Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə7/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
1   2   3   4   5   6   7   8   9   10   ...   14

b) İqtisadi-coğrafi şərait.

TFH məruz qalan və ya onun təsir dairəsi altında olan ərazilərin iqtisadi və sosial-coğrafi səciyyəsi nəzərdən keçirilən problemin ilkin tədqiqat mərhələsidir. Bu səciyyənin dəqiqləşdirilməsi tədqiqatın miqyasından asılıdır. İri miqyaslı tədqiqatların həyata keçirilməsi zamanı mövcud ərazidə yerləşən təsərrüfatların, yaşayış binalarının, ayrı-ayrı kənd və su təsərrüfatı sahələrinin, nəqliyyat və kommunikasiya sistemlərinin, digər dövlət və strateji əhəmiyyətli müəsisələrin dəqiq inventarizasiyası aparılmalıdır. Kiçik miqyaslı tədqiqatların həyata keçirilməsi zamanı isə təsərrüfatın əsas struktur komponentlərinin və əhalinin müəyyən ərazidə yerləşdirilməsi səviyyəsini xarakterizə edən əsaslandırılmış göstəricilərdən istifadə olunmalıdır. TFH-nin təsirinə məruz qalan ərazilərin iqtisadi baxımdan qiymətləndirilməsi nəticədə onların mütləq qiymətləri ilə tamamlanmalıdır. Bu gələcəkdə ərazilərin TFH-dən müdafiə olunması metodlarının məqsədəuyğun və səmərəli şəkildə işlənib hazırlanması və tətbiq edilməsi zərurətini yaradır. İlk baxışdan ərazinin çox zəif mənimsənildiyi və burada yerləşən obyektlərin dəyərinin müəyyən edilməsi görüləsi müdafiə tədbirlərindən ucuz olduğu müəyyənləşdirilərsə, onları müdafiə etməyin səmərəsiz olduğu aydınlaşır. Lakin, hər bir hektar torpaq sahəsi gələcək üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan respublikası ərazilərinin kifayət qədər dəyərli olduğunu da nəzərə almaq zəruridir. Buna görə də, hər bir ərazinin potensial imkanlarını qiymətləndirmək, ondan gələcəkdə istifadə etməyin istiqamətlərini proqnozlaşdırmaq və müvafiq olaraq TFH-dən necə qorunmasını əsaslandırmaq lazımdır. Eyni ərazidə TFH-nin müxtəlif növlərinin vurduqları ziyanın həcmi və miqyası da müxtəlifdir. Ümumilikdə TFH-nin yayılması, inkişafı və növ müxtəlifliyi və onların vurduqları zərərlər ərazilərin istifadə olunması xüsusiyyətindən asılıdır. Bununla əlaqədar olaraq ərazilərin dəyərini qiymətləndirməklə, biz belə ərazilərin TFH-dən qorunmasının səmərəliliyini müəyyən edə bilərik.

2.2. TFH-nın öyrənilməsinin tarixi-coğrafi metodu. Ölkəmizdə təbii şəraitin müxtəlifliyi mürəkkəbliyi digər amillər TFH-nin baş verməsi mümkünlüyünü artırır. Ərazinin mənimsənilməsi prosesində tikililər, yaşayış məntəqələri, nəqliyyat yolları inşa edilərkən, bu məqsədlə kənd təsərrüfatı torpaqlarının iri massivləri cəlb olunur. Bu proses təbiətin təsərrüfatın qarşılıqlı şəkildə fəaliyyət göstərdiyi müxtəlif ərazilərdə baş verir. Buna görə istehsal sahələrinin yerləşdirilməsi zamanı təbiətin mənfi təzahürlərini istisna edən ya zəiflədən müdafiə vasitələrinin vacib formalarını tapmaq zəruridir. Lakin, geoloq coğrafiyaşunaslar TFH-nin baş verə biləcəyi ərazilərdə qısa müddətdə tədqiqatlar apardıqlarından çox vaxt onların xarakterini gücünü müəyyən edə bilmirlər. Belə hallarda əsaslandırılmış elmi-tədqiqat işləri aparmaq üçün tarixi-coğrafi metodların köməyindən istifadə edilə bilər. Bu metodun tətbiqi TFH-ı ilə yanaşı, yeni mənimsənilmiş ərazilərin öyrənilməsi zamanı da vacibdir. Bir çox tarixi mənbə nəşrlərdə dərc olunmuş müxtəlif TFH-nin baş verməsi, davam etmə müddəti, xarakteri gücü haqqında verilən məlumatlar bu məsələləri ümumiləşdirmək baxımından çox qiymətli mənbələrdir. Bütöv bir sistemdə birləşdirilmiş, xronoloji ardıcıllıqla tərtib olunmuş bu materiallar TFH-nin elmi təhlilinin proqnozlaşdırılmasının ciddi mənbəyi ola bilər. Lakin, tarixi aspektdən TFH-nin gedişatını əks etdirən, onların ayrı-ayrı növlərinin daimi təzahür etdiyi sahələri öyrənməyə kömək edən xalq təsərrüfatında onların doğurduğu itkiləri qiymətləndirən ümumiləşdirici işlərə nadir hallarda rast gəlinir. TFH-nin tarixi aspektdən tədqiqinə həsr olunmuş işlər arasında E.P.Borisenkovun V.M.Pasetskinin (1982) kitabını göstərmək olar. Müəlliflər rus səlnamələrinin digər tarixi sənədlərin öyrənilməsi əsasında XI-XVII əsrlərdə Rusiya çöllərində baş verən iqlim dəyişikliklərinin gedişatını tədqiq edərək, ekstremal təbiət hadisələrinin toplusunu təqdim etmişlər. IX əsrin II yarısında, XX əsrin əvvəllərində Qafqazda baş verən TFH-i haqqında məlumatlara Tiflisdə rus dilində dərc olunan «Qafqaz təqvimi» «Qafqaz haqqında məlumatlar məcmuəsi»ndə rast gəlinir. Bu nəşrlərdə Azərbaycan ərazisində baş verən TFH haqqında məlumatlara kitabın ayrı-ayrı fəsillərində geniş yer verilmişdir.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin