22. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti
ilə Ermənistan Respublikası arasında müharibəyə
səbəb nə idi?
Hələ 28 may 1918-ci ildə AXC qurulmazdan əvvəl azərbaycanlı, gürcü
və ermənilərin konfederasiya olaraq qurduqları Zaqafqaziya Komissarlığı
210 a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 31-38.
211 Osmanlı Belgelerinde Karabağ, (İstanbul, T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü,
2009), ss. 240-241. Həmçinin bax; “Karabağ”, Meydan-Larousse, Büyük lugat ve Ansiklopedi, C. VI
(İstanbul, 1971), s. 917. Həmçinin bax; Süleymanov, Mehman, Qafqaz İslam Ordusu və Azərbaycan
(Bakı, 1999), ss. 72-83-139. Həmçinin bax; Ağayev, Yusif və Əhmədov, Səbuhi, İstiqlal Yürüşü-1918
(Bakı, Altun Kitab, 2009), ss. 109-167. Həmçinin bax; a.k.ə. Abışov, Vaqif (2007), ss. 126-130. Həmçinin
bax; a.k.ə., Süleymanov, Mehman, (2014), ss. 216-223.
212 a.k.ə., Süleymanov, Mehman, (2014), ss. 224-225.
77
QARABAĞ
99 SUALDA
hökümətinin daxilində bəzi siyasi-ictimai məsələrdən ötrü bu xalqlar ara-
sında kəskin qarşıdurmalar və anlaşılmazlıqlar mövcüd idi. Baş verən siya-
si hadisələrdən sonra may ayında Cənubi Qafqazda üç müstəqil respub-
lika fəaliyyətə başladı.
213
Yeni qurulmuş Azərbaycan höküməti gələcəkdə
vahid Qafqaz Konfederasiyasına daxil olmaq istəyi və Qarabağ məsələsinə
görə 1918-ci il mayın 29-da İrəvan şəhərini Ermənistan Respublikasının
paytaxtı kimi tanıdı. Hətta, 1918-ci ilin iyun ayında regiondakı mübahisəli
sərhəd məsələlərini sülh yolu ilə həll etmək istədiyini Ermənistana təklif
etdi. Lakin, bu xeyirxah addımlar iki dövlət arasındakı münasibətlərin
kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi.
214
Or-
taya çıxan beynəlxalq siyasi vəziyyətdən istifadə edən ermənilər, “Böyük
Ermənistan” ideyasını reallaşdırmaq üçün Azərbaycana qarşı ərazi iddi-
aları irəli sürərək, Naxçıvan, Qarabağ və Zəngəzur rayonlarında etnik
təmizləmə siyasəti həyata keçirməyə başladılar. Belə ki, Ermənistanın
hiyləgər və məkirli siyasi təbliğatı və güclü hərbi yardımlarıyla Qaraba-
ğın dağlıq hissəsində kök salmış ermənilər 1918-ci ilin iyul və sentyabr
aylarında keçirdikləri qurultayda burada öz müstəqilliklərini elan etdilər.
Bundan sonra, 1918-ci ilin payızında Zəngəzurun bir hissəsini ələ keçirən
quldur Andronik, paytaxtı Şuşa olacaq “Kiçik Ermənistan” dövləti qur-
ması üçün fəaliyyətə keçdi. Bu özbaşınalıqların qarşısı qismən də olsa Os-
manlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu vasitəsilə
Bakının azad edilməsindən sonra alınsa da, Mudros (30 oktyabr 1918-
ci il) müqaviləsinin 11-ci maddəsinə əsasən Osmanlı qoşun hissələrinin
Azərbaycandan, eləcə də Naxçıvan, Qarabağ və Zəngəzurdan çıxarılması,
Azərbaycanın ərazi bütövlüyünü təhlükə qarşısında qoydu.
215
Çünki, yeni
qurulmuş Azərbaycan dövləti torpaqlarını qorumaq üçün, hələlik nizami
hərbi qüvvəyə malik deyildi. Buna görə də istər Azərbaycan höküməti,
istərsə də Naxçıvan, Qarabağ və Zəngəzur bölgələrindəki milli-vətənpərvər
siyasi qüvvələrin yaranmış şəraitə uyğun olaraq müdafiə istiqamətində
apardıqları fəaliyyətlər təqdirə layiq olmuşdur. Bu baxımdan Naxçıvanda
213 AXC Ensiklopediyası, C. I (2004), ss. 28-29.
214 a.k.ə. Məmmədova, Həvva (2006), ss. 23-24.
215 Süleymanaov, Mehman, “Qafqaz İslam Ordusunun diğər fəaliyyətləri və missiyasının sona çatması”,
a.k.ə. Süleymanaov, Mehman və Rıhtım, Mehmet (2008), ss. 357-392.
78
QARABAĞ
99 SUALDA
qurulan Araz-Türk Respublikası mühüm əhəmiyyət kəsb etmişdir. 1918-
ci ilin noyabrında yaranıb, təxminən 1919-cu ilin martınadək fəaliyyət
gösərən Araz-Türk Respublikasının ərazisi Naxçıvan, Şərur-Dərələyəz və
Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli,
Mehri və s. bölgələri əhatə etmişdir.
216
Ermənistanın təcavüzünə uğrayan
bu tarixi Azərbaycan torpaqlarının siyasi gələcəyinin qorunması baxımın-
dan bu respublikanın qurulması dövrün şərtlərinə görə yerində atılan ad-
dım olmuşdur.
Azərbaycanın qərb bölgələrində baş verən bu hadisələr davam edərkən,
I Dünya müharibəsi başa çatdıqdan sonra Qafqazda möhkəmlənmək
istəyən ingilislər də ermənilərdən istifadə etməyə başladılar. 1919-cu ilin
yanvarında Naxçıvana az sayda da olsa ingilis hərbi qüvvələri gətirildi.
İngilis lordu Kerzonun “...əlahəzrət hökümətinin başlıca məqsədi
ermənilərin azad edilməsidir”
217
sözlərindən ruhlanan Ermənistan qoşun
hissələri Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrinə qarşı təcavüzü daha
da genişləndirdilər.
Erməni silahlı qüvvələrinin azgınlığı getdikcə artınca AXC Nazirlər
Şurası 15 yanvar 1919-cu il tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və
Cəbrayıl qəzaları üzrə müvəqqəti general-qubernatorluğun yaradılması-
na qərar verdi, fövqəladə hallar səlahiyyəti ilə Xosrov bəy Sultanov Qara-
bağın general-qubernatoru vəzifəsinə təyin edildi və aprelin 3-də ingilislər
tərəfindən də tanındı. Təqribən 6 aylıq müddətdə sürən siyasi, maliyyə və
hərbi hazırlıq işlərindən sonra 1919-cu il iyulun 19-25-də aparılan uğur-
lu döyüşlər nəticəsində erməni-daşnak “ağalığına” son qoyuldu və siyasi
həyat normallaşınca erməni icmaları yığıncaqlar keçirərək rəsmi bir şəkildə
Azərbaycan hökümətini tanıdılar. Xüsusilə, 1919-cu il avqustun 19-da Qa-
rabağ erməniləri toplandıqları VII qurultaylarında Azərbaycan höküməti
ilə bağladıqları 26 maddədən ibarət razılaşma şərtlərini qəbul etdilər.
Erməni-Azərbaycan münasibətlərinin belə axarında getməsinə baxma-
yaraq, 1919-cu ilin ikinci yarısında ingilislərin Şimali Qafqazda zəifləmiş
216 Ağayev, Mehman, Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri (İstanbul, IQ Kültür
Sanat Yayıncılık, 2008), ss. 104-114.
217 Maqsudov, F., və Əliyev, İ., red., Azərbaycan Cumhuriyyəti (1918-1920) (“Elm” nəşriyyatı, 1998), s. 190.
79
QARABAĞ
99 SUALDA
mövqeyindən istifadə edərək Qafqazda
möhkəmlənmək istəyən ABŞ höküməti
ermənipərəst çıxışlarla məsələyə müdaxilə
etmiş oldu. Amerikalılar Zəngəzur və Qara-
bağı Azərbaycanın tərkib hissəsi kimi qəbul
etsələr də, Naxçıvan və Şərur-Dərələyəz
qəzalarını xüsusi bitərəf zona elan edərək
oraya ermənilərlə birlikdə yiyələnmək
istəyirdilər.
Azərbaycan
hökümətinin
hərtərəfli ciddi səyləri nəticəsində ABŞ-ın bu
siyasəti baş tutmasa da, Ermənistanın sülh
razılaşmalarını pozaraq Zəngəzurda növbəti
döyüş əməliyyatlarını başlatmış oldu. O dövr üçün Zəngəzurdan qaçqın
düşən azərbaycanlıların sayı 60 minə çatmışdı. Azərbaycan höküməti isə,
Qarabağ general-qubernatorunun sərəncamında olan I alay diviziyasını
1919-cu il oktyabrın sonlarında oraya göndərmək məcburiyyətində qaldı.
Belə olduğu təqdirdə Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi T.
Bekzadyan məsələnin qarşılıqlı həlli üçün Ermənistan-Azərbaycan konf-
ransının keçirilməsini təklif etdi və ABŞ-ın vasitəsiylə 1919-cu il noyabrın
23-də tərəflər arasında Tiflisdə keçirilən konfransda ilkin razılaşma əldə
edildi. Bu razılaşmaya görə Azərbaycan və Ermənistan davam edən qarşı-
durmanı müvəqqəti olaraq dayandırır və məsələnin sülh yoluyla həllini son-
rakı danışıqlarda görüşmək öhdəliyi qəbul edirdilər. Razılaşmadan sonra
bu beynalxalq səviyyəli səmimiyyətə inanan Azərbaycan rəhbərliyi öz qo-
şun hissələrini Zəngəzurdan geri çəksə də, Ermənistan tərəfi nizami qoşun
hissələrini nəinki geri çəkmədi, əksinə qüvvələrini daha da möhkəmləndirdi.
Beləcə, 1920-ci ilin yanvar ayında Ermənistanın Azərbaycana qarşı yeni,
daha faciyyəli təcavüzü başlandı.
218
AXC Parlamentinin üzvü Cəlil Sultanov
1920-ci il yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi
3-cü teleqramında bu barədə yazırdı:
218 AXC Ensiklopediyası, C. I (2004), ss. 56-57. Həmçinin bax; a.k.ə. Azərbaycan tarixi, C. V (2008), ss.
447-457. Həmçinin bax; a.k.ə. Ağayev, Mehman (2004), ss. 115-132. Həmçinin bax; a.k.ə. Məmmədova,
Həvva (2006), ss. 49-51.
Ortaya çıxan beynəlxalq
siyasi vəziyyətdən istifadə
edən ermənilər, “Böyük
Ermənistan” ideyasını
reallaşdırmaq üçün
Azərbaycana qarşı ərazi
iddiaları irəli sürərək,
Naxçıvan, Qarabağ və
Zəngəzur rayonlarında etnik
təmizləmə siyasəti həyata
keçirməyə başladılar.
80
QARABAĞ
99 SUALDA
Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami
ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən
nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə
ümidini itirən əhali bütün Azərbaycan xalqına müraciət edir. Aldığı-
mız məlumata görə sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hü-
cum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə
Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və
həm də Naxçıvan məsəsləsini birdəfəlik həll etməkdir. Artıq kağız
üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur
müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç
üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır.
219
Qarabağ və ətraf bölgələrdə ermənilərin təcavüzkarlığı artınca,
Azərbaycan ordusunun bütün potensialı o bölgələrə yönləndirildi. Baş
Qərargah rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında başqa bir
xüsusi qərargah da yaradıldı və martın 26-
da Ağdamda yerləşdirildi. Bunlardan başqa
Ağdaş və Zaqatala alaylarından da bəzi hərbi
qüvvələr Qarabağa gətirildi. Nəticədə, uğur-
lu yürüşə başlayan Azərbaycan Ordusu aprel
ayının 5-də Şuşaya daxil ola bildi. Aprel ayı-
nın 12-dək demək olar ki, Şuşa ətrafındakı
erməni hərbi qüvvələrinin ən möhkəm baza-
ları məhv edilmişdi. Sadəcə, xırda erməni si-
lahlı dəstələri sakitləşmək bilmirdi. Bolşevik
qoşunları Azərbaycanın şimal sərhədlərinə
yaxınlaşdıqca, bu xırda erməni silahlı
dəstələrinin fəallığı daha da artırdı.
220
Ümumiyyətlə isə, 1920-ci il aprel ayının
sonunadək Azərbaycan Ordusu Qarabağ bölgəsində 1919-cu il noyabrın
23-nə olan ölkə ərazisinin bütovlüyünü bərpa edərək, öz vəzifəsini şərəflə
219 a.k.ə. İsgəndərov, Anar (2008), ss. 88-89.
220 a.k.ə. Məmmədova, Həvva (2006), ss. 58-63.
Azərbaycan silahlı
qüvvələrinin Qarabağdakı
əməliyyatlarda iştirak
etməsindən istifadə edən
Rusiyanın XI Qızıl Ordusu-
nun ölkəni istila etməsi və
kommunistlərin hakimiyyəti
ələ keçirməsi ölkənin ərazi
bütövlüyünün tam təmin
edilməsini başa çatdırmağa
imkan vermədi.
81
QARABAĞ
99 SUALDA
yerinə yetirə bilmişdi. Lakin, Azərbaycan silahlı qüvvələrinin Qarabağda-
kı əməliyyatlarda iştirak etməsindən istifadə edən Rusiyanın XI Qızıl Or-
dusunun ölkəni istila etməsi və kommunistlərin hakimiyyəti ələ keçirməsi
ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa im-
kan vermədi. Aprelin 28-də Azərbaycan höküməti bütün idarəetməni
hakimiyyətə gəlmiş Sovet orqanlarına təhvil verməyə məcbur oldu.
221
23. 1918-ci ildə tarixi Azərbaycan şəhəri olan
İrəvanın Ermənistana paytaxt şəhəri kimi güzəştə
gedilməsinin səbəbi nə idi?
Əvvəla İrəvan, yəni indiki Yerəvan tarixi keçmişiylə bir erməni şəhəri
yox, tam tərsi olaraq XX əsrin 20-ci illərinə qədər bir Türk-Azərbaycan
şəhəri olmuşdur. İrəvanın yerləşdiyi bölgə isə, coğrafi ərazi baxımdan
hündür dağlarla əhatələnmiş çökəkdə yerləşdiyindən orta əsrlərdə yaşa-
mış türk tayfa başçısı Səədin şərəfinə “Çuxur-Səəd” bölgəsi olaraq adlan-
mışdır. Səfəvilər dövründə də ölkənin 13 vilayətindən bir kimi Çuxursəd
olaraq tanınmışdır.
222
XVII əsr Osmanlı səyyahı Övliya Çələbinin qeyd etdiyi kimi, Hic-
ri 915-ci ildə yəni 1509-1510-cu ildə Şah İsmayıl öz vəzirlərindən biri
olan Rəvanqulu xana bu bölgədən axan Zəngi çayının sahilində müdafiə
məqsədli bir qala tikdirməsini istəyir. Təxminən 7 ilə tikilən bu qala,
sonralar xalq arasında Rəvan qalası kimi bilinməyə başlamışdır. Sonrakı
illərdə bu qalanın ətrafına başqa qala və tikililər artırılaraq bura şəhər-qala
şəklinə salınmışdır. Burada 1583-cü ildə Osmanlı dövlətinin sərkərdəsi
Fərhad paşa
223
və 1605-ci ildə isə Naxçıvanlı sərdarlar tərəfindən tikilən
əlavə qalalar xüsusilə qeyd oluna bilər.
224
Artıq XVII əsrdə Çuxursəd
vilayətinin mərkəzi kimi bölgənin böyük şəhəri halına gələn İrəvan şəhəri,
221 AXC Ensiklopediyası, C. I (2004), ss. 46-48.
222 Qaradağlı, Rizvan, “Çuxursəd qala şəhəri-İrəvan”, Antik və Orta əsr Azərbaycan şəhərləri arxeoloji
irsi tarixi memarlığı, 27-28 oktyabr 2010, Azərbaycan, Şəmkir-Gədəbəy Beynalxalq elmi konferansın
materialları (Bakı, 2012), s. 620.
