Bəzi tfh ilə insanlar hələ qədim zamanlardan qarşılaşsalar da, digər bir qismi antroporgen fəaliyyətin genişlənməsi ilə yaranmış və yalnız son 100 ildə diqqəti cəlb edir



Yüklə 2,03 Mb.
səhifə13/14
tarix28.04.2017
ölçüsü2,03 Mb.
#16043
1   ...   6   7   8   9   10   11   12   13   14

3.8. Palçıq vulkanları


Təbii fəlakətlərin bir növü palçıq vulkanları olub onlar dünyada Rusiyada, Türkmənistanda, İranda, Birmada, Rumıniyada, Kolumbiyada, Venesuelada, Azərbaycanda daha çox yayılmışlar.

Azərbaycan dünyada klassik palçıq vulkanları rayonu olub onlar dünyada Rusiyada, Türkmənistanda, İranda, Birmada, Rumınyada, Kolumbiyada, Vensuelada, Azərbaycanda daha çox yayılmışlar.

Azərbaycan dünyada klassik palçıq vulkanları rayonu olub. Burada 250-dək palçıq (quruda və dənizdə) vulkanı olub, onlar Azərbaycanda, Abşeron yarımadasında, Qobustanda, Haramı-Səlyan zonasında və eləcədə Xəzər dənizində sahilə yaxın adalarda yerləşmişlər.

Azərbaycanda olan ən böyük palçıq vulkanlarına Qamas, Torağay, Böyük Kənizdağ, Lökbatan və s. göstərmək olar. Kraterinin böyüklüyünə görə ən böyük vulkan Torağay olub, onun kraterinin diametri 530 m-ə bərabərdir.

Palçıq vulkanlarının püskürməsindən əvvəl yerin dərin qatlarından güclü uğultu eşidilir, sonra partlayışla palçıq, qaz, müxtəlif suxur qırıntıları havaya sovrulur. Yer səthinə çıxan metan, karbohidrogen və təsirsiz qazlar alışır, yanır. Bəzən onların hündürlüyü 500-1000m –ə çatır və bir neçə kilometrlik məsafədən yanan qaz məşəlini seyr etmək olar. Vulkan fəaliyyətini dayandırdıqdan sonra onun kraterindən qaz, su, lil çıxaraq, qrifonlar əmələ gətirir.

Vulkanlar Azərbaycanda zəif mənimsənilmiş və məskunlaşma ərazilərində kənarda yerləşirlər. Ona görə də onların Azərbaycan iqtisadiyyatına vurduğu zərərlər çox cüzidir. Bununla belə insanlar belə ərazilərdə kiçik təsərrüfat obyektləri, heyvandarlıq fermaları, qəbirstanlıq, yollar, kiçik ərazilərdə əkin sahələri və bağlar salırlar və hətta öz başına yaşayış evləri inşa edirlər. Keçən əsrin 90-cı illərindən sonra Azərbaycanda insanlar sanki palçıq vulkanlarına daha çox «yaxınlaşmağa» meyl edirlər.

Ancaq nəzərə almaq lazımdır ki, bu gün fəaliyyətini müvvəqqəti dayandırmış palçıq vulkanı, müəyyən müddətdən sonra fəaliyyətə başlaya bilər. Palçıq vulkanlarının baş verəcəyi saat və gün haqqında dəqiq proqnoz verilməsinin hələlik qeyri mümkün olmasını nəzərə almaqla onların yerləşdiyi ərazilərin yaxınlığında hər hansı bir təsərrüfat fəaliyyəti aparmaq qanunlarla qadağan olunmalıdır. Hər bir palçıq vulkanı təbiət abidəsi olaraq qorunmalıdır, çünki yaxın gələcəkdə belə ərazilər Azərbaycanda turizmin inkişafında mühüm rol oynaya bilər.

Azərbaycanda palçıq vulkanları Respublika Milli Elmlər Akademiyasının Geologiya institutunda öyrənilir. Bu institutda Sovet dövründə, SSRİ-də yeganə olan «palçıq vulkanizmi» şöbəsi fəaliyyət göstərirdi. Bu şöbə tərəfindən «Qrəzevıe vulkanı Azerbaydjanskoy SSR» fundamental xəritəsi tərtib olunub. Bu şöbənin fəaliyyətini yeni tələblərə uyğun qurmalı, çox möcüzəli təbiət hadisəsi olan palçıq vulkanları daha geniş aspekdə öyrənilməsinə şərait yaradılmalıdır.

Palçıq vulkanlarına çox yaxın ərazilərdə məskunlaşan əhali bilməlidir ki, onlar hər an palçıq vulkanlarının təsirinə məruz qala bilərlər, ona görə də vulkandan güclü uğultu hiss edildiyi vaxt yaşayış yerlərini vaxt itirmədən tərk etməlisiniz. Nəzərə almaq lazımdır ki, vulkan püskürərkən havaya çoxlu miqdarda insan orqanizmi üçün çox zərərli qazlar buraxıldığından əgər evinizdəsinizsə qapı və pəncərələri kip bağlayın, əgər evinizi tərk edirsinizsə, qazların təsir dairəsindən kənarda özünüzə yer seçin.

Bəzən vulkan püskərməsi öz fəaliyyətini zəiflədərkən və ya dayandırarkən gənclər, uşaqlar vulkan kraterinə qalxmağa cəhd edirlər, belə hallara qətiyyən yol vermək olmaz, çünki bəzi hallarda vulkanlar öz aktiv fəaliyyətini müəyyən fasilələrlə bərpa edirlər.

Palçıq vulkanları yaxınlığında yerləşən yaşayış evlərini, yolları, təsərrüfatları başqa təhlükəsiz ərazilərə köçürdülmək imkanları olmadıqda bunları vulkanlardan qorumaq üçün vulkan ətəklərində-yamaclarında sədlər, dərin xəndəklər inşa edilməlidir. belə tədbirlər, o qədərdə güclü olmayan vulkanların lavasından qorunmağa imkan verər.

3.9. Xəzərin səviyyə tərəddüdləri


Xəzər dünyada yeganə dənizdir ki, onun sahilində beş dövlət yerləşir ki, onun sahəsi 370 min km2olub, okean səviyyəsindən 28 aşağıda yerləşib, enmə və qalxma nəticəsində onun sahəsi 30-50 km2 artır və ya azalır. Orta hesabla onun şimaldan cənuba uzunluğu 1200 km, şərqdən qərbə isə 350 km təşkil edir. Sahil xəttinin uzunluğu 6900 km olub, bunun 825 km-i Azərbaycanın, 900 km-i İranın, 1700 km Rusiyanın, 2320 km-i Qazaxıstanın, 1200 km-i Türkmənistanın payına düşür.

Son 100 il ərzində Xəzərin səviyyəsi 30 il ərzində 1900-1930-cu illərdə qalxmış, 46 il ərzində 1932-1976-cı illərdə enmiş, 17 il ərzində 1978-1995-ci illərdə yenidən qalxmış, hal-hazırda səviyyə aşağı düşməkdə davam edir. Uzun illik səviyyə tərəddüdləri içərisində qısa müddətdə 30-50 km az ölçülü qalxma və enmələrdə müşahidə edilmişdir. Beləki, səviyyənin ən kəskin enməsi 1930-1940, 1969-1976-cı illərdə olmuşdur. Dünyanın heç bir dəniz və göllərində belə bir səviyyədə qanunauyğun qalxma və enmə müşahidə edilmir. Təbiətin möcüzəsi olan Xəzərin qalxma və enmə problemi, uzun əsrlik bir dövr ərzində müxtəlif ölkələrin alimləri tərəfindən araşdırılsada hələlik bunun tam cavabı verilməmişdir. Xəzərşunas alimlər Xəzər dənizinin səviyyə tərəddüdlərini dənizə daxil olan suyun gəlir və çıxarından, atmosfer çöküntülərinin və buxarlanmanın miqdarından, yerin tektonik hərəkətlər, antropogen amillər, dəniz dibinin çökməsi, günəş fəaliyyəti və s. ilə izah edirlər.

Alimlər uzun illər Xəzərin səviyyəsinin kəskin aşağı düşməsini, sahəsi 12 min km2olan Qara Boğaz Qol körfəzi ilədə izah edirdilər. Beləki, ildə orta hesabla Xəzər dənizindən 3-5 aşağıda yerləşən körfəzə 23,6 km3 su axırdı.

Bunu nəzərə alaraq 1980-cı ildə körfəzin qarşısında bənd çəkildi və Xəzər sularının körfəzə axmasının qarşısı alındı. Çox baha başa gələn bu lahiyyə heç bir səmərə vermədiyindən, Xəzərin səviyyəsində əsaslı dəyişiklik baş verildiyindən Qara Boğaz Qol körfəzinin Xəzər dənizi arasında olan bənd 1984-cü ildə yenidən açıldı. Körfəzin bağlanması və açılması milyard dollara vəsaitin sərf olunmasına, körfəz və onun ətrafında ekoloji tarazlığın kəskin pozulmasına, bu ərazilərin flora və faunasına çox ciddi zərər vurmuş oldu. Düzdür, keçmiş Sovetlər birliyində Xəzər problemini həll etmək üçün Şimala axan çayların axım istiqamətini cənuba yönəltməklə bu problemi həll etmək istiqamətində ciddi cəhdlər edilsə də bu problem çox külli miqdarda maliyyə vəsaiti tələb edən bir lahiyyə olaraq həyata keçirilmədi.

Bu və ya digər Xəzərin səviyyə tərəddüdlərini nizamlamaq üçün olmuş lahiyyələr Sovetlər dövründə İran və SSRİ-nin köməyi ilə həyata keçirilə bilmədi. İndi Xəzər dənizi artıq beş müstəqil ölkə dənizinə çevrilsədə, Xəzərin göstərdiyimiz problemini bu ölkələr birgə həll edə bilmirlər, çünki Xəzər dənizi göstərdiyimiz tərəddüdlər dövründə, xüsusi olaraq səviyyə qalxmaları vaxtı Xəzəryanı ölkələrin iqtisadiyyatına 10-20 milyardlarla ABŞ dolları miqdarında zərərlər vururlar.

Xəzərin səviyyə tərəddüdləri (xüsusən uzunmüddətli qalxmalar) Azərbaycanın 825 km-k dəniz sahilində Azərbaycan iqtisadiyyatına hər dəfə 2-3 mlrd. ABŞ dolları məbləğində zərərlər vurur. Xəzərin səviyyəsinin son qalxması ilə əlaqədar Bakı şəhəri dəniz limanına və onun yardımçı tikili və qurğularına, şəhər milli parkına, Neft sənayesinə və onun yardımçı sahələrinə, Abşeronun müalicə, istirahət, kurort təsərrüfatına, şəhər əhalisinin bağ evləri və onların əkin sahələrinə, ? təsərrüfatına, yollara, kommunikasiya xətlərinə külli miqdarda zərərlər dəymiş yeraltı suların səviyyəsi kəskin surətdə yer səthinə doğru qalxmış, tarixən Abşeronda, Lənkəranda, Astarada və b. bölgələrdə əsas içməli su mənbəyi olan suquyularında içməli və suvarma suyu kimi istifadə olunan su quyuları yüksək dərəcədə minerallaşmış (duzlaşmış), geniş ərazilərdə Abşeron üçün qeyri adi olan bataqlaşmış sahələr əmələ gəlmiş, geniş ərazilərdə intensiv surətdə səhralaşma prosesi getməyə başlamışdı. Göstərilənlərin nəticəsi olaraq Abşeronda, Lənkəranda və s. rayonlarda bəzi ərazilərdə ekoloji tarazlıq əsaslı surətdə pozulmuş, 100 illiklər boyu Abşeron üçün xarakterik olan bir çox bostan, tərəvəz bitkiləri əkini sahələri öz fəaliyyətlərini dayandırmışlar. Xəzər boyu regionların və xüsusi olaraq Abşeronun fauna, florasında əsaslı dəyişiklər baş vermişdir. Bu ərazilər üçün səciyyəvi olmayan xəstəliklərdən insanlar çox zərər çəkirlər. Xəzərin qərb (Azərbaycan ərazisi daxilində) hissəsində məşhur Nabran istirahət zonasının plyaj təsərrüfatı, rekreasiya resursları, meşələr, ictimai iaşə müəssələri, yollar və s. sahələr çox böyük itkilərə məruz qalmışlar. Lənkəran –Astara zonasında yaşayış evləri, kəndlər, dəmir və avtomobil yolları, kurort, rekreasiya resursları, plyaj təsərrüfatı, əkin sahələri, bağlar, üzümlüklə, heyvandarlıq təsərrüfatı, emal sənaye müəssisələri, qoruq və yasaqlıq, meşə və kolluq sahələr və s. güclü dağıntıya məruz qalmış, uzun müddət öz fəaliyyətlərini bərpa edə bilməmişlər. Tam olmayan qısa xarakterizə edilmiş bu və ya digər sahələrlə yanaşı əhalinin sağlamlığına, ərazinin ekoloji şəraitinə ciddi zərərlər dəymişdir.

Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, 1978-1995-ci illərdə Xəzərin səviyyəsinin qalxması nəticəsində 50 yaşayış məntəqəsi, 250 sənaye müəssəsi, 60 km avtomobil yolu, 10 km dəmir yolu, 40 min hek. qış otlağı, ümumiyyətlə, 131 min ha. sahə suyun altında qalmış və onların bir qismini qamış basmış bataqlaşmış və hal hazırda tam istifadə üçün yararsız ərazilərə çevrilmişdir.

Xəzərin keçmişdə və gələcəkdə ola biləcək səviyyə tərəddüdlərini nəzərə alaraq aşağıdakı tədbirlərin görülməsini tövsiyyə edərdik.



  1. Xəzər sahili boyu ərazilərin mənimsənilməsində və məskunlaşması Xəzər dənizinin səviyyə tərəddüdlərinin proqnozlarına istinad edilməlidir.

  2. Çox böyük maliyyə resursları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi, dövlət müdafiə əhəmiyyətli tikililər və obyektlər Xəzərin sahil boyu zonasından nisbətən kənarda yerləşdirilməsi nəzərdə tutulmalıdır. Rusiya, Azərbaycan, İran dövlətləri arasında Şimal Cənub Nəqliyyat dəhlizinin yenidən çəkilməsi və qisməndə indi fəaliyətdə olan dəmir və avtomobil yolunun yenidən qurulması haqqında ilkin razılaşma əldə edilmişdir. Nəzərə alsaq ki, göstərilən yolların bir neçə kilometrlik sahəsi Xəzər dənizinin bir neçə metrliyindən keçir və fasilələrlə bu yollar Xəzərin suları və güclü dalğalarına məruz qalaraq yararsız hala düşürlər. Əgər nəzərə alsaq ki, 1995-ci ildən Xəzər dənizində səviyyənin stabilləşməsi gedir, növbəti qalxma dövründə göstərilən yolların ayrı-ayrı hissələri Xəzər dənizi suları altında qala bilər. Beynəlxalq əhəmiyəti olan bu yolların çəkilişi və yenidən qurulması, ancaq Xəzər dənizinin səviyyə tərəddüdləri nəzərə alınaraq həyata keçirilməlidir.

  3. Xəzər problemini hərtərəfli elmi və praktik istiqamətdə öyrənmək və səviyyə tərəddüdlərinə qarşı mübarizə aparmaq üçün beş Xəzər sahili boyu ölkələrin alim və mütəxəsislərinin səyi ilə birgə Xəzər elm və istehsalat mərkəzi yaradılmalı və bu təşkilat beş ölkələr tərəfindən maliyyələşdirilməli və gələcəkdə bu Xəzərsahili təşkilatın nəzdində Xəzərin dağıdıcı hadisələrindən qorunmaq üçün xüsusi «Xəzər» maliyyə fondu yaradılmalıdır. Xəzərin iqtisadi, siyasi, ekoloji, bioresursları, fauna və florasını qorumaq üçün Xəzər dənizi gələcəkdə ümumdünya əhəmiyyətli qoruq zonası elan edilməlidir.

Xəzərin səviyyə tərəddüdlərinin qarşısını almaqda müasir insan cəmiyyəti gücsüzdür. Bununla belə Xəzər sahilində görüləcək bütün müdafiə tədbirləri Xəzərin dağıdıcı qüvvəsinin və onun vurduğu zərərlərin zərərsizləşdirilməsinə istiqamətləndirilməlidir.

Xəzərin son səviyyə tərəddüdləri və onlar nəticəsində Xəzər sahili boyu ölkələrin iqtisadiyyatına dəymiş zərərlər 10-20 mlyd. ABŞ dolları olmaqla bu qədər zərərlərin qarşısını almaq və onlara qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün Xəzəryanı ölkələrin maliyyə imkanları məhdud olduğunu nəzərə alaraq BMT, YUNESKO, Dünya bankı və s. kimi beynəlxalq təşkilatlara bu qlobal problemin həll edilməsi üçün maliyyə yardımı almaq üçün müraciət edilməlidir.

Kitayda, Azərbaycanda yayılmış, tez-tez təkrarlanan daha çox respublika iqtisadiyyatına hər il zərərlər, dağıntılar və bəzəndə insan ölümü ilə nəticələnən TFH-i ətraflı xarakterizə edilərək, TFH-ə qarşı əsaslı müdafiə tədbirləri görülsə də onların bir qisminin təkrarlanması, vurduğu zərərlərin ilbəil artmaqda davam etməsi, digərlərinin isəaflı surətdə ram edilməsini göstərmək olar.

Qarşıda duran əsas məsələ bütün TFH-n elmi-praktik cəhətdən hərtərəfli öyrənilməsi, onlara qarşı dünya təcrübəsində tətbiq edilən bütün müdafiə metodlarından istifadə edilməklə Azərbaycanda TF-i əsaslı surətdə ram etmək problemi durur.

Bu işlərin həyata keçirilməsi üçün dünyada TFH-n yayıldığı ölkələrin əksərində fəaliyyətdə olan TFH-ə qarşı, dövlət səviyyəsində görülən işlərə rəhbərlik edən nazirlik komitə və s. kimi təşkilatlar fəaliyyət göstərir, növbəti dağıdıcı təbii fəlakətləri gözləmədən Azərbaycanda Fövqaladə Hallar üzrə Nazirliyin yaradılması günün ən aktual problemi olmalıdır.


3.10. İldırım

İldırıma Azərbaycanda ən çox dağ və dağətəyi ərazilərdə çox nadir hallarda isə düzən ərazilərdə baş verir. Onların Respublika ərazisində təkrarlanması ildə …… günə bərabərdir.

İldırım çaxması öz gözlənilməzliyinə və qəribəliyinə görə heç bir təbiət hadisəsi onunla rəqabət apara bilməz. Şübhəsiz, ildırımın hərəkəti şıltaqlıq təsiri bağışlayır, lakin əslində o təbiətin müəyyən qanunlarına tabedir ki, bu qanunları biz hələ tam müəyyənləşdirə bilməmişik. Bir yerdə ildırım insanı onun paltarına belə toxunmadan öldürür, başqa bir yerdə insanı təpədən-dırnağa qədər çılpaq soyunduraraq ona heç bir xətər toxundurmur, heç bir yerini belə cüzi də olsa yaralamır. Üçüncü bir halda o çilçırağın üzərindəki zəri-qızıl suyunu qoparıb divarın suvağına yaxır.

İldırım vuraraq ölmüş adamlarda bəzən heç bir xarici bədən xəsarəti olmur. Ölümün səbəbini araşdırdıqda beyin iflici diaqnozu olması müəyyən olunur. Bir çox hallarda ildırım vuraraq ölmüş və ya yalnız eşitmə qabiliyyətini itirmiş insanlar saçlarından məhrum olurlar; bəzən saçlar ildırım vurmasından, bəzən bir neçə gündən sonra tökülür.

Bir çox hallarda ildırım vurmuşlar heç bir titrəmə, qıc olma baş vermədən qəflətən yıxılırlar; onlar heç bir şey görmədən, eşitmədən, heç bir şey hiss etmədən dərhal huşlarını itirir və özlərinə gəldikdə heç bir şey xatırlamır, niyə yerə uzandıqlarını başa düşə bilmirlər. Elektrik cərəyanı o qədər sürətli hərəkət edir ki, insan lazımi təəssüratı almamışdan öncə gözləri sıradan çıxarır.

Bə’zən ildırım həlak olmuş insanın bədənində müəyyən əşyaların izini həkk edir.

İldırım zamanı teleqraf xətləri güclü şəkildə elektrik enerjisi ilə yüklənir, yaxud tamamilə yararsız hala düşürlər. Dəmir barmaqlıqlar və dirəklər ildırım vaxtı elektriklə yükləndiyi üçün onlara yaxınlaşmaq təhlükəli ola bilər.

İldırım haqda təsəvvürü olmayan insanlar ildırımı qovmaq üçün zəng çalmaq ənənəsi mövcud idi. Amma bu vasitə ilə, o zamankı düşüncəyə görə, nəinki ildırımı qovur, əksinə cəlb edirdilər. Bu bir çox zəngçalana həyatı bahasına başa gəlirmiş. Bir çox sadəlövh insanlar güclü ildırım zamanı sığınacaq yeri olaraq kilsə və meçitlərə girmiş və oradaca həlak olarmışlar. Çünki ildırım zərbə endirmək üçün yüksək binaları seçir.

İldırım təhlükəsini azaltmaq, binaları və digər tikililəri dağıntıdan və yanğından qorumaq üçün ildırım ötürücüdən – etibarlı keçirici vasitəsilə torpağa birləşdirilmiş metal mildən istifadə olunur. Bu müdafiə üsulunu ilk dəfə kəşf edən Amerikan fiziki Franklin hesab edir ki, ildırım ötürücüsü buludlardan gələn elektrik cərəyanını asanlıqla zərərsizləşdirə bilər, belə ki, idırımla bina və tikililər arasında enerji boşalması baş verməyəcək. İldırım öldürücüsünün əsas vəzifəsi ildırım enerjisini torpağa ötürməkdən və ötürücülərdə təhlükəli yüklərin əmələ gəlməsinə mane olmaqdan ibarətdir.

İldırım ötürücülərdən hələ ki kifayət qədər geniş istifadə olunmur; onları yalnız dövlət əhəmiyyətli və yüksək mərtəbəli binaların, za-vodların və fabriklərin hündür boruların üzərinə qoyurlar. Bunun səbəbini bu qurğuların və onların quraşdırılmasının nisbətən baha başa gəlməsində və konstruksiyaları haqqında əhali arasında lazımi izahat işinin aparılmasında axtarmaq lazımdır. Belə ki, ildırım ötürücünün quraşdırılması zamanı buraxılan səhv ən ağır nəticələrə, yəni adi halda olduğundan da qat-qat ağır nəticələrə səbəb ola bilər.

Sadə və asan əməl oluna biləcək idırıma qarşı təhlükəsizlik qaydalarını bilmək və ona əməl etmək çox vacibdir.

İldırımdan qorunmaq üçün tənha və hündür ağacların altında gizlənmək olmaz, çünki onları tez-tez ildırım vurur. İnsanın ağacla bir yerdə olması ağacı ildırım vurması etimalını artırır. Çoxsaylı kökləri torpağın dərinliklərinə işləyən və buna görə də müqavimət göstərmə qabiliyyəti nisbətən az olan palıd ağacı, küknar və şam ağacı, enli yarpaqlı ağac növlər zərbələrə daha çox məruz qalır. Təhlükəyə ən az məruz qalan fıstıq ağacıdır. İldırım ağacları hissələrə parçalayır, yüksək hərarət ağacın şirəsini dərhal qaynadır və buxarın təzyiqi ağac parçalarını onlarla metr kənara tullayır. Ağacı orta dərəcəli ildırım vurduqda yan tərəfdən ildırımı torpağa ötürən iz – kömürləşmiş dərin nov açılır. Yüzillik tənha palıdlar tez-tez ildırım vurmalara məruz qalırlar.

Qumsal yerə ildırım düşməsi nəticəsində qumun əriməsindən müxtəlif fiqurlar əmələ gəlir, qayalar güclü ildırım vurmasının təsiri altında kristallaşır.

İldırımdan əvvəl otaqdakı «hava cərəyanının» (skvoziyakın) qarşısını almaq üçün pəncərələri bağlamaq lazımdır. Bütün soba buxarıları, tüstü boruları bağlanılmalıdır. Aşkar olunmuşdur ki, kürəşəkilli ildırım tez-tez göstərilən yollardan mənzillərə (hətta bəzən zəif hava hərəkəti zamanı da) daxil olur. İldırım zamanı otaqda (olarkən) otaqdakı pəncərələrdən və sobalardan mümkün qədər uzaqda olmaq lazımdır. Çünki ildırım daha çox boruları vuraraq sobaları sıradan çıxarır, evin üzərinə düşərkən isə çatıdan və daha çox şırımların olduğu künclərdən keçir. Bu əsasən kiçik binalara və böyük binaların yüxarı mərtəbələrinə aiddir. İldırım zamanı məftillərdən və metal kütlələrdən də mümkün qədər uzaq olmaq lazımdır.

İldırım – zamanı çay və çeşmələrin sahilində olmaq, çimmək və qayıqla üzmək məsləhət görülmür, telefonla danışmaq da olmaz; adətən ildırım həddindən artıq gücləndikdə telefon stansiyaları əlaqəni dayandırırlar.

Radio və televizor antenilarını mütləq torpağa birləşdirmək lazımdır. Zəif təhlükə mənbəyi sayılan çöl antennaları zərbə anında dərhal alışır, lakin antenna yerə birləşdirilmiş olarsa, televizor və radio salamat qalar, məhv olmuş məftillər isə radio cərəyana qoşulu olsa belə yanğın törətməz. Yerə birləşdirilmiş antenaların zərbəyə məruz qalması halları olmasada nadir hallarda, binanın girişinədək binaya heç bir ziyan dəyməsə də naqillərin sıradan çıxması ilə nəticələnə bilər.

Açıq sahədə, xüsusən də yüksək yerlərdə güclü ildırım zamanı hərəkətdə olan adam daha çox ildırım vurma təhlükəsinə məruz qalır; belə hallarda yerə oturaraq və ya hətta uzanaraq ildırımın qurtarmasını gözləmək lazımdır.

Ot tayasında, dərzlərin və s. içində gizlənmək olmaz. Əldə metal əş­ya tutmaq və yaxud onların yaxınlığında durmaq da təhlükəlidir.

İldırım zərbələrinin böyük əksəriyyəti tufanlarla zəngin olan iyul, avqust aylarına düşür. Sutkanın saatlarına görə, zərbələrin 60%-i günorta vaxtından saat 18-ə dək düşür. Ən az zərbə səhər-səhər olur.

İl ərzində ildırım vurmuş insanların sayı bir qayda olaraq fikirləşdiyimiz qədər olmasada ildırımın kifayət qədər çox olduğu və əhalinin sıx məskunlaşdığı yerlərdə bu say 1 milyona nisbətən 11 nəfərə bərabərdir.



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin