Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə1/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
  1   2   3   4   5   6   7   8   9   ...   14





G İ R İ Ş

Böyük faciələrlə müşayət olunan daşqın, sel, qar uçqunu və zəlzələlər güclü dağıdıcı qüvvəyə malik olmaqla, ığı maddi nemətləri məhv edir və «təbii fəlakət hadisələri» TFH kimi insanların təbir an içində minlərlə insan həyatına son qoyur, insanın əməyinin əsrlər boyu yaratdsəvvüründə dəhşətli mənzərələr canlandırır. İnsanlar bəşər tarixi boyu təbiətin dağıdıcı qüvvəsinin yaratdığı faciələrin canlı şahidləri olduqlarından, onların bütün səyləri həmişə təbii fəlakətlərlə mübarizəyə, onların məhvedici təsirinin zəiflədilməsinə doğru yönəlmişdir. İnsan təbiəti dərk etməklə, bir çox təbii hadisələri qabaqcadan müəyyən etməyi və bununla əlaqədar müdafiə tədbirlərini həyata keçirməyi öyrənmiş, elmin və məhsuldar qüvvələrinin inkişafı ilə TFH-nin zərər və dağıntılarının qarşısını alan və ya onları zəiflədən müxtəlif tipli texniki vasitələr yaratmışlar. Bununla bərabər, insanın ətraf mühitə müdaxiləsinin genişlənməsi təbiətin hormonik inkişafını pozaraq, onun müdafiə funksiyalarını daimi zəiflədir. Bunun nəticəsindəTFH-nin ayrı-ayrı növlərinin gücü və təkrarlanma halları çoxalır, onların təsir arealları genişlənir, təbiət nəinki insan əməyinin yaratdığı maddi nemətləri, eləcə də özü-özünü məhv edir. Bu baxımdan daha çox antropogen təsir nəticəsində formalaşan dağ selləri xüsusi qeyd etmək olar. Əvvəllər ən məhsuldar meşə və otlaq sahələri olan dağ yamaclarını ölü səhraya çevirən iri həcmli sellər məhz insanların düşünülməmiş fəaliyyətinin nəticəsidir. TFH-nın vurduğu zərərlərin miqyası haqqında Keytsin(1976) göstəriciləri maraqlıdır. O, qeyd edir ki, hər il müxtəlif TFH nəticəsində dünyada 250 min nəfər insan olur, təsərrüfatlara dəymiş ziyan 30 milyard ABŞ dolları təşkil edir ki, bunun da 20 milyardı sırf birbaşa dəymiş zərərlər, qalan 10 milyardı isə təbii fəlakətlərdən xəbərdarlıq olunmasına və onların zərərsizləşdirilməsinə sərf olunur.

Bəzi TFH ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir. . Məsələn, sel və sürüşmə hadisələrini gömtərmək olar. Son illərdə onların baş vermələri və əhatə dairələri daha intensiv olmuşdur. Lakin zəlzələlərin sayının son 100-200 il ərzində artdığı və yaxud azaldığı haqqında dəqiq fikir söyləmək çətindir. Bəzi ölkə və regionlarda isə baş verən quraqlıq, quru yellər və daşqınlar onlara qarşı həyata keçirilən müvafiq mübarizə tədbirləri nəticəsində çox nadir hallarda təkrarlanır. Tarixçilər insanların təbiətə qarşı düşünülməmiş etdikləri müdaxilənin mənfi təzahürlərini aşağıdakı kimi təsvir etmişlər:. «Mesopotamiya, Yunannıstan, Kiçik Asiya və digər yerlərdə əkin sahələri əldə etmək üçün insanlar meşə sahələrinin kökündən kəsərkən ağıllarına belə gətirmirdilər ki, həmin hərəkətləri ilə ölkəni rütubətin toplandığı və qorunduğu sahələrdən onlar məhrum etmişlər. Alp dağlarında məskunlaşan İtalyanlılar dağların şimal və cənub yamacında qayğı ilə mühafizə olunan iynəyarpaqlı meşələrin kökünü kəsməklə, məskunlaşdığı ərazidə dağlıq maldarlığın da kökünü kəsdiklərini düşünmürdülər. Meşələri qırmaqla onlar ilin çox müddəti ərzində dağ çeşmələrini də susuz qoyacaqlarını dərk etmirdilər. Bu baxımdan, təbiətin tarazlığının tənzimlənməsi təbii fəlakətlərin geniş yayıldığı və onların çox güclü və dağıdıcı qüvvəyə malik olduğu ərazilərdə vacibdir.

Ölkəmizin əhalisi TFH ilə bəşəriyyətin mövcud olduğu ilk tarixi dövrlərdə qarşılaşmışlar. TFH ilə mübarizə nəinki sovet hakimiyyəti illərində, o cümlədən son 10 illikdə də vacib dövlət proqramına çevrilmişdir. Bu məqsədlə TFH-nin qarşısının alınması və dağıdıcı gücünün zəiflədilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə- uyğundur:

1. Təbii fəlakət hadisələrinin öyrənilməsi və onların proqnozlaşdırılması;

2.TFH-ə qarşı müdafiə vasitələrinin yaradılması;

3.Yeni təbii fəlakət ocaqlarının yaranmasını istisna edən, elmi baxımdan əsaslandırılmış təbiətdən səmərəli istifadə proqramının yaradılması;

4.TFH-nin yayıldığı rayonlarda istehsalın ərazi təşkilində onların nəzərə alınması.

Yuxarıda sadalananlarla yanaşı, hər bir fəlakət rayonunda yerli təbii şəraitə və TFH-nin xarakterinə müvafiq olaraq təsərrüfatın və onun sahə strukturunun inkişaf istiqamətinin seçilməsi; müxtəlif TFH-nin intensivliyindən və onların vurduqları zərərlərdən asılı olaraq əhalinin və təsərrüfatın səmərəli ərazi təşkili; təsərrüfatın və əhalinin müxtəlif ərazilərdə yerləşdirilməsində TFH-nin bəzi səciyyəvi formalarının nəzərə alınması. Elmi və təcrübi baxımdan belə əsaslandırılmış tədbirlərin bütün təsərrüfat sahələrində tətbiq edilməsi böyük fayda verərdi. Göstərilən problemlərin işlənib hazırlanması digər sahələrlə yanaşı, coğrafi elmlər kompleksinin vacib məsələlərindən biridir. TFH tarixən təbiətşünaslıq və mühəndislik nöqteyi-nəzərindən öyrənilmişdir. Təbiətşünasları TFH-nin səbəbləri və nəticələri, mühəndisləri isə onlardan müdafiə üsulları maraqlandırmışdır. TFH-nin təbiətşünaslıq baxımından tədqiq edilməsində fiziki coğrafiya elminin rolu həmişə böyük olmuşdur. Öləkəmizdə Sovet hakimiyyəti illərində TFH-nin coğrafiya elmləri tərəfindən öyrənilməsinin nəzəri və metodoloji əsaslarının işlənib hazırlanmasında rus alimləri İ.P.Gerasimov, T.V.Zvankova və, V.N.Kotlyakovun böyük xidmətləri olmuşdur.

Azərbaycan respublikasının ərazisi əsasən dağlıq olduğundan burada tez-tez baş verən TFH xalq təsərrüfatının normal inkişaf etdirilməsində böyük problemlər yaradır. Bunun üçün təbii fəlakətlərin yayıldığı rayonlar hazırda geniş və hərtərəfli şəkildə öyrənilir. Alim, mühəndis və iqtisadçılar TFH-dən əhalinin və təsərrüfatların müdafiə olunmaları üçün yeni mübarizə metod və vasitələri işləyib hazırlayırlar. Daşqın, sel və torpaq sürüşmələrinin proqnozlaşdırılması işi aparılır. Hava və ona aid olan digər meteoroloji hadisələrin proqnozu gündəlik praktikaya daxil olmuşdur. Artıq indi təbiətin bir çox qorxulu hadisələrinə qarşı əvvəlcədən göstərilən tədbirlər insanları qəflətən çıxılmaz vəziyyətə sala bilmədiyindən, onların dağıdıcı nəticələri zəifləyir. Buna baxmayaraq, TFH-nin öyrənilməsi və proqnozlaşdırılması bütün kəskinliyi və mürəkkəbliyi ilə alimlərin qarşısında bir problem kimi durur. Belə ki, TFH-nin hələ öyrənilməmiş və tədqiq olunmamış sahələri çoxdur, onların bir qismi dəqiq və vaxtlı-vaxtında proqnozlaşdırılmır, TFH-dən müdafiə vasitələrinin tam təminatı olmadığndan onların məhvedici təsirinin tamamilə aradan qaldırımasına zəmanət verilmir.

Azərbaycan respublikası ərazisi əsasən cavan dağəmələgəlmə zonasında yerləşdiyindən burada TFH-nin baş vermə ehtimalı daha çoxdur. Lakin belə ərazilərdə əhalinin TFH-dən xəbərdarlıq işi zəif təşkil olunduğundan, TFH-n daha çox baş vermə ehtimalı olan dağlıq və dağətəyi sahələr təsərrüfat məqsədləri üçün istifadəyə cəlb edilir. Məhz bu ərazilər həddən çox yükləndiyindən iri tikililər, qəsəbələr, nəqliyyat yolları inşa olunduğundan və kənd təsərrüfatı sürətlə inkişaf etdiyindən TFH-nin də baş vermə ehtimalı artır. Təbiətdən istifadə və təsərrüfatın inkişafı intensiv xarakter alır. Müxtəlif sənaye və tikinti obyektlərinin layihələşdirilməsi, yaşayış məntəqələrinin salınması zamanı bu xüsusilə intensiv şəkildə həyata keçirilir. Tikinti işlərinin genş vüsət aldığı hazırki şəraitdə TFH kifayət qədər nəzərə alınmadığındanё gələcəkdə bu böyük fəsadlar yarada bilər. Ona görə təsərrüfatları planlaşdırarkən TFH-nin xarakterini və onların dağıdıcı qüvvəsini nəinki müasir, eyni zamanda gələcək dövr üçün nəzərə almaq çox vacibdir. Bu istiqamətdə təqdim olunan ilk kitab iqtisadçı coğrafiyaşünas alimlər tərəfindən yazılmışdır. Burada TFH-nin əsasən məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə mənfi təsiri iqtisadi və sosial coğrafi nöqteyi-nəzərindən xarakterizə olunur. Problemin araşdırılması ilə əlaqədar olaraq bir neçə sual ortaya çıxa bilər. Bu problemə məhz niyə iqtisadi və sosial coğrafiya elmi müraciət etmişdir? TFH-nə iqtisadi coğrafi yanaşmasnın xüsusiyyəti nədən ibarətdir? TFH-nin vura biləcəyi zərərlərin təsirini zəiflətmək üçün ərazidən nə cür istifadə etməli?-kimi suallara iqtisadi və sosial coğrafiya cavab verməlidir.

TFH-nə qarşı müxtəlif mübarizə tədbirlərini iqtisadi səmərəliliyinin hesablanması prosesində iqtisadi coğrafiyaçılar iştirak edərək, bütün mühəndis müdafiə məsələlərini onlarla birlikdə işləməlidirlər. Lakin, TFH baş verəndə mühəndisin vəzifəsi və işi daha çox olur. Onlar təhlükəli rayonlarda TFH nəticəsində dəymiş iqtisadi və sosial zərərləri minimuma endirmək üçün təsərrüfatın və əhalinin ərazi təşkilində ən səmərəli mübarizə metodlarından istifadə etməlidirlər. Belə məqamlarda təbiətşünasların qarşısında yeni vəzifələr durur. Xüsusilə, fiziki coğrafiyaşünaslar aparılan tədqiqatların praktiki baxımdan məqsədəuyğun şəkildə yerinə yetirilməsinə nəzarət edirlər. Fiziki coğrafiya TFH-ni iqtisadi və sosial coğrafiya elminə nisbətən əvvəl öyrənməyə başlamışdır. SSRİ məkanında, yalnız 1979-cu ildə TFH-nin iqtisadi və sosial coğrafi baxımdan tədqiqinə həsr olunmuş ilk namizədlik dissertasiyası müdafiə olnmuşdur(Sariulun, 1979). Ümumilikdə isə TFH-nin iqtisadi və sosial coğrafi aspektdə tədqiqi hələlik başlanğıc mərhələsindədir. Ona görə də bu problemin öyrənilməsi və həllində iqtisadi coğrafiyaşünasların xüsusi rolu ola bilər. TFH-nə aid həsr olunmuş bütün təbiətşunaslıq və sosioloji tədqiqatları araşdırmaqla, müəlliflər problemə iqtisadi və sosial coğrafi baxımdan kompleks yanaşmağa çalışmışlar. Bu kitabın əsas xüsusiyyəti, yalnız TFH-nin ümumi yaranma və yayılma meyllərini deyil, həmçinin onların məhsuldar qüvvələrin səmərəli yerləşməsinə və yeni yaradılan ərazi sistemlərinə təsirini öyrənmək, problemin dağıdıcı fəaliyyətinə qarşı kompleks müdafiə vasitələrini nəzərdən keçirməkdən ibarətdir. Belə müdafiə vasitələrinin seçimi TFH-nə məruz qalan rayonların iqtisadi inkişaf səviyyəsindən asılıdır. Tamamilə məskunlaşmamış və ya mənimsənilməmiş ərazilərdə baş verən güclü zəlzələ, sel, sürüşmə və digər TFH çox vaxt böyük dağıntılar yaratmırlar. Lakin, əhalinin sıx yerləşdiyi, təsərrüfatların intensiv inkişaf etdiyi rayonlarda əksinə, hətta zəif TFH bəzən böyük dağıntı və ölüm-itim halları ilə müşayət olunur.

Oxuculara təqdim olunan bu kitabda əsas məqsədlərdən biri TFH-nin mütamadi olaraq təkrarlandığı rayonlarda müdafiə və mühafizə tədbirlərin işlənib hazırlanması üçün, onların əhalinin təsərrüfat fəaliyyətinin və həyat tərzinin ərazi təşkilinə təsirini qiymətləndirməkdən ibarətdir. Müəlliflər qarşılarına qoyduqları məqsədlərinə nail olmaq üçün, TFH iqtisadi və sosial coğrafiya elminin əsas tədqiqat obyektlərindən biri kimi götürmüş və onların kompleks coğrafi təhlil metodikasını işləyib hazırlamışlar. TFH-nin hər bir növünün təsərrüfat sahələrinə və onun ərazi quruluşuna, əhalinin məskunlaşmasına və həyat fəaliyyətinə təsirini aşkar etmək; TFH-dən dəyən ziyanın hesablanması metodunun xalq təsərrüfatı planlaşdırılmasında tətbiq etmək də qarşıda duran vəzifələrdən biridir. . Bütün bunlarla yanaşı, köməkçi metodik vasitələrdən və əlavə tapşırıqlardan istifadə olunmuşdur. Belə tapşırıqların sırasına TFH-nin tarix -coğrafi, kartoqrafik sosial və iqtisadi baxımdan qiymətləndirilməsi, proqnoz xassəli müxtəlif tədqiqat metodlarının əhəmiyyətinin açıqlanması; təsərrüfat obyektlərinin planlaşdırılması və layihələşdirilməsi zamanı TFH-nin proqnozlaşdırılması daxildir. Bu kitabınn yazılmasında Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş ədəbiyyat mənbələrindən, statistik göstəricilər, müxtəlif ilkin materiallar və TFH-nin fəal təzahür olunduğu rayonlarda müəlliflərin şəxsi müşahidələri əsasında toplanan məxəzlərdən istifadə edilmişdir.

Kitabın I hissəsində TFH-nin iqtisadi-coğrafiya nöqteyi-nəzərindən kompleks tədqiqinin metodoloji prinsipləri, təsərrüfatın və əhalinin ondan müdafiə üsulları, II hissəsində isə Azərbaycanın timsalında daha çox yayılmış və ən çox iqtisadi zərərlər vuran TFH və ondan müdafiə yolları nəzərdən keçirilir.

Müəlliflər tərəfindən TFH-nin iqtisadi və sosial coğrafi baxımdan tədqiqinə həsr olunmuş bu elmi və metodik əsər, fəlakət yaradan hər bir hadisənin respublikanın iqtisadi durumuna və həyat tərzinə təsirini, xalq təsərrüfatı sahələrinə, əhaliyə və yaşayış məntəqələrinə vurulan birbaşa və dolayı zərərləri aşkar etməyə yönəldilmişdir. Bu kitabda verilmiş əsaslandırılmış tövsiyyələr Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsinin kəndlərin inşa edilməsinə dair layihələşdirmələrində istifadə olunmuşdur. Müəlliflər TFH-nin geniş yayıldığı və böyük dağıntılara səbəb olduğu Şamaxı və İsmayıllı rayonlarında əhalinin təhlükəsiz ərazilərə köçürülməsinə dair tikinti-layihələşdirmə işlərinin hazırlanmasında fəal iştirak edərək, Azərbaycan Respublikasında təbii fəlakətə daha çox məruz qalan ərazilərin xəritəsini tərtib etmişlər. Tədqiqatın nəticələri Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Qazax, Oğuz, Sabirabad, Şəki rayonlarının ərazilərində icra hakimiyyətləri və yerli təşkilatlar tərəfindən istifadə olunmuşdur. Bu nəticələrdən məhsuldar qüvvələrin yerləşdirilməsinə dair sxemlərin işlənib hazırlanması və rayon üzrə planlaşdırmanın həyata keçirilməsi zamanı plan və layihə təşkilatları tərəfindən də istifadə oluna bilər.

Kitab coğrafiyaçılar, ekoloqlar, sığorta fəaliyyəti, mülki müdafiə, fövqaladə hallarla məşğul olanlar və geniş oxucu kütlələri üçün elmi publisistik vəsait kimi istifadə edilə bilər.

Kitab haqda arzu və təkliflərinizi BDU-nun Sosial və İqtisadi coğrafiya kafedrasına göndərmənizi sizdən xahiş edirik.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin