|
II F Ə S İ L TFH-nin iqtisadi-coğrafi baxımdan öyrənilmə metodları
|
səhifə | 5/14 | tarix | 28.04.2017 | ölçüsü | 2,03 Mb. | | #16043 |
|
II F Ə S İ L TFH-nin iqtisadi-coğrafi baxımdan öyrənilmə metodları 2.1. Ərazinin coğrafi qiymətləndirilməsi. a) təbii şərait Azərbaycanda xalq təsərrüfatının ərazi təşkili təbii şəraitin öyrənilməsi ilə ayrılmaz surətdə əlaqədardır. Fiziki coğrafiya və onun ayrı-ayrı sahələri təbii şəraiti və ərazidə baş verən hadisə və prosesləri kompleks şəkildə tədqiq edir. Bu tədqiqatın nəticələri məhsuldar qüvvələrin ərazi təşkili və ya iqtisadi-coğrafi baxımdan aparılan tədqiqatlarda nəzərə alına bilər. Fiziki coğrafiyada təbii şərait və onun elementləri daha ətraflı təhlil olunsa da, TFH-nin ölkənin xalq təsərrüfatına və əhalinin həyat tərzinə mənfi təsiri əksər hallarda səthi xarakterizə olunur. Bununla əlaqədar olaraq biz müəyyən təbii şəraitdə inkişaf edərək baş verən və müxtəlifliyi ilə fərqlənən TFH-nin fiziki-coğrafi xüsusiyyətlərini öyrənməklə, onların iqtisadi və sosial coğrafi nəticələrini araşdırmağa çalışmışıq. Baxılan ərazilər və onlara məxsus olan təbii şərait bir-birindən fərqləndiyindən TFH-nin ölkənin ayrı-ayrı ərazilərdə təsərrüfatlara və onun ərazi təşkilinə təsiri də müxtəlifdir. Bu fərqli cəhətlər nəzərə alınmaqla TFH-ni yaradan təbii amillər fiziki coğrafiya və onun ayrı-ayrı sahələri tərəfindən hərtərəfli öyrənilməli və ona müvafiq olan əsaslandırılmış mübarizə metodları işlənib hazırlanmalıdır. TFH haqqında tədqiqatların əsas istiqamətləri SSRİ-də B.M.Kotlyakov tərəfindən işlənmişdir (1977). O, təbii şəraiti məxtəlif olan ərazilərdə TFH-nin yayılması və təzahürü səviyyəsinin xəritələşdirilməsini, onların proqnozlaşdırılması metodikasının işlənib hazırlanmasını və dağıdıcı fəaliyyətinin zəiflədilməsi üçün mübarizə tədbirlərinin həyata keçirilməsini məqsədəuyğun hesab edir. Bu tədqiqatların nəticələri sosial-iqtisadi coğrafiya üçün aşağıdakı iki aspektdən vacibdir:
Dostları ilə paylaş: |
|
|