ərzində baş versə də, qara buludlar aramsız olaraq enerjisi təxminən 3 mln. kilovata bərabər elektrik enerjisi əmələ gətirir ki, bu da Niaqara şəlalələrindən alınan enerjidən üç dəfə çoxdur. Bütün Yer kürəsində hər saniyədə 100 dəfə şimşək çaxır və onlar səthi, xətti, aydın görüntülü və kürə şəkilli olurlar.
Səthi şimşək buludların üstündə işıltı şəklində görünür və bəzəndə o buludların arxasında görünməyən qığılcım və ya parıltı şəklində ola bilər. səthi şimşəklə müşayiət olunan tufanlar zəif olmaları ilə seçilirlər.
Xətti şimşək tamamilə əyri-üyrü çoxsaylı adalar şəklində görünərək nəhəng elektrik qığılcımı saçır. Bu şimşək xəritədə əks olunan çay sisteminə bənzəyir. Xətti şimşəyi digər şimşək növlərindən fərqləndirən əsas xüsusiyyət onun güclü elektrik gərginliyinə malik olması və tikililərin üzərinə düşərkən yanğın törətməsi, böyük ağacları məhv etməsi və parçalaması, bəzən də insanları «vurmasıdır». Bu şimşəyi «yandırıcı şimşək» də adlandırırlar.
Belə şimşəyin uzunluğu 2-3 km, bəzəndə 10 km uzunluğunda olanlarada rast gəlinir. Bir neçə şimşəyin birləşməsi halında onun uzunluğu 50 km-ə çatır. Şimşəyin eni 0,5-0,1 m, bəzi hallarda isə 10-14 metrə çatır. Bu cür şimşək hər hansı binanın üzərinə düşdükdə, onu dərhal yandırır.
Aydın görüntülü şimşək, şimşəyin nadir formasıdır və demək olar ki, çox nadir hallarda müşahidə olunur. O buludların fonunda və ya buludlardan yer səthinədək bir –birinə yaxın işıqsaçan nöqtələr şəklində görünür.
Kürə şəkilli şimşək. Şimşəyin çox gözəl, nadir və qəribə forması belə adlanır. O yumruq və bəzəndə insan başı böyüklüyündə dairəvi və işıqlı kütlə şəklində təzahür edir. Kürəşəkilli şimşək orta sürətlə hərəkət etdiyi üçün onu gözlə müşahidə etmək olur. Bəzən kürəşəkilli şimşək izsiz yoxa çıxır, bəzən isə dəhşətli gurultu qoparır; dağıntıya səbəb olur.
3.11. Leysan
Yağan yağışların təbii fəlakətə çevrilməsi üçün düşən yağışların 12 saat ərzində 30 mm-dən çox, lehsan yağışların isə bir saat ərzində 30 mm və ondan çox olması təbii fəlakətlərə çevrilir.
Azərbaycanın Lənkəran-Astara və Şəki – Zaqatala zonaları leysan yağışların tez-tez təkrarlandığı ərazilərdən olub, ildə burada .. günə qədər leysan yağışlar müşahidə edilir. 2002-ci il 14 may Massallıda, 25 may Sabirabadda, 6-7 iyul Qusarda, Xaçmazda, Qubada Dəvəçidə, 30 iyun və 1 iyulda Zaqatalada, 9-10 noyabr Lənkəranda baş vermiş leysan yağışlar göstərilən rayonların təsərrüfatlarına külli miqdarda zərərlər vurmuş və dağıntılara da səbəb olmuşdur.
Leysan yağışı zamanı külli miqdarda yağıntı düşür ki, bu da nəinki lazımlıdır, hətta zərərlidir. Belə ki, leysan yağışının böyük hissəsi torpağa hopmayıb onun üzəri ilə axaraq torpağın daha əhəmiyyətli üst hissəsini yuyub aparır. Uzun sürən leysan yağışları zamanı torpağın quruluşu məsamələrinin su ilə dolması nəticəsində korlanır, onun səthində dərin çuxurlar əmələ gəlir bu isə öz nəticəsində yarğanların yaranmasına səbəb olur. Leysan yağışları çayları asılı materiallarla, qumla doldurur, sahilləri uçurur və güclü sürüşmələrə, sellərə, daşqınlara səbəb olur. Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda tıxaclar əmələ gəlir, kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı materiallar kanalizasiya qurğularını müvvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri yağış suları ilə dolur, leysan yağışlar şiddətli küləklərlə müşayiət edildikdə şəhərin yaşıllıq sahələrinə bərpa olunmaz zərərlər vurur, yaşı 30-50 olan ağaclar kökündən çıxır, leysan yağışlar şəhər təsərrüfatı fəaliyyətini bəzən iflic vəziyyətə salır. Yuxarıda təsvir edilmiş halların, Azərbaycanın şəhərlərində və eləcədə Bakı şəhərində hər 3-5 ildə bir iki dəfə təkrarlandığını görmək olar.
Əgər torpaq bitki örtüyü ilə örtülməmişdirsə, leysan yağışının suyu dərinliklərə hopur və torpaq sürüşməsi təhlükəsi yaradır.
Suyun torpağın üzəri ilə hərəkətinin ən yaxşı tənzimləyiciləri meşələr, kolluqlar və çəmənliklərdir. Meşələrin məhv edilməsi ilə bulaq və çeşmələr quruyur və belə ərazilərdə yenidən meşələr bərpa ediləndən sonra bulaq və çeşmələr yenidən fəaliyyətə başlayır. Bitkilər meşə və kolluqlar axar suyun dağıdıcı qüvvəsi ilə mübarizədə ən yaxşı vasitədir.
Beləki, meşələr yağıntıları özündə saxlayır, onların buxarlanmasını azaldır, suyun tədricən, müntəzəm olaraq çaylara axmasını təmin edir. Bu, öz növbəsində yarğanların, çuxurların, böyük çalaların sayını azaldır, daşqınlar zamanı suyun səviyyəsini aşağı salır, çayları dayazlaşmadan qum və asılı materiallarla dolmadan qoruyur.
Mühafizə olunmayan ərazilərdə əksinə, uzun müddət davam edən leysan yağışlar tədricən yolları dağıdır, torpağı yuyub aparır və yarğanlar əmələ gətirən güclü axınlara səbəb olur. Ona görə də çay hövzələrindəki meşələrin plansız və kütləvi şəkildə qırılması onların ərazilərində yerləşən su hövzələrinə də məhvedici təsir göstərir. Digər tərəfdən meşənin kütləvi şəkildə qırılması onun xarkterini də dəyişir, belə ki, qiymətli ağaclar olan palıdın, şamın, küknarın yerinə aşağı keyfiyyətli ağac növləri: ağcaqovaq, qızılağac və s. bərabər belə ərazilərdə alaq otlarının əmələ gəlməsinə səbəb olur.
Meşələrin az olduğu ərazilərdə yaz daşqınları çox güclü olmaqla onların ahətə dairəsi və suyun səviyyəsi olduqca çox olur. Bunun nəticəsində leysan yağışları daşqınlarının davamı olaraq, yay və payız daşqınlarına səbəb olur.
Belə şəraitdə mübarizə aparmağın yeganə yolu – ərazilərin meşələşdirilməsi, çay sahillərində, xüsusən də çayların yuxarı ərazilərində meşə zolaqlarının salınmasıdır.
Azərbaycanda əlaqədar nazirliklər bütün bunları nəzərə alaraq meşələrin plansız qırılmasıyla mübarizə aparılır. Hökumətimizin diqqəti və qayğısı meşələrdə son illərdə zərər çəkmiş meşə təsərrüfatının qorunmasına və yaxşılaşdırılmasına yönəldilməlidir.
Leysan yağışlarından sonra baş verən sellər – hamıya bəllidir. Bəzən böyük qayalar yerindən qopub dərələrə yuvarlanır, bunun nəticəsi olaraq əkin sahələri, bağlar və s. kəndlər yerlə-yeksan olur; məhsuldar ərazilər gil, qum, çınqıl daşlarla dolur. Əvvəllər bu kimi təbii proseslər o qədər qarşısıalınmaz sayılırdı ki, onları doğuran səbəblərlə nəinki mübarizə aparılmırdı, hətta baş vermə səbəblərini belə aydınlaşdırmağa cəhd edilmirdi. Hazırda bu halların əmələ gəlmə mexanizmi leysan yağışları zamanı düşən yağıntının miqdarı ölçülür. Biz leysan yağışı üçün nəzərdə tutulmuş hövzənin tutumunu və hər bir yer üçün onun həcmini, eyni zamanda hərəkət sürətini hesablamağı bilirik. Digər tərəfdən biz dağılmış qayaların mütəhərrikliyini, onların sürüşməyə meylliliyini, sel apararkən onların hansı çəkidə olduğunu bilirik. Göstərilən məsələlər haqqında hazırda bizə məlum olmayan heç bir şey yoxdur. Bunun üçün çılpaq qayaları müxtəlif üsullarla bərkitmək, və belə sahələrə bitki, ağac və kol toxumları səpmək və ağaclar əkmək lazımdır. Əkilmiş toxumlar inkişaf etdikcə qayaları suyun dağıdıcı zərbələrindən qoruyacaq, ağaclarının kökünün getdikcə çürüməsi və çürüntü qatının əmələ gəlməsi ilə əlaqədar leysan yağışı suyunun axınının qarşısını müəyyən qədər alacaq. Növbələnən və dağıdıcı axın tezliklə öz yerini daimi axan, şəffaf və ziyansız çeşmələrə verəcək, sal qayaların yerində isə yamaclarda gözəl meşələr və zəngin otlaqlar yaranacaq. Göstərilənlərlə əlaqədar dağların meşələşdirilməsi artıq böyük əhəmiyyət kəsb edir.
3.12. Qar uçqunları
Azərbaycanda məhdud ərazilərdə baş verən təbii fəlakətlərdən biridə qar uçqunlarıdır.
Qar uçqunu dedikdə biz- dağ yamaclarında toplanmış qar kütləsinin yamac boyu aşağıya doğru sürətlə yerdəyişməsi və ya sürüşməsi nəzərdə tutulur. Qar uçqunları bir qayda olaraq yüksək dağlıq ərazilərdə qarların çox yağdığı illərdə baş verir. Bununla bərabər qar uçqunlarının baş verməsində dağlıq ərazinin relyefi və iqlim şəraiti xüsusi olaraq küləklər, zəlzələlər, tektonik hərəkətlər, hava axınları, parlayış işləri, bəzəndə dağların dik yamaclarının davamı olan dağ ətəklərində baş verən sürüşmələr mühüm rol oynayırlar. Yamaclar kolluq və ağacların qırılması, malqara otarılması, çılpaqlaşmış yamaclardasürülərlə hərəkət edən vəhşi heyvanlarda qar uçqunlarına səbəb ola bilər.
Qar uçqunları yaşayış məntəqələrini, yolları, kommunikasiya xətlərini, turist və istirahət mərkəzlərini, alpinistlərin, geoloqların müvəqqəti yaşayış yerlərini meşələri və s. dağıdır yararsız hala salır. Bəzən güclü qar uçqunları, lokal xarakterli yer titrəyişlərinə, müvvəqqəti və bəzəndə daimi su anbarları və göllərin əmələ gəlməsinə səbəb olur.
Sentyabr 2002-ci ildə Rusiyanın Şimali Osetiya Muxtar respublikası ərazisində baş vermiş qar və buz uçqunu çox dəhşətli faciə ilə nəticələnmiş bir neçə kiçik kənd və burada kinofilm çəkən bir qrup sənət adamı hərəkət edən buz və qar uçqunu altda qalmış və bunun nəticəsində 15 nəfərə qədər adam həlak olmuş və ya itkin düşmüşdü. Qar və buzlaq altda qalanlardan heç kimi xilas etmək mümkün olmamışdır.
Qar uçqunlarının əsasən Böyük və Kiçik Qafqaz dağlarının 2500 metrdən yüksək olan ərazilərində baş verir. Xoşbəxtlikdən respublikada göstərilən yüksəkliklərdə daimi yaşayış məntəqələri çox azdır və bu yaşayış məntəqələri yaxınlığında qar uçqunları üçün o qədərdə əlverişli şərait yoxdur.
Ümumiyyətlə qar uçqunlarının 30 faizi yüksək dağlıq zonada, 54% orta dağlıq zonada, 15%-i isə alçaq dağlıq zonada baş verir. Dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəklikdə yerləşən alçaq dağlıq sahələrdə qar uçqunlarının 15 faizi əsasən yanvar–mart aylarında daha çox baş vermə ehtimalı var. Dəniz səviyyəsindən yüksəkliyin artması ilə (2000-4000 m) qar uçqununun təkrarlanması da artır.