223 Rıhtım, Mehmet, Evliya Çələbi Səyahətnaməsində Azərbaycan (Bakı, 2012), ss. 86-87.
224 a.k.ə. Qaradağlı, Rizvan (2012), ss. 620-621.
82
QARABAĞ
99 SUALDA
XVIII əsrin ortalarında qurulan İrəvan xanlığının da mərkəzi olmuşdur.
İrəvanın orta əsrlərdəki etnik tərkibinə gəlincə isə, mənbələrin verdi-
yi məlumata görə Səfəvi, Osmanlı və Xanlıq dövründə bölgə əhalisinin
əksəryyəti azərbaycanlılardan ibarət olmuşdur. Belə ki, Osmanlı dövlətinin
tutduğu 1590 və 1728-ci il İrəvan əyalətinin müfəssəl dəftərlərinin sta-
tistik nəticələrinə görə, bölgənin ümumi əhalisinin XVI əsrin sonların-
da 67.5%-i, XVIII əsrin ikinci rübündə isə, 78%-nin azərbaycanlılardan
ibarət olmuşdur.
225
Bunlardan başqa, 1673-cü ildə İrəvan əyalətindən
keçən fransız səyyah Jan Şarden, İrəvan qala-şəhərində əhalinin sayını
təxminən 4 min göstərərək, onların hamısının “təmizqan səfəvilər”, yəni
azərbaycanlılar olduğunu qeyd etmişdir.
226
Bu göstəricilər demək olar ki,
istər toponomik, istərsə də etnik baxımdan İrəvan xanlığı dövründə də
davam etmiş və bu bölgədə azərbaycanlıların ermənilərə nəzərən açıq say
çoxluğunda olması o dövrün bütün mənbələrində öz əksini tapmışdır.
227
1828-ci ildə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduq-
dan sonra İrəvan xanlığı süqut etdi və 1848-ci ildə yeni inzibati qayda-
lara əsasən əksəriyyəti ermənilərdən ibarət olan İrəvan əyaləti yaradıldı.
Nəticədə, 1828-1829-cu illərdə, İran imperiyasından təxminən 6,946 ailə
və ya 35.560 erməni miqrant Şimali Azərbaycanda məskunlaşdırıldı.
228
Azərbaycanın tarixi ərazilərində ermənilərin məskunlaşdırılması daha
sonra 1829-ci ildə çar və Osmanlı imperiyaları arasında Ədirnə sülh
müqaviləsi imzalandıqdan sonra baş tutmuşdur. Nəticədə, 1829-1830
illərdə Osmanlı imperiyasından da əlavə olaraq 14,000-dən çox erməni
ailəsi və ya 85,000 erməni bu ərazilərdə məskunlaşdırıldı.
229
Köçürülən ermənilərin əksəriyyəti Naxçıvan və İrəvan əyalətlərində
225 İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və
Hüsaməddin Məmmədov (Qaramanlı) (Bakı, 1996), ss. 11-18.
226 Jan Şardən, Parisdən İsfahana səyahət (Fransızczdan tərcümə edən Vaqif Aslanov) (Bakı, 1994), s.
21.
227 Yaqub Mahmudov və başqaları, İrəvan Xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi (Bakı, 2010), ss. 69-100.
228 И., Шопен, Исторический памятник состояния Армянской области в эпоху ее присоединения
к Российской империи (СПб., 1852), c. 539.
229 Niftaliyev, Ilgar, “Genocide and Deportation of Azerbaijanis of the Erivan Governorate (1918-
1920)”, Heritage, Vol. 2 (13), 2013, p. 53. Həmçinin bax; Утверждение русского владычества на
Кавказе Под редакцией В.А. Потто. т. IV, ч. 2. (Тифлис, 1908), с. 453.
83
QARABAĞ
99 SUALDA
yerləşdirildi. Ümumilikdə, 1828-ci ildən başlayaraq XX əsrin əvvəllərinə
kimi İrəvan əyaləti də daxil olmaqla Azərbaycan ərazilərinə bir milyona
yaxın erməni gətirildi.
230
Bununla belə, 1918-ci ilin rəsmi rus sənədlərinə
görə, İrəvan əyalətində əhalinin 54%-ni hələ də azərbaycanlılar təşkil edir-
di.
231
Belə olduğu təqdirdə, tarixən Azərbaycan şəhəri olmuş və əhalisinin
əksəriyyəti Azərbaycanlı olan İrəvanın Ermənistana güzəştə gedilməsinin
səbəbini bilmək üçün o dövrün siyasi vəziyyətini nəzərə almaq lazımdır.
Belə ki, hələ I Dünya müharibəsinin tam olaraq bitmədiyi belə bir ictimai-
siyasi vəziyyətdə 1918-ci il may ayının 11-də keçirilən Batum konfransı-
nın ilk iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Brest
müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini
bildirib, Osmanlının hərbi əməliyyat meydanında verdiyi qurbanların
əvəzində bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi.
232
Bu tələblərlə ümu-
mi bir mövqeyə gələ bilməyən Zaqafqaziya heyətində fikir ayrılıqları və
ziddiyyətlər daha da dərinləşdi. Bu da öz növbəsində heyətdə təmsil olu-
nan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Os-
manlı və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxardı. Türk tarixçisi
A.N.Kurat yazır:
[...] gürcü, erməni və azərbaycanlıların bir dövlət halında yaşama-
ları imkansız idi. Bu durum qarşısında Osmanlı ilə imzalanacaq
qəti sülhün davamlı və əsaslı olmasını təmin etmək üçün “konfede-
rasiya” təşkil edən hər üç zümrənin ayrı-ayrılıqda müstəqil dövlət
halına gəlmələri vacib idi. Bu görüş Osmanlı hökuməti tərəfindən
irəli sürüldü və ancaq bu reallaşdığı təqdirdə qəti bir sülhün imzala-
na biləcəyi “Qafqaz nümayəndə heyəti”nə bəyan edildi.
233
230 Н.Н., Шавров, Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани
инородцам (Баку, 1990), c. 64.
231 AXC Ensiklopediyası, C. I (2004), s. 15. Həmçinin bax; a.k.ə. Abışov, Vaqif (2007), s. 25.
232 Документы и материалы по внешней политике Закавказья и Грузии (Тифлис, Типография
правительства Грузинской Республики, 1919), сc. 313-314. Həmçinin bax; Qafarov, V., Türkiyə-Rusiya
münasibətlərində Azərbaycan məsələsi (1917-1922) (Bakı, Azərnəşr, 2011), ss. 157-158.
233 A.N., Kurat, Türkiye ve Rusiya (Ankara, Kültür Bakanlığın Yayınları, 1990), s. 476. Həmçinin bax;
a.k.ə. Qafarov, V. (2011), s. 158.
84
QARABAĞ
99 SUALDA
1918-c il mayın 26-da Zaqafqaziya Federasiyasının dağılmasın-
dan sonra da Osmanlı dövlətinin tələblərində elə bir dəyişiklik olmadı,
əksinə bu tələblər daha da sərtləşdi. Hələ Zaqafqaziya Seyminin dağılması
ərəfəsində, mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum
konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi
teleqramda yazırdı:
Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar
deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan
bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin
Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər
orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə
gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət
edəcəklər.
234
Bu dövrdə “erməni məsələsi” ilə bağlı Osmanlı siyasi dairələrində
müəyyən fikir ayrılıqları var idi. Tələt və Ənvər paşalar “erməni
məsələsi”ndə bölgədə erməni dövlətinin yaradılmasına qarşı çıxsa-
lar da, Xəlil bəy və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq
aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər
verilməsinin vacib olduğunu bildirirdilər.
235
Qeyd etmək lazımdır ki, Tələt və Ənvər paşaların mövcud vəziyyətdə
erməni dövlətinin yaradılmasına imkan verməmək istəyinə Azərbaycan
nümayəndələri heç də müsbət yanaşmırdılar. Onlar öz mövqeyini
əsaslandıraraq bildirirdilər ki, əgər bölgədə üç – gürcü, Azərbaycan və
erməni kantonları yerinə yalnız iki – gürcü və Azərbaycan dövlətləri
yaradılarsa, o zaman qonşu ölkələrdə yaşayan böyük erməni kütləsi
Azərbaycana axacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qır-
ğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik
bir ərazidə ermənilərin milli dövlətinin yaranması və onların ora cəm
234 a.k.ə. A.N., Kurat (1990), ss. 661-662. Həmçinin bax; a.k.ə. Qafarov, V. (2011), ss. 160-161.
235 a.k.ə. Qafarov, V. (2011), s. 162.
85
QARABAĞ
99 SUALDA
edilməsi daha məqsədə uyğundur.
236
Xəlil bəy bu məsələ ilə əlaqədar
M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə bir sıra
danışıqlar apardı və nəticədə Osmanlı yar-
dımına böyük ehtiyac duyan Azərbaycan
nümayəndələrinin razılığını ala bildi. La-
kin Ənvər paşa çox sərt bir şəkildə bu
təklifə qarşı çıxırdı. O da Tələt paşa ilə eyni
mövqedən çıxış edərək, Qafqazda erməni
dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri
Azərbaycanla Gürcüstan arasında bölüşdürmək və müsəlmanların
məskunlaşdığı əraziləri ermənilərdən təmizləmək istəyirdi. Bu mümkün
olmadığı təqdirdə, yaranacaq erməni dövlətinin yaşamayacaq dərəcədə ol-
duqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı və qətiyyətlə İrəvanın
ermənilərə verilməsinə qarşı çıxırdı.
237
Lakin Tələt və Ənvər paşalardan fərqli olaraq, Vehib paşa da reallığı
dəyərləndirən Xəlil bəylə eyni mövqedən çıxış edirdi. O, Ənvər paşa-
nın fikirlərinə qarşılıq olaraq bildirirdi ki, “erməniləri büsbütün qey-
ri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və
məcburiyyətindəyik”.
238
Beləliklə, 4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin
şərtlərinə görə, Ermənistan Respublikası Cənubi Qafqazda 10 min km
2
ərazisi olan bir dövlət oldu.
239
Batumidəki Azərbaycan və Ermənistan
nümayəndələri arasında ərazi-sərhəd məsələləri ilə bağlı danışıqlar zama-
nı Azərbaycan İrəvanı siyasi mərkəz kimi Ermənistana güzəştə getmək
məcburiyyətində qaldı.
240
Daha doğrusu, 1918-ci il mayın sonunda
Batumidə keçirilən sülh konfransında hər iki dövlətin nümayəndə heyəti
razılığa gəldi ki, “Azərbaycan İrəvanın Ermənistanın paytaxtı elan olunma-
236 a.k.ə. Qafarov, V. (2011), s. 163.
237 a.k.ə. Qafarov, V. (2011), s. 166.
238 a.k.ə. Qafarov, V. (2011), s. 168.
239 a.k.ə. Qafarov, V. (2011), ss. 168-169.
240 Cornell, Svante E., The Nagorno-Karabakh Conflict (Report no. 46, Department of East European
Studies,Uppsala University, 1999), p. 7.
Batumidəki Azərbaycan və
Ermənistan nümayəndələri
arasında ərazi-sərhəd
məsələləri ilə bağlı danışıqlar
zamanı Azərbaycan
İrəvanı siyasi mərkəz kimi
Ermənistana güzəştə getmək
məcburiyyətində qaldı.
86
QARABAĞ
99 SUALDA
sına etiraz etməyəcək və bu xoşməramlı jestə cavab olaraq Ermənistan da
Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə
qarşı iddialarından əl çəkəcək”.
241
Nəticədə, 1918-ci il iyunun 19-da yenicə
müstəqillik əldə etmiş Ermənistan hökuməti Tiflisdən Azərbaycanın tarixi
şəhəri olan yeni paytaxtına köçdü. Bununla bağlı, həmin il sentyabrın 25-
də hökumət orqanı olan “Azərbaycan” qəzeti isə belə yazırdı, “Ürəyimiz
ağrısa da indi artıq köhnə müsəlman xanlığının mərkəzi – İrəvan şəhəri
ermənilərə güzəşt edilib. Ümidvarıq ki, nə qədər çətin olursa olsun, daş-
naqlar Qafqaz müsəlmanlarına qarşı düşmənçiliyi unudaraq onlarla yaxşı
münasibətlər qurmağa çalışacaqlar”.
242
Dostları ilə paylaş: |