24. Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına
görə Qarabağ Azərbaycana “verilmiş” yoxsa onun
tərkibində “saxlanılmışdır”?
Cənubi Qafqaz ölkələri Sovet Rusiyası tərəfindən işğal olunduqdan
sonra Dağlıq Qarabağ yenə müzakirə mövzusuna çevrildi və 1923-cü
ildə Sovet rəhbərliyinin qərarı ilə ona Azərbaycan Sovet Sosialist Res-
publikasının tərkibində muxtar vilayət statusu verildi. Bu qərarla razı-
laşmayan Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın
tərkib hissəsi olmadığını iddia edir, onun tarixən Ermənistanın tərkib
hissəsi olduğunu, amma sovetlərin Cənubi Qafqazda “parçala, hökm sür”
siyasətinin bir hissəsi kimi zorla və qanunsuz olaraq Sovet Azərbaycanına
verildiyini iddia edirdilər. Murad Muradyan və Daniel Drakmanın
sözlərinə görə, “1921-ci ildə Türk Millətçi ordusunun komandanı Mus-
tafa Kamalın tələbinə cavab olaraq İosif Stalin və Vladimir Lenin Rusi-
ya Kommunist Partiyası Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağı
Azərbaycana verərək onunla sülh yaratmışdır”.
243
241 a.k.ə. Niftaliyev, Ilgar, p. 55. Həmçinin bax; a.k.ə. Qafarov, V. (2011), s. 169.
242 Газета “Азербайджан”, 25 сентября 1918 г. Götürülmüşdür; Niftaliyev, Ilgar, “Genocide and
Deportation of Azerbaijanis of the Erivan Governorate (1918-1920)”, Heritage, Vol. 2 (13), 2013, p. 56.
243 Mooradian, Moorad & Druckman, Daniel, “Hurting Stalemate or Mediation? The Conflict over
Nagorno-Karabakh, 1990–95”, Journal of Peace Research, Vol. 36, No. 6, 1999, p. 709.
87
QARABAĞ
99 SUALDA
Digər tərəfdən, “azərbaycanlılar iddia edirlər ki, bu qərarla sadəcə
əvvəldən mövcud olan reallıq tanınıb”.
244
Rusiya Dövlət Sosial-Siya-
si Tarix Arxivinin sənədlərinə görə, Dağlıq Qarabağ nə 1923-cü ilədək
Ermənistanın tərkib hissəsi olub, nə də bir çox qərb alimlərinin dedi-
yi kimi Sovet diktatoru İosif Stalin heç vaxt onu Azərbaycana güzəştə
getməyib. Bu məsələ ilə bağlı ən əhəmiyyətli sənəd “Stalinin Rusiya
Kommunist (b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun bir neçə
erməni üzvü ilə birlikdə, daha dəqiq desək, A.Nazaretyan və A. Myasnik-
yan ilə birlikdə Dağlıq Qarabağı kiməsə verməyi (отдать (otdat)) deyil),
ya güzəştə getməyi yox, Azərbaycanın tərkibində saxlamağı - ”Dağlıq Qa-
rabağı Azərbaycan SSR-in hüdudları daxilində saxlamağı”
245
- (оставить
(ostavit)) qərara alır” deyə qeyd edildiyi Rusiya Kommunist (b) Parti-
yası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli plenum
qərarıdır.
Hüquq üzrə erməni professoru Şagen Avakyan Rusiya Kommunist
(b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul 1921-ci il plenu-
munun qərarının birinci bəndinə istinad edərək yazır: “Müsəlmanlar və
ermənilər arasında sülhün qorunub saxlanılması zərurətini əsas götürərək
... “Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlansın”.
246
Burada
“saxlanmaq” kimi tərcümə olunan “оставить (ostavit)” rus sözünə xüsusi
diqqət verilməlidir. Bu sözün – “vermək” kimi tərcümə olunması azdırıcı
tarixi faktdır. Belə ki, əgər Stalin Rusiya Kommunist (b) Partiyası Mərkəzi
Komitəsi Qafqaz Bürosunun qərarı ilə Qarabağı Azərbaycan ərazisi
çərçivəsində “saxlamağa” dair sərəncam veribsə, deməli Qarabağ hətta
sovetləşmədən də əvvəl Azərbaycana məxsus olub.
Dağlıq Qarabağın Sovet İttifaqı yaranmazdan əvvəl Azərbaycanın
tabeliyində olmasına gəlincə, ermənilər 1918-20-ci illərdə Cənubi Qafqaz
respublikalarının müstəqilliyi dövründə yeni yaranan Millətlər Liqasının
244 De Wall, Thomas, The Caucasus: An Introduction (Oxford University Press, 2010), p. 104.
245 Russian State Archive of Socio-Political History (Moscow), f. 64, op. 2, d. 1, pp. 118, 121-122.
Retrieved from Baguirov, Adil, “Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic
Claims used to Justify the Armenia-Azerbaijan War”, Caucasian Review of International Affairs, Vol. 2
(1), Winter 2008, p. 5.
246 Avakian, Shahen, Nagorno-Karabakh: Legal Aspect (TIGRAN METS Publishing House, 2010), p. 13.
88
QARABAĞ
99 SUALDA
dövlətin zəifliyi ilə əlaqədar Azərbaycanın müstəqilliyini və onun Dağ-
lıq Qarabağla bağlı iddialarını qəbul etmədiyini bildirir.
247
Bununla bağlı
Svante Cornell deyir: 1918-ci ilin 30 oktyabrında Osmanlı imperiyası ilə
Müttəfiq dövlətlər arasında imzalanmış Mudros müqaviləsinin şərtlərinə
müvafiq olaraq general Vilyam Tomsonun başçılığı altında yeni Böyük
Britaniya ordusu Azərbaycana daxil oldu. Cornellin sözlərinə görə, ancaq
sonralar general Tomson “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik
etimadnaməsini bir az da irəlilədərək Azərbaycanı qanuni hökumət kimi
tanımaq qərarına gəldi [ ...] və Qarabağ üzərində səlahiyyəti Azərbaycana
verdi”.
248
Bundan başqa, 1920-ci ilin əvvəllərində “Versal Sülh Konfransı
Azərbaycanın müstəqilliyini və Qarabağın onun tərkib hissəsi olduğunu
de-fakto tanıdı”.
249
1920-ci il 30 noyabr tarixli, Azərbaycanda Sovet hakimiyyətinin verdiyi
bəyanata istinad edən erməni tədqiqatçısı Avakyan əminliklə bildirir ki, “bu
bəyannaməyə görə Ermənistanla Azərbaycan arasında əvvəllər qəbul olun-
muş sərhədlər ləğv edilərək Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvan Sovet
Ermənistanının tərkib hissəsi kimi tanındı”.
250
Burada yenə də “ləğv olunma”
sözünə diqqət cəlb olunmalıdır. Əgər Ermənistanın iddia etdiyi kimi Dağlıq
Qarabağ sovetləşmədən əvvəl Azərbaycanın ayrılmaz hissəsi deyildisə, onda
Azərbaycan hansı hüquqla əvvəllər Azərbaycanla Ermənistan arasında qəbul
olunmuş sərhədləri ləğv edərək Ermənistana Dağlıq Qarabağ üzərində
hakimiyyət hüququ verdiyini elan edə bilərdi. Bu bəyannamə açıq-aşkar
göstərir ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin ləğv edilməsi
bəyannaməyə əsasən həyata keçirilib, başqa sözlə, bu iki respublika arasın-
da sərhəd məsələləri haqqında saziş olub və Ermənistan da sovetləşmədən
əvvəl bu əraziləri Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
247 Avetisyan, Aram & Nikoghosyan, Hovhannes, “Nagorno-Karabakh Republic: The First 20 Years of
de-facto Independence”, Foreign Policy Journal, 26 October 2011; (http://www.foreignpolicyjournal.
com/2011/10/26/nagorno-karabakh-republic-the-first-20-years-of-de-facto-independence/). Accessed on
October 2, 2013.
248 Cornell, Svante E., Azerbaijan Since Independence (M. E. Sharpe, 2011), p. 27.
249 Altstadt, Audrey, The Azerbaijani Turks: Power and Identity under the Russian Rule (Hoover
Institution Press, 1992), p. 102.
250 a.k.ə. Avakian, Shahen (2010), p. 13.
89
QARABAĞ
99 SUALDA
“RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan
5 iyul 1921-ci il
İştirak edirlər:
RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov,
Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər Ko-
missarı Hüseynov.
Dinlənildi:
1. yol. Orconikidze və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqın-
da qərarına yenidən baxılması məsələsini qaldırdılar.
Qərar verildi:
1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yu-
xarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini
nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar
vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa ş. olmaqla geniş
vilayət muxtariyyəti verilsin.
Səs verirlər - 4 lehinə, 3 bitərəf.
2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun
təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin.
3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın
Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan
MK ilə danışıq aparması tapşırılsın.
4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi
müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin.
RKP MK Qafbürosunun Katibi: Fiqatner.
25. Dağlıq Qarabağ Muxtar Vilayəti nə zaman yaradıldı?
Sovet İttifaqının ilk illərində Dağlıq Qarabağın statusu Azərbaycan SSR
ilə Ermənistan SSR arasında ən mübahisəli məsələlərdən biri olmuşdur.
Dağlıq Qarabağın statusu ilə bağlı ən mühüm sənəd onun Azərbaycandan
90
QARABAĞ
99 SUALDA
ayrılıb Ermənistana birləşdirilməli ya-
xud Azərbaycanın tərkibində saxlanılması
barədə Rusiya Kommunist (b) Partiyası
Mərkəzi Komitəsi Qafqaz Bürosu plenumu-
nun 5 iyul 1921-ci il qərarıdır. Rusiya Kom-
munist (b) Partiyası Mərkəzi Komitəsi Qaf-
qaz Bürosunun/ RK(b)P/plenar iclasında
RK(b)P üzvü Stalin Qafqaz Bürosunun 7
üzvü ilə birlikdə: yoldaş Orconikidze, Ki-
rov, Nazaretyan (erməni), Oraxelaşvili, Fi-
qatner, Nərimanov və Myasnikov (erməni)
və Azərbaycan SSR Xarici İşlər üzrə Xalq Komissarı Hüseynov, Qarabağa
vilayət kimi geniş muxtariyyət verilməklə Dağlıq Qarabağı Azərbaycan
ərazisində saxlamaq qərarına gəldi. Sənədin birinci bəndində qeyd edilir ki,
müsəlmanlar və ermənilər arasında milli sülhün qorunması naminə və Yu-
xarı və Aşağı Qarabağ arasındakı iqtisadi bağlar və onun Azərbaycanla da-
vamlı əlaqələrinə görə ona vilayət kimi geniş muxtariyyət verilir və inzibati
mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində
saxlanılır.
251
Fərmanda həmçinin Azərbaycan MK-ya təlimat verilirdi ki, Azərbaycanın
muxtar vilayətin sərhədlərini müəyyənləşdirərək təsdiq olunması üçün
Qafqaz Bürosuna təqdim etsin, lakin bu prosesin tamamlanmasına daha
iki il vaxt sərf olundu. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqazi-
ya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna
baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kom-
munist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı.
Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qu-
rultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər)
Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində
olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı.
251 The decree of the July 5, 1921 plenum of Kavbureau CC RCP(b) (Caucasus Bureau of the Central
Committee of the Russian Communist Party of the Bolsheviks). Retrieved from К истории образования
Нагорно-Карабахской автономной области Азербайджанской ССР 1918-1925/K istorii obrazovania
Nagorno-Karabakhskoy Avtonomnoy Oblasti Azerbaidzhanskoy SSR 1918-1925 (Баку, 1989), c. 92.
1923-ci ilin sentyabrında
Xankəndinin adı Bakı
kommunasının erməni
bolşevik lideri, 1918-ci
il mart qırğını zamanı
minlərlə azərbaycanlının
öldürülməsinə başçılıq etmiş
Stepan Şaumyanın şərəfinə
Stepanakert adlandırıldı.
91
QARABAĞ
99 SUALDA
Bu baxımdan, Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli ic-
lasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə
(AKP(b) MK) 5 iyul qərarının həyata keçirilməsi təklif edildi.
252
Buna görə də,
(AKP(b)MK) Rəyasət Heyəti 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin
qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti ya-
nında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan,
Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr–1923, 24 iyul)
təşkil edildi. Bütün bunlara baxmayaraq, Azərbaycana təzyiq yenə davam
etdirildi.
253
Zəngəzur partiya katibi və Ermənistan Xalq Komissarları Soveti
üzvü də komitəyə daxil edilmişdi. Audrey Altstadtın sözlərinə görə, “qızğın
mübahisəli ərazini idarə edəcək komissiyaya iddiaçılardan birinin təmsilçisi
daxil edilməmişdi. Ayrı-ayrı administrasiyaların bərabər mübahisəli məsələ ilə
bağlı yaradılan komissiya elə təşkil olunardı ki, “bir-birinə qarşı iddialı olan
millətin üzvləri o birindən iki dəfə çox olsun”.
254
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri
daha sərt şəkil aldı.1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Za-
qafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.
79
Daha sonra
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 1923-cü il
iyunun 1-də keçirilən plenar iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi
barədə sərəncam vermək qərarına gəldi.
İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenar iclasında üç ay
müddətində Dağlıq Qarabağ muxtar vilayətinin yaradılmasını təmin etmək
barədə qərar qəbul edildi. Növbəti ay Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyəti Qarabağ məsələsi ilə bağ-
lı müzakirələr apararaq iyulun 1-də Dağlıq Qarabağa muxtariyyət verilməsi
tövsiyə olunan 6 bənddən (maddədən) ibarət qərar qəbul etdi.
255
Buna
əsaslanaraq, Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də
M.B.Qasımov və Ə.M.Xanbudaqovun imzası ilə “Dağlıq Qarabağ Muxtar
252 Shukiurov, Kerim, “On Autonomy for Nagorno-Karabakh: Lessons of History”, The Caucasus &
Globalization: Journal of Social, Political and Economic Studies, Vol. 2, Issue 2, 2008, p. 148. Həmçinin bax;
a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, c. 127.
253 a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР,
cс. 132-133.
254 a.k.ə. Altstadt, Audrey (1992), pp. 125-126.
255 a.k.ə. Shukurov, Kerim, pp. 148-149.
92
QARABAĞ
99 SUALDA
Vilayəti yaradılması haqqında” dekret verdi.
256
Dekretin birinci bəndində
qeyd olunurdu ki, Dağlıq Qarabağın erməni hissəsindən (ermənilər yaşa-
yan) Azərbaycan SSR-in tərkib hissəsi kimi, Xankəndi adlanan yer mərkəz
olmaqla, muxtar vilayət yaradılsın.
257
Üçüncü bəndə uyğun olaraq isə
Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır.
Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar
verirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra) tarixli iclasının qərarı
ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.
258
Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haq-
qında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi.
259
1923-ci ilin sent-
yabrında Xankəndinin adı Bakı kommunasının erməni bolşevik lideri,
1918-ci il mart qırğını zamanı minlərlə azərbaycanlının öldürülməsinə
başçılıq etmiş Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
260
Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-
cü ildə çap olundu.
261
Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV)
rəsmən Azərbaycanın tərkib hissəsi elan olundu.
262
256 The decree “On establishment of the Nagorno Karabakh Autonomous Oblast” of the Azerbaijan
Central Executive Soviet Committee, 7 July 1923. Retrieved from; (http://garabagh.net/content_67_
en.html). Accessed on December 27, 2013. Həmçinin bax; a.k.ə. К истории образования Нагорно-
Карабахской автономной области Азербайджанской ССР, cс. 152–153. Həmçinin bax; Собрание
узаконений и распоряжений Рабоче-Крестьянского Правительства АССР за 1923 г (Баку, 1923),
сc. 384-385.
257 “ Образовать из армянской части Нагорного Карабаха автономную область, как составную
часть АССР, с центром в местечке Ханкенды”. Bu sənədin özündən də aydın olur ki, ermənilər bütün
Dağlıq Qarabağda deyil, Dağlıq Qarabağın da yalnız bir hissəsində yaşayıblar.
258 a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской
ССР, cс. 154-155.
259 a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской
ССР, cс. 165-166.
260 “The Nagorno-Karabakh Autonomous Oblast of Azerbaijan SSR”, The Republic of Azerbaijan:
Ministry of Foreign Affairs; (http://mfa.gov.az/?language=en&options=content&id=812). Accessed on
December 27, 2013.
261 a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской
ССР, cс. 168-270. Həmçinin bax; a.k.ə. Собрание узаконений и распоряжений Рабоче-Крестьянского
Правительства АССР за 1924 г. cс. 333-335.
262 a.k.ə. Altstadt, Audrey p. 126.
93
QARABAĞ
99 SUALDA
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yara-
dılması. Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin
“Dağlıq Qarabağ Muxtar Vilayətinin” yaradılması haqqıda 7 iyul
1923-cü il tarixli Dekreti
263
Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar
mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə
salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus
mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqa-
ziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz
hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vo-
rontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın -
ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi. Bu özünü
Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli
şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı
nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç “müstəqil dövlətə” parçalanan-
da özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu “dövlətlərin” mövcud
olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın
digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
Hansı formada təzahür etməsindən asıla olmayaraq milli zül-
mün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin
zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların
qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və so-
vet hakimiyyətinin əsas vəzifələrindən biridir.
Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi
İcraiyyə Komitəsi qərara alır:
1) Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi ol-
maqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
2) Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi
263 SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı (Bakı, 1925), ss.
384-385.
94
QARABAĞ
99 SUALDA
və yerli sovetlər.
3) Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi
yaradılsın, ona 2 aydan gec olmayaraq daimi icraiyyə orqanının
seçilməsi üçün sovetlər qurultayını çağırmaq vəzifəsi həvalə edilsin.
Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik
indiki sahiblərinin ixtiyarında saxlanılır.
4) Vilayət icraiyyə komitəsi bütün zəruri maliyyə və texniki vəsaitlərlə
bilavasitə AzMİK-nin sərəncamı ilə Az SSR-in ümumi vəsaitlərindən
təchiz olunur.
5) Vilayətin əsasnaməsini işləyib hazırlanması və inzibati vahidlərin
faktik olaraq Qarabağ Muxtar Vilayətinə verilməsi, və habelə Mux-
tar Vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün Dağlıq Qara-
bağ, düzən Qarabağ, Kürdüstan və ASSR mərkəzi hakimiyyətinin
nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komis-
siyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə
edilsin.
AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov
AzMİK katibi M.Xanbudaqov
26. Sovet hakimiyyəti dövründә Dağlıq Qarabağ
Muxtar Vilayәtinin inzibati әrazi bölgüsü necә idi?
Dağlıq Qarabağ Muxtar Vilayәti paytaxtı Xankәndi olmaqla
Azәrbaycan Ali Soveti Mәrkәzi İcraiyyә Komitәsinin 1923-cü il 7 iyul ta-
rixli sәrәncamı ilә Azәrbaycan Sovet Sosialist Respublikasının tәrkibindә
yaradılmışdır. Muxtar Vilayәt haqqında rәsmi Әsasnamә isә 1924-cü il
noyabrın 24-də elan edilmişdir.
264
Dağlıq Qarabağ Muxtar Vilayәti yara-
dıldıqdan sonra onun әrazisi rayon-volost-kәnd pillәlәri әsasında inzibati
baxımdan aşağıdakı kimi bölünmüşdür:
1. Dizaq rayonu. Tәrkibinә 5 volost: Hadrud, Tuğ, Xozabyurd, Arakül,
Edili vә 48 kәnd daxil idi,
264 Cornell, Svante E., “Undeclared War: The Nagorno-Karabakh Conflict Reconsidered”, Journal of
South Asian and Middle East Studies, Vol. 20. No. 4, Summer 1997, p. 4.
95
QARABAĞ
99 SUALDA
2. Vәrәndә rayonu. Tәrkibindә 5 volost: Tağavert, Sus, Çartaz, Noraşen
vә 46 kәnd daxil idi,
3. Şuşa rayonu. Tәrkibinә Şuşa şәhәri vә Malıbәyli volostu vә 12 kәnd
daxil idi,
4. Xaçın rayonu. Tәrkibindә 4 volost (Daşbulaq, Әsgәran, Krasnoselsk,
Qala dәrәsi) vә 53 kәnd daxil idi,
5. Ceraberd rayonu. Tәrkibindә 4 volost (Marquşevan, Orataq, Dovşan-
lı, Aterk) vә 53 kәnd daxil idi.
Amma, sonrakı illәrdә yeni inzibati-әrazi bölgüsü hәyata keçirilәrkәn
Dağlıq Qarabağ Muxtar Vilayәtinin inzibati-әrazi bölgüsündә bir sıra
dәyişikliklәr hәyata keçirilmişdir. Belә ki, 1930-cu ilin avqustunda DQMV
әrazisi Ceraberd, Martuni, Stepanakert, Dizaq vә Şuşa olmaqla yenә dә 5
rayona bölünmüşdür. Bu bölgüyә әsasәn Xaçının әrazisi Stepanakertә aid
edilmiş, Vәrәndә Martuni adlandırılmışdır. 1939-cu il avqust ayının 17-dә
Ceraberd vә Dizaq rayonlarının adları Mardakert vә Hadrut adı ilә əvəz
edilmişdir. 1960-cı illәrin başlanğıcında hәyata keçirilәn inzibati-әrazi böl-
güsü zamanı DQMV-da rayonların irilәşdirmә siyasәti hәyata keçirilәrkәn
әsas zәrbә Şuşa rayonuna vurulmuşdur. Belә ki, 1963-cü il yanvarın 4-də
rayon lәğv edilәrәk әrazisi Stepanakert rayonuna verilmişdir. İki il sonra
isə, 1965-ci ilin yanvar ayının 6-da Şuşa rayonun statusu yenidәn bәrpa
edilmişdir. 1978-ci ildә Stepanakert rayonu әsasında Әsgәran rayonu
tәşkil edilmişdir. DQMV-nin bu inzibati-әrazi bölgüsü Sovet İmperiyası
dağılanadәk öz mövcudluğunu davam etdirmişdir.
265
Dostları ilə paylaş: |