Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir


TFH-nin öyrənilməsinin əsas istiqamətləri



Yüklə 2,03 Mb.
səhifə3/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
1   2   3   4   5   6   7   8   9   ...   14

1.3. TFH-nin öyrənilməsinin əsas istiqamətləri

Minilliklər ərzində insanlar TFH-ə qarşı mübarizə sahəsində müəyyən təcrübə toplamışlar. Lakin bu təcrübələr bir qayda olaraq passiv uyğunlaşmaya əsaslanırdı. Onlar bu və ya digər TFH-nin baş vermə səbəblərini, onların təsərrüfat sahələrinə və əhalinin müəyyən ərazidə məskunlaşmasına təsirini öyrənmirdilər. Ən məqbul hallarda TFH-nin birbaşa vurduqları zərərləri nəzərə alırdılar. Elmin müasir inkişaf mərhələsində TFH-nin öyrənilməsi məqsədyönlü xarakter daşıyıb, daha kompleks və beynəlxalq əhəmiyyət kəsb edir. Buna aşağıdakılar imkan yaratmışdır:

-yer kürəsi əhalisinin artması və TFH-nin baş vermə ehtimalı çox olan yeni ərazilərin geniş şəkildə mənimsənilməsi;


-ayrı-ayrı TFH-nin qanunauyğunluqlarının dərk olunmasında

oxşar elmlərin əldə etdikləri nailiyyətlər, coğrafi təbəqənin vahidliyinin və onu təşkil edən komponentlərin qarşılıqlı əlaqəsinin dərk olunması;

-insanın təsərrüfat fəaliyyətində əksər hallarda TFH-nin dağıdıcı təsirinin dərk olunması;

-iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə və yer kürəsinin müxtəlif sahələrində baş verən TFH-nə görə bütün bəşəriyyətin öhdəsinə düşən məsuliyyətin dərk olunması. Belə məsuliyyətin dərk olunması təbii fəlakətlərin baş verməsi zamanı genişmiqyaslı beynəlxalq yardımın göstərilməsinə səbəb olmuşdur;

-bu problemin yalnız mühəndis-texniki vasitələrlə həll etməyin qeyri-mümkün olduğunun dərk olunması.

TFH-nə həsr edilmiş müxtəlif istiqamətini tədqiqatları 3 əsas itiqamətdə- təbiətşünaslıq, mühəndislik və sosial-iqtisadi müəyyən etmək olar. Birinci istiqamət fiziki coğrafiya, geologiya və geofizika elmlərinin birgə həyata keçirdikləri tədqiqatları birləşdirir. Bu istiqamətdə konsepsiya V.M.Kotlyakov tərəfindən işlənib hazırlanmışdır. O, yazırdı: «Bu və ya digər təbii fəlakətlərin baş vermə vaxtının və miqyasının proqnozlaşdırılması qarşıda duran əsas məqsədlərdən biridir. Lakin bunun üçün onların müəyyən ərazidə baş verməsi mexanizmini və yayılma səbəblərini, təbiətin digər komponentlərinə və təbii proseslərə təsirini öyrənmək zəruridir». V.M.Komlyakov bu istiqamətdə fiziki coğrafi tədqiqiqatların sonrakı məqsədlərinə nail olmaq üçün təbiətin bu və ya digər sahələrində TFH-nin baş vermə dərəcəsindən və yayılmasından asılı olaraq onların xəritələşdirilməsini; müəyyən müddət üçün TFH-nin proqnozlaşdırılması metodikasının işlənməsi; belə hadisələrlə mübarizə aparmaq və onlardan əhalinin xəbərdar edilməsi üçün mühəndis layihələşdirilməsinə lazımı şərait yaradılması; təbii fəlakətlərin monitorluq nəzarət sisteminə daxil edilməsi və onlar üçün kosmosdan müşahidə proqramının işlənib hazırlanmsı; qoruqların və milli parkların təbii fəlakətlərdən mühafizə olunması üçün xəbərdarlıq xidmətinə aid əsaslandırılmış tövsiyələrin işlənib hazırlanmsını təklif edir.

Ölkəmizdə TFH-nə təbitəşünaslıq istiqamətinə həsr edilmiş elmi işlər yüzlərlədir. Mühəndislik baxımdan da bu göstərici istisna təşkil etmir. TFH-nin mühəndislik istiqamətində tədqiqi onların vurduğu zərərlərin azaldılması, dağıdıcı güclərinin zəiflədilməsi və onlara qarşı mübarizə aparmaq üçün, bu problemdən xəbərdarlıq edilməsinin tekxniki metodlarının geniş spekterinin işlənib hazırlanmasını həyata keçirir. Bu sahədə də tətbiq olunan mühəndis-texniki, aqrotexniki metodlardan asılı olaraq çoxlu sayda elmi işlər aparılmışdır. Göstərilən hər iki istiqaməti ən-ənəvi adlandırmaq olar. Onların zəruri olması şübhəsizdlir. Təbiətşünaslıq istiqamət mühəndis-texniki metodun elmi əsası olduğu təqdirdə, mühəndislik istiqaməti isə bilavasitə TFH-dən müdafiəyə və onların qarşısının alınmasına yönəlmişdir. Lakin, son 50 ildə ölkəmizdə TFH-nə qarşı mühəndis-texniki mübarizə tədbirləri kifayət qədər aparılmamışdır. «Müasir cəmiyyətimiz təbii fəlakətlərə qarşı yalnız mühəndis texniki vasitələrlə səmərəli mübarizə aparmaq iqtidarında deyildir. Ətraf mühitə uzun müddətli uyğunlaşmanın vacib məqamlarından biri də – texniki qurğulardan və müxtəlif vasitələrdən yer quruluşu işləri və sosial planlaşdırma daxil olmaqla, bacarıqla və vaxtlı-vaxtında istifadə etməkdir. Bu baxımdan hər hansı bir tədbirlər sisteminə ümid etmək,cəmiyyətin təbiətdən asılılığını gücləndirmək deməkdir»(Uayt,1978).

Beləliklə, üçüncü problem-TFH-nin iqtisadi və sosial coğrafi baxımdan tədqiqi istiqaməti meydana çıxdı. Onun mahiyyətini aşağıdakı kimi ifadə etmək olar. İqtisadi və sosial istiqamətin əsas məqsədi sosial-iqtisadi şəraiti nəzərə almaqla, zəruri vasitə və metodlar seçib, insan təlafatını və vurulan ziyanı kəskin surətdə azaldılmaqdan ibarətdir.

İqtisadi və sosial coğrafi istiqamətli proqnozların inkişafını mühəndis müdafiə metodları və təbiətşünaslıq baxımdan aparılan tədqiqatlar təşkil edir. Lakin bu sahə öz tədqiqat çərçivəsindən kənara çıxaraq sosial-iqtisadi, təşkilati, psixoloji və başqa spektləri də əhatə edir. TFH-nin iqtisadi və sosial coğrafi istiqamətdə öyrənilməsi daxilində onların təsərrüfatın ərazi quruluşuna təsiri və dəyən ziyanın azaldılması məqsədilə yeni yanaşma üsulundan istifadə edilir.

TFH-nin təbiətşunaslar tərəfindən öyrənilməsinə həsr edilən, onların baş vermə səbəblərini, müxtəlif təbii ərazi istehsal sistemlərində fəaliyyət mexanizmini təhlil edən çoxlu sayda elmi işlər vardır. TFH-nin baş vermə təzahürünün dərk olunması onların iqtisadi coğrafi baxımdan təhlil edilməsi və müdafiə tədbirlərinin əsaslandırılması üçün zəruri olduğundan, biz bu elmi işlərə öz münasibətimizi bildirmək istərdik.

TFH-nə həsr olunmuş yüzlərlə elmi işlər, əsərlər çap olunmuşdur. Məsələn, sel və zəlzələlər haqqında daha çox, tozlu çovğun, quraqlıq və qara yel haqqında isə nisbətən az elmi əsərlər yazılmışdır. Bu əsərlərdə göstərilən hadisələrin baş vermə səbəbləri və şəraiti, əsas inkişaf qanunauyğunluqları təhlil edilərək, onların sənaye, kənd təsərrüfatı, məskunlaşma, nəqliyyat və suvarma sistemlərinə təsiri nəzrdən keçirilir.

S.M.Stoykov və P.R. Tretyakın(1983) «Təbiət-fəlakət-insan» başlıqlı kitabında təbiəti mühafizə aspekti daxilində ətraf mühit və bu mühitdə baş verən təbii proseslər haqqında ümumi məlumatlar xarakterizə edilir. Həmçinin,biosferdə baş verən əsas təbii fəlakətlər xarakterizə olunaraq, onlardan xəbərdarlıq edilməsinə yönəlmiş təbiətdən səmərəli istifadə prinsipləri əsaslandırılmışdır. Müəlliflər antropogen amillərin nəticəsində baş verən təbii fəlakətləri nəzərdən keçirərək, bu sahədə yol verilən səhvlərin aradan qaldırılması üçün uzun müddət və böyük kapital qoyuluşu tələb olunduğunu göstərmişlər.

B.A.Bolt, U.L.Xorn, Q.A.Makdonal və R.F. Skottun(1978) rus dilinə tərcümə olunmuş «Geoloji hadisələr» adlı monoqrafiyasında təbii fəlakətlərin bir çox növlərini-zəlzələ, vulkan, sunami, daşqın, uçqun, sürüşmə və çökmə hadisələri nəzərdən keçirilir. Hər bir hadisənin təbii xüsusiyyətləri haqqında elmi təsəvvürlər yaradılaraq, onlardan xəbərdarlıq edilməsi və vurduqları ziyanın azaldılması yolları nəzərdən keçirilir. Kitabda göstərilən tövsiyə və təkliflərlə zəlzələ, sunami, daşqın, uçqun, sürüşmə kimi təbii fəlakətlərin təhlükəsini tamamilə aradan qaldırmaq hələlik mümkün olmasa da, onların sistematik və məqsədyönlü şəkildə öyrənilməsi nəticəsində gözlənilən zərər və insan itgisindən qaçmaq mümkündür. Müəlliflər TF probleminə kompleks yanaşmanın vacibliyini də qeyd edirlər. Bu problemin həll olunması üçün müxtəlif elm sahələrinin müştərək səyləri tələb olunur.

Zəlzələ, vulkan, sürüşmə və daşqınlara T.Uoltxemin « Faciələr: qeuzli torpaq» başlığı altında dərc etdiyi monoqrafiyası diqqəti cəlb edir. Bu monoqrafiyada daha iri miqyaslı TFH və onların nəticələri ətraflı şəkildə xarakterizə olunur. Fəlakətlərin təbii xarakteri, həm də insan fəaliyyəti nəticəsində baş verməsi səbəbləri açıqlanır. TFH-nin proqnozlaşdırılmasına, onlar ilə mühəndislik nöqteyi-nəzərindən mübarizə metodlarına və iqtisadi qiymətləndirməyə böyük diqqət yetirilir.

TFH ilə əlaqədar məsələləri geniş əhatə edən, kompleks xarakterli elmi işlərin bir nümanəsi kimi «Təbii fəlakətlər; fəlakətlərin öyrənilməsi və onlar ilə mübarizə metodları» başlığı altında ABŞ-da nəşr olunan və SSRİ-də rus dilinə tərcümə olunan monoqrafiyanın əhəmiyyəti böyükdür.

Təbii fəlakətlərə dair materialların İngiltərədə nəşr olunduğu «Disasters», eləcə də Yuneskonun «Təbiət və resurslar» və «İmpact Sctence on Society» dərgilərinin rolu böyükdür. Bu nəşrlərin təbii fəlakətlərə və onlardan xəbərdarlıq edilməsinə dair həsr olunmuş məqalələrin mətnləri rus dilinə çevrildikdən sonra «İmpakt» dərgisinin birində dərc olunmuşdur. Bu dərgidə çap olunmuş məqalələrdə tropik siklon, zəlzələ, vulkan püskürmələri, qar uçqunları və digər TFH, o cümlədən onların baş vermə səbəbləri və proqnozlaşdırılması, xəritələşdirməsi, insan tələfatının və maddi ziyanın azaldılması kimit kompleks məsələlər öz əksini tapmışdır. Burada göstərilən sahə üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə dair də məsələlər nəzərdə tutulmuşdur.

SSRİ dövründə TFH probleminə dair materiallar «İnsan və təbiət» illik məcmuəsində nəşr edilirdi. Rusiyada və digər ölkələrdə bu problemə dair məlumatlar mütəmadi olaraq «Təbii ehtiyatların mühafizəsi və təkrar istehsalı» adlı referativ curnalda dərc olunurdu. Burada TFH-nin müxtəlif qurğuların inşa edilməsinə, onların istismarına və tikinti işlərinin dəyərinə təsirinin öyrənilməsinə mühəndislik coğrafiyası böyük diqqət yetirir.

TFH probleminə şəhərsalmaya dair ədəbiyyatlarda, tikinti normaları və qaydalarında-inşaat iqlimşünaslığı sahəsinə xüsusi diqqət göstərilir. Seysmik rayonlarda tikinti obyektlərinin yerləşdirilməsi və burada tikilən binaların mərtəbələrinin məhdudlaşdırılması xüsusi təlimat kimi nəzərdən keçirilir. Bu nəşrlərdə təbii şəraitdən asılı olaraq tikinti normativləri və əlverişsiz amillər-subasma, sürüşmə, sel hadisələri, ərazilərin yüksək seysmikliyi kimi məsələlərə də rast gəlinir. Şəhərsalmaya dair ədəbiyyatlarda TFH-nin xarakterindən asılı olaraq müxtəlif coğrafi şəraitdə aparılan tikililərin dəyər artımını təyin edərək, təbii fəlakətlərlə əlaqədar iqtisadi məsələlərə də diqqət yetirilir.

Bir sıra elmi-tədqiqat işləri TFH-nin regional baxımdan tədqiqinə həsr olunmuşdur. Məsələn, «Orta Asiyada təhlükəli hidrometeoroloji hadisələr», «Krımın iqlimi və təhlükəli hidrometeoroloji hadisələri», «Qafqazda təhlükəli hidrometeoroloji hadisələr» kimi bir çox kitablar TFH-nin regional aspektdə tədqiq olunmasına həsr olşunmuşdur. Bu elmi işlərdə TFH-nin vurduğu ziyanın qarşısının alınması və azaldılmasına dair bir sıra əməli təkliflər irəli sürülmüşdür.


1.4. Bəşəriyyətin TFH-nə münasibətinin təkamülü.

Bəşəriyyətin TFH-nə münasibəti cəmiyyətin bir çox sosial-iqtisadi inkişaf mərhələlərinin əksidir. İnsan həyatının və maddi dəyərlərin müdafiəsinə doğru ümumi təkamülün mövcud olması zamanı TFH-nin elmi baxımdan dərk olunması və texniki, iqtisadi və sosial imkanların artırılması nəticəsində təbiətin dağıdıcı qüvvələrinin qarşısını primitiv üsullarla deyil, konstruktiv və kompleks yanaşma vasitələri ilə tədricən almaq mümkündür. Bu təkamül prosesinin nəzərdən keçirilməsi və cəmiyyətin TFH-nə müasir münasibətinin aydınlaşdırılması şübhəsiz ki, nəzəri və meteodoloji maraq kəsb edir.

Bəşəriyyət TFH-nə münasibətdə bir neçə mərhələdən keçmişdir:

1.TFH-dən «xilas olma» və ya «qaçma»-ibtidai insanlar təbii fəlakətlərdən mühəndis texniki vasitəlrlə müdafiə olunmaq imkanına malik deyildilər, ona görə də insanlar ya təbii fəlakətdən qaçmalı, ya da həlak olmağa məcbur idilər.

2. İnkişaf prosesində bəşəriyyət bəzi TFH ilə mübarizə aparmaq üçün müdafiə üsullarını işləyib hazırlamışdır.

3. TFH-nin qarşısının alınması-XIX-XX əsrlərin elmi kəşfləri, yeni texniki vasitələrin meyadana çıxması TFH-nın bəzilərindən nəinki müdafiə olunmağa, eləcə də onların qarşısını almağa imkan vermişdir.

Texnikanın müasir inkişaf səviyyəsində TFH-nə münasibətin hər üç növündən istifadə olunur. İnsan TFH-nin bir neçə növləri ilə mübarizədə irəliyə doğru getsə də, bəziləri ilə, əksinə olaraq təkamülün ən erkən mərhələsindədir. Belə ki, bütün TFH-dən tam müdafiə olunmaq və onların tamamilə zərərsizləşdirilməsi üsulları hələ də tapılmamışdır.

İnsanların bütün bəşər tarixi boyu qarşılaşdıqları daşqınların timsalında TFH-nə münasibətlərinin təkamülünü müasir şəraitdə də müşahidə etmək mümkündür(Qinko,1977).

İnsanlar ilk öncə daşqına məruz qalan ərazilərdə məskunlaşmışlar. Lakin əslində onlar ta qədimdən suların törətdiyi fəsadlarla mübarizəyə başlamışlar. Əvvəlcə onlar daşqınlardan qorunmaq üçün sığınacaqlar tikmişlər. Daşqınlara qarşısı torpaq bəndlərdən istifadə etməklə, sığınacaqlarını dirəklərdən qurulmuş konstruksiyaların üzərində tikirdilər. Daha sonra insanlar nəinki yaşayış yerlərinin, eləcə də təsərrüfat sahələrinin müdafiə olunması üsullarını arayıb axtarmağa başladılar. Əvvala yaşayış binalarını və məhdud torpaq sahələrini mühafizə etməyə, sonralar isə uzun məsafələrdə çay məcrasının hər iki sahili boyu torpaq bəndlər çəkməyə başladılar. Deyilənlərə görə çay məcralarında ilk mühafizə bəndləri hələ Qədim Misirdə təxminən 3400 il əvvəl inşa edilmişdir. Cənub-Şərqi Asiyada daşqınlara uyğunlaşmanın qeyri-mühəndis üsulu da mövcud idi. Bu üsulun mahiyyəti erkən və tez yetişən xüsusi bitki sortlarının yetişdirilməsindən ibarət idi. Daşqınların qarşısının alınmasının növbəti mərhələsi çayların axınlarının tənzimlənməsidir. Bu məqsədlə ilk su anbarları inşa edilməyə başladı. Bu işlərin yerinə yetirilməsi eramızdan əvvəl üçüncü minilliyə təsadüf edir. Əvvəldə qeyd edilmiş ümumi vəziyyət TFH ilə mübarizənin növbəti mərhələsinə keçmək üçün, heç də əvvəlki yolları ləğv etməyi məqsədəuyğun hesab edilməlidir. Belə ki, indiyə qədər su altında qalmış, daşqınlara məruz qalmış ərazilərdən əhalinin köçürülməsi həyata keçirilərək («Çıxma»), çaylara bənd çəkilməsi üsulunu tətbiq edərək («müdafiə»), konkret şəraitin tələb etdiyi təqdirdə su anbarlarının («zərərsizləşdirilməsi») inşası yolu ilə daşqınların tənzimlənməsinə dair zəruri işlər aparılmışdır. Lakin məhsuldar qüvvələrin inkişafı prosesində bu üsullar müəyyən dəyişikliklərə məruz qaldıqlarından, TFH-nə münasibətin aşağıdakı 3 növü nəzərə çarpır:

1 1.Rayonda, TFH-nin baş verməsi və təkrarlandığı ərazidən onun təsiri olmamışdan əvvəl köçmək üsulundan(məsələn, sellərin tez-tez keçdiyi ərazilərdən), ya da təbii fəlakətdən əvvəl ( sunami küləklərinin yaxınlaşması haqqında xəbərdarlıq edildikdən sonra yüksək yerlərə), və ya fəlakət zamanı (siklon zamanı ) istifadə oluna bilər.

2.TFH-dən müdafiə və onlara uyğunlaşma müxtəlif üsullar vasitəsilə həyata keçirilir ki, bunu da iki əsas qrupa bölmək olar. Bu qruplara hasarlama-çəpərləmə (məsələn, müdafiə bəndlərinin inşası, meşə zolaqlarının salınması, meyvə bağlarının şaxtadan qorunması) və dağıntıya məruz qalan obyektlərin seysmik dözümlüyünün artırılmasıdır (seysmik hadisələrə davamlı tikinti, bitkilərin quraqlığa qarşı dözümlü sortlarının yetişdirilməsi) daxildir.

3. TFH-nin qarşısının alınması bəzi fəlakətlərin dağıdıcı fəaliyyətinin daşıyıcısı-nın xassələrinin dəyişməsinə şərait yaradır. Məsələn, dolu buludunun hərbi toplar vasitəsilə dağıdılması və daşqınlara qarşı müdafiə tikililərinin aparılmasını göstərmək olar.

Texnikanın müasir inkişaf səviyyəsində onun imkanlarından heç də TFH-nin bütün növlərinin qarşısının alınması və onlara qarşı mübarizədə tam istifadə edilmir. Həmçinin, göstərilən yolların hər birindən istifadə də, heç də həmişə tələb edilən nəticəni vermir. Məsələn, nəzəri baxımdan zəlzələlərin baş verdiyi və dağıdıcı xarakter daşıdığı ərazilərdə məskunlaşmaq mümkün olsa da, praktiki olaraq ondan qaçmaq, sunami və vulkan püskürmələrindən qorunmaq, metoritin yerə düşməsindən müdafiə olunmaq və ya onu yerə düşməyə qoymamaq hələlik qeyri-mümkündür. Lakin bununla belə, təqribən 200 il bundan əvvəl təbii fəlakət probleminə münasibətin təkamülü nəinki adı sadalanan hadisələrin transformasiyasına səbəb oldu, eləcə də insanlar müasir mərhələdə «TFH-ni planlaşdırmağa» başladılar. Son 20 illikdə xarici ədəbiyyatlarda işlədilən «TFH-nin planlaşdırılması», «Fəlakətlərin planlaşdırılması» və ya «Faciələrin planlaşdırılması» terminləri o qədər uğurlu hesab edilməsə də, bu anlayış altında TFH-nə qarşı mübarizə aparılması, ziyanın azalması, zərərçəkənlərə yardım göstərilməsi və sonradan həyata keçirilən bərpa işlərinə yönəldilmiş planlaşdırma tədbirləri başa düşülür. Ənənəvi tədbirlərlə birlikdə, əhaliyə xəbərdarlıq etmək və qəza işlərinin planlaşdırılması, ilk tibbi və ərzaq yardımı üzrə keçirilən tədbirlər, zəruri məsələlərin geniş dairədə müvafiq xidməti orqanlarının təşkili və kordinasiyası, maddi varlıqları qoruya bilən ixtisaslı mütəxəssislərin hazırlanması və s. məsələlər TFH-nin planlaşdırılmasına daxildir.

TFH-nə münasibətdə keyfiyyətcə müasir, yeni mərhələnin başlanmasını real misallarla göstərə bilərik. Məsələn, 60-cı illərdən başlayaraq dünyada TFH nəticəsində insan tələfatı və maddi itgilər xeyli dərəcədə artımışdır. Bu zaman TFH-nin vurduğu ziyan və dağıntı onun gücü ilə izah oluna bilməz. İnkişaf etməkdə olan ölkələrdə əhalinin intensiv artımı (demoqrafik partlayışı) və onların təbii fəlakətlərin (daşqın, siklon, zəlzələ və sair) təsirinə məruz qaldığı ərazilərdə məskunlaşması bu rayonlarda yaşayan əhalinin TFH-nin təsirinə qarşı həssaslığının artmasına kömək etmişdir. Belə ki, 1964-cü ildə Alyaskada baş vermiş zəlzələ bəşər tarixində ən dəhşətli fəlakət hadisəsi olsa da, əhalisi az olduğundan 126 nəfərin ölümünə səbəb olmuşdur. 1960-cı ildə Mərakeşdə baş vermiş zəif zəlzələ zamanı isə 1000 nəfər insan həlak olmuşdur. lakin, hətta Alayska kimi əhalisi çox az olan rayonlarda ərazilərin intensiv mənimsənilməsi nəticəsinə TFH-nin qurbanlarının sayı artır; 1898-ci ildən 1980-cı illərə kimi Alyaskada həlak olmuş əhalinin 20% qar uçqunlarının payına düşür (Hasskett, Fesler).

İnkişaf etmiş ölkələrin təbii fəlakətlərə həssaslığı güclənir. Məsələn, ABŞ-da daşqınlara qarşı mübarizə tədbirləri genişlənməsinə baxmayaraq, daşqınların ölkə iqtisadiyyatına vurduğu maddi itgilər artır. Bu itgilər 1970-1980-cı illərdə 50 milyard dollar təşkil etmişdir (Arnel, 1984). Əhalinin və maddi dəyərlərin artımını nəzərə almaqla, 1923-cü ildə baş vermiş Tokio zəlzələsinin modelləşdirilməsi Böyük Tokiyoya 250 milyard dollarlıq ziyan vurmuşdur.

Təbii fəlakətlərin real olaraq artmasına antropogen amillər də təsir edir. Məsələn, 1950-ci illərin ortalarından başlayaraq dağlıq sahələrin intensiv mənimsənilməsi, inkişaf etmiş ölkələrdə rekreasiya zonalarının genişlənməsi və inkişaf etməkdə olan ölkələrdə isə meşələr yanacaq və əkin sahələrində istifadə olunmaq üçün qırıldığından sel, sürüşmə və qar uçqunlarının sayı kəskin surətdə artmışdır.

D.L.Armand(1973) və başqa tədqiqatçıların qeyd etdiyi kimi, təbii fəlakətlərin ümumi tezliyinin və ya təkrarlanma hallarının artmadığı halda, insan tələfatının və maddi igkilərin sayının artması faktı parodoks hesab olunur. Belə ki, təbii fəlakətlərin baş vermə səbəblərinin öyrənilməsi, onlardan müdafiə və xəbərdarlıq edilməsi metodları mütəmadi olaraq öyrənilir. Lakin dünya miqyasında əhalinin sayı sürətlə artaraq, yeni, bəzən isə qeyri-münbit ərazilərin mənimsənilməsi sürətlə gedir. Beləliklə, insan cəmiyyətinin TFH-nə qarşı «ümumi həsaslığı», o cümlədən də öz tempi ilə artan müdafiə vasitələri artır. Buna oxşar fikri B.V.Şaxda(1983) ifadə edir. O faciələrin sayının artmasında Yer kürəsinin iqlimində və əhali məskunlaşmasında baş verən dəyişikliklər deyil, məhz yüksək risk zonalarında sosial-iqtisadi fəaliyyətin toplanmasını qorxulu hesab edir.

Son iyirmi ildə insan cəmiyyəti TFH ilə əlaqədar olan yeni aspektləri dərk etməyə başlamışlar və onlar aşağıdakı kimidir:

-TFH tamamilə insanlar tərəfindən ləğv oluna bilməz. Buna görə də, onlara qarşı həmişə hazır olmaq lazımdlır.

-TFH-nin vurduğu zərərlərin miqdarı nəinki onların gücündən və müdafiə tədbirlərindən, eləcə də təbii fəlakətdən sonrakı mərhələdə insanların mütəşəkkilliyindən və davranış tərzindən asılı olur.

-TFH ilə mübarizə üçün vahid müdafiə metodları yoxdur. Onlar hər bir konkret şəraitdə bölgə, dövlət və beynəlxalq səviyyədə yerli şəraitə uyğun həll olunmalıdırlar.

Dünya ölkələrinin TFH-nə qarşı əsaslı mübarizədə beynəlxalq əməkdaşlığı olmadan, bu problemlərin həllində uğur qazanmaq qeyri- mümkündür.

Beləliklə, mahiyəti «fəlakətlərin planlaşdırılmasından» ibarət olan TFH-nə qarşı müasir münasibətin meydana çıxması bütün bəşəriyyət üçün onların doğurduğu çətinlikləri dərk etmədən və sosial amilləri nəzərə almadan bu problemlərinin həllini qeyri-mümkün hesab edir. TFH-nə bəşəriyyətin münasibətinin tarixiliyi və bu problemlə mübarizə, onların nəticələrinin ləğvi həyata keçirilən tədbirlərin ayrı-ayrı ölkələrin və rayonların iqtisadi və sosial inkişaf səviyyəsi ilə sıx əlaqədardır. Belə ki, inkişaf etməkdə olan ölkələr , yüksək inkişaf etmiş ölkələrdən fərqli olaraq, təbii fəlakətlər qarşısında daha da imkansızdırlar. Amerikalı alim R.Keytsin(1976) XXIII Beynəlxalq coğrafiya konqresində təqdim olunmuş məruzəsində göstərilir ki, hər il yüksək inkişaf etmiş sənaye ölkələrində təbii fəlakətdən hər bir nəfərin ziyan çəkmək ehtimalı 10-6 (1-in milyona nisbəti), inkişaf etməkdə olan ölkələrdə 10-5 və zəif inkişaf etmiş ölkələrin arasında seçilən Banqıladeşdə isə 10-4 təşkil edir. Ərazisində dünya əhalisinin 2/3-si yaşayan inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlər nəticəsində ölənlər təqribən 95 % təşkil edir. R.Keytsə görə «kasıb millətlərə» əsas meyar kimi TFH-nin onları zəiflətmək imkanı nəzərdən keçrilməlidir. Zəngin dövlətlərdən fərqli olaraq TFH nəticəsində ölüm səviyyəsi 100 nəfər və dəyən ziyan 10 dəfə çox olan ölkələrin əhalisi «kasıb millətlər» hesab olunur.

«Zəngin» və «kasıb» ölkələr arasındakı fərqləri aşağıdakı misalda aydın görmək olar: 1980-cı ildə ABŞ-da baş vermiş daşqınlar ölkənin milli gəlirin yalnız 0,02%-ni təşkil edir. Bunun nəticəsində ölkə əhalisinin hər nəfərinə düşən ziyanın məbləği 2,46 dollar olub., Banqladeş üçün isə müvafiq rəqəmlər-1,9 dollar və ya 1,73 % təşkil etmişdir. Bir çox ölkələrin aşağı səviyyəli sosial və iqtisadi inkişafı dünya miqyasında yaxşı məlum olan TFH-nə qarşı texniki nailiyyətlərdən istifadə etməyə imkan vermir. E.R.Maykl(1983) göstərir ki, İranda uzun illər boyu mütəmadi şəkildə istifadə olunan gil və çiy kərpicdən inşa edilmiş tikililərin əvəzinə, digər (antiseysmik) tikinti materiallarından və metodlarından istifadə olunsaydı, 1968-ci ilin zəlzələsi zamanı bir çox insanların həyatını xilas etmək olardı.

Bu müəllif hətta beynəlxalq təşkilatlar tərəfindən təbii fəlakətlərin qurbanlarına göstərilən yardımın həmişə vaxtlı-vaxtında zərərçəkənlərə təqdim olunmadığına və təyinatı üzrə istifadə olunmadığına dair misallar çəkir. O xüsusilə Banqladeşin ərazisində 1970-ci ilin noyabr ayının 12-13-də baş vermiş faciə ilə əlaqədar fikir yürüdür. Bu faciə siklon və onun nəticəsində baş vermiş dalğalar və su basma nəticəsində təxminən 1 miloyon insan tələfatına səbəb olmuşdur. Bu faciə ən dağıdıcı təbii fəlakət olmasa da ən irihəcmli fəlakətlər içərisində ən səmərəsiz xilasedici əməliyyatların həyata keçirilməsi zamanı bütün TF regionlarını ötüb keçmişdir.

Bu faciədən sonra təqribən bir neçə həftə ərzində hər gün 1000 nəfərə qədər insan ölmüşdür. Belə ki, buna səbəb Dakka aeroportunda və onun ətrafında yığılmış tonlarla ərzağın zərərçəkənlərə çatdırılmasını təşkil edə biləcək fiziki qüvvənin yoxluğu idi».

Almaniyalı alim R.Geypel(1977) inkişaf etməkdə olan ölkələrdə faciələrin daha ağır nəticələr verdiyini – «qeyd edir». Kənd əhalisinin iri şəhərlərdə cəmlənməsi, müasir müharibələr, qaçqınlarının düşərgələri və burada yaşayanlar arasında və səfalətin dərinləşməsi, əhaliyə yardım vasitələrindən vicdansızcasına istifadə olunması, əhali ilə təkəbbürlü inzibati orqanlar arasında mövcud olan gərginlik, məhdud zümrələrdə korrupsiya və xarici, o cümlədən də iqtisadi maraqlar ilə əlaqə əhalinin həyat tərzini maksimal surətdə zəiflədir. Bu sözləri sitat gətirən S.B.Lavrov Qvatemalada 1976-cı ildə baş vermiş faciənin zəlzələ kimi deyil,məhz «sinfi təbəqələrin silkələnməsi» kimi xarakterizə olunduğunu qeyd edərək, bu səciyyənin məhz hansı inkişaf etməkdə olan ölkələrə aid olması haqqında əminliklə söhbət açır.

İnkişaf etmiş kapitalist ölkələri təbii fəlakətlərə görə həssaslığı az olsada, onların vurduğu ziyanın mütləq miqdarına görə həddən artıq böyük məbləğ təşkil edir. Lakin ABŞ kimi zəngin ölkədə TFH sahəsində hökm sürən iqtisadi və sosial siyasətin yüksək effektivliyi haqqında danışmaq düzgün olmazdı. Bütün bunlara baxmayaraq ABŞ kimi ölkədə də «itgilər yükünün» ictimai sektordan fərdi sektora yüklənməsinə doğru yönəlmiş mülahizəyə rast gəlməyin qeyri-mümkünlüyü bu ölkə üçün xarakterik xüsusiyyətlərdən biridir. (Təbii fəlakətlər; fəlakətlərin öyrənilməsi və onlar ilə mübarizə metodları 1978).



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin