8. Osmanlı hakimiyyəti dövründə Qarabağın
inzibati-ərazi bölgüsü və etnik tərkibi necə idi?
Qanuni Sultan Süleyman (1520-1566) dövründə Azərbaycana dörd
hərbi yürüş təşkil olunsa da, Təbrizin üç dəfə ələ keçirilməsinə baxmaya-
raq, Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisini ələ keçirmək
Osmanlılara müəssər olmadı.
77
Buna baxmayaraq, Osmanlı cəmiyyəti,
qarabağlı alim və mütəfəkkirlər sayəsində Qarabağı kifayət qədər tanı-
ya bilmişdir. XV əsrin sonları və XVI əsrin birinci yarısında Anadolu-
nun müxtəlif yerlərində və İstanbulda çox sayda qarabağlı alim fəaliyyət
göstərmişdir. Bunlara İbrahim Gülşəni (1423-1534), Sənanəddin Yu-
sif (v.t.1516), Məhyəddin Məhəmməd Bərdəi (v.t. 1522), Məhyəddin
Məhəmməd Əli Qarabaği (v.t. 1535), Məhəmməd Hafiz (v.t. 1550) və
Şəmsəddin Əhməd Qarabaği (v.t. 1600) kimi qarabağlı alimləri misal
göstərmək olar.
78
Qarabağ ilk dəfə III Murad (1574-1595) dövründə, yəni 1590-
cı ildə Osmanlı dövləti ilə Səfəvilər arasında imzalanan İstanbul sülh
müqaviləsinə əsasən Osmanlı dövlətinin idarəsinə keçdi. 1578-1590-
cı illər Səfəvi-Osmanlı müharibələrindən sonra, Osmanlı dövlətinin
ələ keçirdiyi Azərbaycan torpaqlarında yaratdığı dörd əyalətdən –
76 a.k.ə. Nəcəfli, Tofiq (2010), ss. 81-84.
77 a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 201-205. Həmçinin bax; Kırzıoğlu, Fahrettin,
Osmanlı’ların Kafkas-Ellerini Fethi (Ankara, Türk Tarih Kurumu, 1998), ss. 243-249.
78 Süreyya, Mehmed, Sicill-i Osmani, C. I-V, (İstanbul, 1996), ss. 558, 755, 1107, 1514, 1578. Həmçinin
bax; Dədəyev, Bilal, “Rus işğalına qədər Qarabağ-Osmanlı dövləti münasibətlərinə dair”, Journal of Qafqaz
University, filologiya və pedoqogika, №30 (2010), ss. 100-101.
37
QARABAĞ
99 SUALDA
bəylərbəylikdən digər üçü (Şirvan, Çuxursəəd, Təbriz) biri də Gəncə-
Qarabağ əyaləti idi.
79
Bu əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasın-
dakı ərazini, yəni I Şah İsmayıl dövründə yaradılan və sərhədləri qərbdə
Tiflisə qədər uzanan Qarabağ bəylərbəyliyinin ərazisini əhatə edirdi. Os-
manlı dövləti Gəncə-Qarabağ əyalətində “torpaqların idarə olunması”
haqqında qanuna əsasən vergilərin və bəzi mükəlləfiyyətlərin müəyyən
olunması üçün əhalinin və təsərrüfatın qeydiyyatını aparmışdı. 1593-cü
ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-Qarabağ əyalətinin
icmal dəftərində 36 nahiyədən ibarət 7 sancağ qeydə alınmışdır. Qarabağ-
dakı bu sancaq və nahiyələr belə sıralana bilər: Bərdə sancağı (Bərdə, Sir,
Pətəklik və İncərud nahiyələri), Otuzikili və Hacılı tayfasının da yaşadığı
Xaçın sancağı (Xaçın, Qaraağac, Ağcəbədi, Dağlıq Çelaberd, Çelaberd,
Qarqar və Məğaviz nahiyələri), Axıstabad sancağı (Böyükçay, Quzey,
Güney, Dağlıq İncə və İncə nahiyələri), Dizaq sancağı (Arasbar, Dağlıq
Dizaq və Dizaq nahiyələri), Həkəri sancağı (Keştasf, Həkəri, Zarıs və Al-
paut nahiyələri), və Vərəndə adıyla bir nahiyəli Vərəndə sancağı.
80
Bundan
əlavə, bu icmal dəftərindəki məlumatlardan XVI əsrin sonlarında Qara-
bağda yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və
oymaqlardan ibarət olduğu görünür.
XVII əsrin əvvəllərində Azərbaycan uğrunda Səfəvi-Osmanlı
müharibəsi yenidən başladı və 1606-cı ildə Qarabağ ərazisi azad edildi.
1612-ci ildə imzalanan İstanbul sülh müqaviləsinə görə, 1555-ci il Amasya
müqaviləsinin şərtləri bərpa edildi və Qarabağ ərazisi Azərbaycan Səfəvi
dövlətinin tərkibində qaldı. XVIII əsrin 20-ci illərinə qədər Azərbaycan-
Osmanlı münasibətləri ictimai-iqtisadi və mədəni sahədə xeyli inkişaf
etmişdir. Bu dövrdə daha çox Qarabaği Əhmədzadələr ailəsi, Qarabaği
İshaq Əfəndi (v.t. 1646) və oğlu Beyrut və Misir qazisi olmuş Məhəmməd
Saleh b. İshaq Zuhuri (v.t.1673)
81
kimi tanınmış qarabağlı alimlərin
79 a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 240. Həmçinin bax; Yazıcı, Tahsin, “Safeviler”, İslam
Ansiklopedisi, C. X (1988), s. 56.
80 a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 5-6.
81 a.k.ə. Süreyya, Mehmed (1996), s. 804, 1011, 1260, 1645, 1718; Kahraman, Asiye, İshak-
zade Zuhuri Divanı inceleme-metin (Selçuk Üniversitesi, Sosyal Bilimler Enstitüsü nəşr olunmamış
magestratura işi, Konya, 2002).
38
QARABAĞ
99 SUALDA
fəaliyyəti bu əlaqələrin inkişafına öz töhfəsini vermişdir. XVII əsrin or-
talarında Azərbaycana gəlmiş məşhur Osmanlı səyyahı Övliya Çələbinin
“Səyahətnamə”sində də Qarabağ haqqında kifayət qədər məlumat verilir.
82
XVIII əsrin birinci rübündə Səfəvi mirasını bölüşdürmək və
Azərbaycan ərazisini işğal etmək üçün Rusiya ilə Osmanlı dövləti arasında
rəqabət gücləndi. XVIII əsrin əvvəllərində Osmanlı dövləti Azərbaycanda
baş verən hadisələri ciddi nəzarətdə saxlamağa başlayırdı. III Sultan
Əhməd (1703-1730) Dağıstan və Şirvan hakimlərinin xahişlərini nəzərə
alaraq, Səfəvi dövlətinə qarşı Şirvanda baş verən üsyanı müdafiə edir-
di. Bunun məntiqi nəticəsi olaraq Şirvan hakimi Hacı Davud Osmanlı
himayəsinə qəbul olundu.
1723-cü ildə Gürcüstana və Azərbaycana yürüş edən Osmanlı ordu-
su Gəncəni almağa müvəffəq olmadı. Lakin, Osmanlı ordusunun Cənubi
Qafqazda irəliləməsi Rusiya ilə Osmanlılar arasında müharibəyə gətirib
çıxara bilərdi. Burada üç dövlətin mənafeyi toqquşduğundan Cənubi Qaf-
qaz Rusiya, Səfəvi və Osmanlı dövlətlərinin düyün nöqtəsinə çevrilmiş-
di. İsveçlə müharibəsini yenicə qurtarmış Rusiya, yeni müharibəyə hazır
olmadığı üçün diplomatik vasitələrlə Osmanlı dövləti ilə münasibətləri
nizama salmağa təşəbbüs göstərdi. 1724-cü il iyulun 12-də İstanbul-
da bağlanan müqaviləyə əsasən, Xəzər dənizi sahilləri Ruslara verildi.
Azərbaycanın digər ərazilərinin Osmanlıların nəzarətinə keçməsini Rusi-
ya tanımış oldu. Buna görə də, müqavilənin imzalanmasından bir il sonra
Tiflis, Təbriz, İrəvan, Gəncə, və Qarabağ Osmanlı dövlətinin nəzarətinə
keçdi.
83
1735-ci ilə qədər Osmanlı dövlətinin tərkibində qalan Qarabağ inzibati
cəhətdən yeni yaradılan Gəncə-Qarabağ əyalətinin tərkibində olsa da, in-
zibati cəhətdən bəzi dəyişikliklərə məruz qaldı. Bununla bağlı ən mühüm
məlumatı 1727-ci ildə Osmanlı maliyyə məmurları tərəfindən tərtib olu-
nan və məzmununa, eləcə də verdiyi məlumatlara görə çox qiymətli olan
“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”dən əldə etmək mümkündür.
82 a.k.ə. Çelebi, Evliya (1314), ss. 235-242.
83 a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 362-365.
39
QARABAĞ
99 SUALDA
Osmanlıların yeni inzibati bölgüsünə əsasən Gəncə-Qarabağ əyaləti 37
nahiyəni birləşdirən 5 livadan (sancaqdan) və iki qəzadan (Gəncə və Lori)
ibarət idi. Vilayətdə şəhər kimi Gəncə, Bərdə, Xılxına, qala kimi isə Lori
qeydə alınmışdır.
Müfəssəl dəftərdə Qarabağın inzibati idarə sistemi ilə yanaşı, bölgənin
icimai-iqtisadi və mədəni həyatı haqqında kifayət qədər məlumat əldə
etmək mümkündür. Müfəssəl dəftərdə Qarabağda əhalinin etnik tərkibi
haqqında mühüm məlumat öz əksini tapmışdır. Belə ki, dəftərdə qeyd
olunan 1.178 kənddən yalnız 25-nin adı erməni kəndi kimi göstərilmişdir.
Burada qeyd olunan məlumatlardan aydın olur ki, Osmanlı-Səfəvi
müharibəsi zamanı Qarabağın türk-müsəlman əhalisinin 40%-ə qədəri
ata-baba yurdlarını tərk etməyə məcbur qalmışdı. Vergidən azad olduqları
üçün vergi siyahısında adı qeyd olunmayan din xadimləri, ordu mənsubları
və döyüşlərdə ölən əsgərlərin sayını nəzərə alsaq, XVIII əsrin əvvəllərində
Qarabağda yaşayan ermənilər də daxil olmaqla qeyri müsəlmanların sayı
20%-i keçməmişdir.
84
Rusiya və Osmanlı dövləti tərəflərindən ələ keçirilmiş Azərbaycan
ərazisi XVIII əsrin birinci yarısında Nadir şah tərəfində azad edilmişdir.
Belə ki, 1735-ci ildə Səfəvi-Rusiya və 1736-cı ildə isə Osmanlı dövləti ilə
imzalanmış sülhə görə Səfəvi dövlətinin ərazi bütövlüyü bərpa olunmuş
və Qarabağ Nadir şahın hakimiyyəti altına keçmişdir.
85
9. Qarabağ xanlığı necə yarandı?
1736-cı il fevral ayının 26-da özünü şah elan edən Nadir şah Əfşar,
onun hakimiyyətinə qarşı çıxan Qarabağın Cavanşir, Otuziki və Kəbirli
tayfalarını Xorasana sürgün etdirdi, tayfa başçılarını isə, yanında gi-
rov saxladı.
86
Mirzə Adıgözəl bəyin verdiyi məlumata görə, qarabağlı
İbrahimxəlil Ağanın böyük oğlu Fəzləli bəy də bu şəkildə Xorasana apa-
84 a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.
85 Minorsky, V., “Nadir”, İslam Ansiklopedisi, C. IX (İstanbul, 1988), s. 24.
86 Cavanşir, Əhməd bəy, “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi fəaliyyətlərinə dair”,
Fərzəliyev, Akif, red., Qarabağnamələr, C. I (Bakı, Yazıçı, 1989), s. 157.
40
QARABAĞ
99 SUALDA
rıldı. Ancaq, Fəzləli bəy sürgünə qarşı çıxın-
ca Nadir şah tərəfindən öldürülərək yerinə
qardaşı Pənahəli bəy gətirildi.
87
Şah sara-
yında xidmət göstərən Pənahəli bəy, Nadir
şahın hörmətini qazana bildi. Lakin, saray
xidmətçilərinin onun haqqında yaydığı if-
tiralar nəticəsində qardaşı kimi Nadir şa-
hın qəzəbinə düçar olacağını nəzərə alan
Pənahəli bəy, şahın səfərdə olmasından
istifadə edərək Xorasanda sürgündə olan
ailəsini görmək bəhanəsiylə saraydan çıxaraq Qarabağa qaça bildi.
88
Nadir
şah onun yaxalanması üçün Gəncə, Tiflis və Şirvan hakimlərinə fərmanlar
göndərsə də, bu mümkün olmadı. Pənahəli bəy tez-tez yer dəyişdirərək,
bəzən Qarabağ dağlarında, bəzən də Şəki qalası ətrafında gizlənərək canı-
nı Şahın qəzəbindən qurtara bildi.
89
1747-ci il iyunun 20-də Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
və hakimiyyət uğrunda mübarizənin başlanması, onun yaratdığı dövlətin
dağılmasına səbəb oldu.
90
Nadir şahın qətli ilə İranda meydana gələn daxili
qarışıqlıqlar Azərbaycan üçün də bir dönüş dövrü oldu. Vahid Azərbaycan
dövləti yaratmağa şərait yaransa da, feodal pərakəndəliyinin mövcud-
luğu, iqtisadi əlaqələrin zəifliyi, natural təsərrüfatın üstünlüyü ölkədə
mərkəzləşmiş dövlətin yaradılmasına imkan vermədi. Azərbaycan müstəqil
və yarımmüstəqil xanlıqlara və sultanlıqlara parçalandı. XVIII əsrin ortala-
rında Rusiya və Osmanlı dövlətlərinin daxilində baş verən münaqişələr onla-
rın Azərbaycanda baş verən hadisələrə müdaxilə etməsinə imkan vermədiyi
üçün müstəqil xanlıqların yaranması təmin edildi.
Bu zaman Azərbaycanda
20 xanlıq və 6 sultanlıq yarandı. Bunlardan biri də Qarabağ xanlığı oldu.
Nadir şahın ölümündən sonra rahat və qorxusuz hərəkət edən Pənahəli
87 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 31-32. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir
(1989), s. 110.
88 Xəzani, Mir Mehdi, “Kitabi-tarixi-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı,
Yazıçı, 1991), s. 106. Həmçinin bax; Axundov, Nazim, Qarabağ salnamələri (Bakı, Yazıçı, 1989), s. 32.
89 a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 107.
90 Bakıxanov, Abbasqulu Ağa, Gülüstani İrəm (Bakı, 1951), ss. 158-159. Həmçinin bax; a.k.ə. Xəzani,
Mir Mehdi (1991), s. 104. Həmçinin bax; a.k.ə. Azərbaycan tarixi, C. III (1999), s. 387.
XVIII əsrin ortalarında
Rusiya və Osmanlı
dövlətlərinin daxilində baş
verən hadisələr onların
Azərbaycanda baş verən
hadisələrə müdaxilə
etməsinə imkan vermədiyi
üçün müstəqil xanlıqların
yaranması təmin edildi.
41
QARABAĞ
99 SUALDA
bəy, öz doğma vətəni olan Qarabağa gələrək, yaxın adamlarını başına top-
layıb siyasi fəaliyyətə başlayır. Xüsusilə Xorasana sürgün edilmiş Cavanşir,
Otuziki və Kəbirli tayfalarının geri dönmələrini təmin edir və onları Qa-
rabağda əvvəllər yaşadıqları obalarına yerləşdirir.
91
Başqa yerli tayfaların
dəstəyini alandan sonra Qarabağın tək lideri kimi davranmağa başlayır.
Beləliklə, 1747-ci ildə Pənahəli xan yalnız Cavanşir tayfasının deyil, eyni
zamanda keçmiş Gəncə-Qarabağ bəylərbəyliyinin Qarabağ bölgəsində
yaşayan tayfalarını birləşdirərək Qarabağ xanlığının əsasını qoydu.
92
Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir və Mir Mehdi Xəzani Qarabağ
xanlığının 1747-ci ildə yaradıldığını qeyd edirlər.
93
Qarabağ xanlığının qurucusu olan Pənahəli xanın soyu haqqında bü-
tün qaynaqlar eyni fikirdə olub, onların nəslinin Türküstandan gəlmiş
Cavanşir tayfasının Bəhmənli elinə bağlı Sarıcalı oymağından olduğunu
bildirlər.
94
Əbül-Qazi Bahadır xana görə, Qarabağ xanlığının idarəsi, Oğuz
xanın üçüncü oğlu olan Ulduzun böyük oğlu Afşarın nəvələrindən Cavan-
şir qəbiləsinin Sarıcalı sülaləsinə aid olmuşdur.
95
Pənahəli xan dövründə Bayat,
96
Şahbulaq
97
qalaları tikilmiş, Şuşa
(Pənahabad) qala-şəhərinin əsası qoyulmuşdur (1751-1756). 1759-cu
ildə Şuşanı mühasirəyə alan Urmiya xanı Fətəli xan Əfşara məğlub olan
Pənahəli xan, oğlu İbrahimxəlil bəyi girov verməklə Urmiya xanlığı-
nın tabelik şərtlərini qəbul etmişdir.
98
Bu dövrdə İranda hakimiyyəti ələ
alan Kərim xan Zənd, Urmiyalı Fətəli xanı məğlub etmək üçün onun
rəqiblərindən, o cümlədən Pənahəli xandan dəstək istəyir. Bu dəvəti gi-
rovda olan oğlu İbrahimxəlil bəyi xilas etmək və eyni zamanda Fətəli xan-
dan qisas almaq üçün fürsət bilən Qarabağ xanı, kiçik oğlu Mehrəli bəyi
Qarabağda müvəqqəti hakim qoyaraq Kərim xan Zəndə yardıma getmiş-
91 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 33.
92 a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 158.
93 a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 114.
94 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 31. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir
(1989), s. 110. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), ss. 12-14.
95 Mirza Bala, “Karabağ” , İslam Ansiklopedisi, C. VI (İstanbul, 1988) s. 213.
96 a.k.ə. Y.Qarabaği, Mirzə Yusif (1991), s. 15.
97 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 35.
98 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 158.
42
QARABAĞ
99 SUALDA
dir. 1762-ci ilin may ayında Xoy və Salmas şəhərləri arasında baş tutan
döyüşdə məğlub olan Fətəli xan Urmiya qalasına çəkilərək müdafiə olun-
mağa başlamışdır. Pənahəli xan başqa Azərbaycan xanları kimi Kərim xan
Zəndin Urmiya qalası yanındaki düşərgəsinə gəlir. 9 aylıq mühasirədən
sonra Urmiyanı təslim alan Kərim xan, əsir alınan Fətəli xanla bir yerdə
ona köməyə gələn Azərbaycan xanlarını da özü ilə Şiraza aparır. Yola
düşərkən İbrahimxəlil bəy Qarabağa xan göndərilsə də, Pənahəli xan Şi-
raza gedir və bir müddət sonra orada vəfat edir (1763). Cəsədi Qarabağa
gətirilərək Ağdamda dəfn edilmişdir.
99
Pənahəli xanın ölümündən sonra 1763-1806-cı illərdə İbrahimxəlil
xan tərəfindən idarə olunan Qarabağ xanlığı ən güclü dövrünü yaşamış-
dır. Qubalı Fətəli xanın 3 dəfə və Ağa Məhəmməd şah Qacarın iki dəfə
Qarabağa hücum etməsinə baxmayaraq, İbrahimxəlil xan hakimiyyətini
qoruyub saxlaya bilmişdir. O, Osmanlı dövləti ilə sıx əlaqələr yaradan
Azərbaycan xanlarından biri olmuşdur.
100
1805-ci ildə Qarabağ xanı
Kürəkçay müqaviləsini imzalayaraq Rusiyanın tərkibinə keçmişdir.
101
İbrahimxəlil xan Rusiyanın hakimiyyətini qəbul etsə də, daha sonra
bundan peşman olmuş və bu siyasi qarışıqlıqda ermənilərin xəyanətinə
uğrayaraq, 1806-cı ilin yayında ruslar tərəfindən 17 yaxın adamı ilə
birlikdə Xankəndində öldürülmüşdür. Yerinə oğlu Mehdiqulu xan keç-
mişdir. Aldadıldığını gec də olsa anlayan Mehdiqulu xanın İrana qaçma-
sından sonra, 1822-ci ildə çar fərmanı ilə Qarabağ xanlığı rəsmən ləğv
edilmişdir.
102
99 a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 119. Həmçinin bax; Mirzə Camaloğlu, Rzaqulu
bəy, “Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”, Axundov, Nazim,
red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), s. 217. Həmçinin bax; Fəna, Mirzə Rəhim, “Tarixi-
Cədidi-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), s. 256. Həmçinin
bax; Əlizadə, Həsən İxfa, “Şuşa şəhərinin tarixi”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı,
Yazıçı, 1991), s. 325.
100 Dedeyev, Bilal “Karabağ Hanlığı (1747-1822)”,
Dedeyev, Bilal “Karabağ Hanlığı (1747-1822)”, Türk Dünyası Araştırmaları, Sayı 136, (Ocak-Şubat
2002), ss. 39-44.
101 “Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi”, Mahmudov,Yaqub, və Şükürov, Kərim,
“Rusiya və Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi”, Mahmudov,Yaqub, və Şükürov, Kərim,
red., Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi (1639-1828)-Dövlətlərarası müqavilələr
və digər xarici siyasət aktları, C. I (Bakı, Regionların inkişafı ictimai birliyi, 2009), ss. 365-376.
102 Mustafazadə, Tofiq,
Mustafazadə, Tofiq, Qarabağ xanlığı (Bakı, Sabah, 2010), ss. 209-210.
43
QARABAĞ
99 SUALDA
10. Qarabağ xanlığının inzibati ərazi bölgüsü necə idi?
Qarabağ xanlığını qeyri-məhdud hakimiyyətə malik olan xan idarə
edirdi. Bu xanlar dünyəvi işlərdə olduğu kimi dini işlərdə də geniş
səlahiyyətlərə malik idilər. Qarabağ xanlığı 75 illik tarixi boyunca əsasən 3
xan – Pənahəli xan (1747-1763), İbrahimxəlil xan (1763-1806) və Meh-
diqulu xan (1806-1822) tərəfindən idarə olunmuşdur. Yalnız 1763-cü ildə
Pənahəli xanın ölümündən sonra İbrahimxəlil və Mehrəli bəy qardaşları
arasında başlayan xanlıq mübarizəsi ölkədə bir müddət iki hakimiyyətliliyə
gətirib çıxartmış, bu mübarizə, 1763-cü ildə də Mehrəli bəyin Qarabağ-
dan qovulması və İbrahimxəlil ağanın qalib gələrək Qarabağ xanlığında
hakimiyyəti ələ alması ilə nəticələnmişdir.
103
Xanın idarəetmə işlərində ən böyük köməkçisi Xanlıq divanı idi. Di-
van məclisi xanlığın idarə edilməsi ilə bərabər vergi işləri ilə də məşğul
olurdu. Divanda əhalinin qeydiyyatda olduğu və əsgərlik yaşında olan
gənclərin adlarının yazıldığı dəftərlər mövcud idi.
104
Xanlıqda mühakimə
işlərinə divandan ayrı fəaliyyət göstərən “məhkəmə” həyata keçirirdi. Bu
məhkəmələrdə təqsirlilər şəriət qanunlarına görə ittiham olunurdu. Divan
və məhkəmə iclasları xan ilə qazının iştirakı və başçılığı altında həyata ke-
çirilirdi.
105
Xandan sonra ən yüksək mövqeyə sahib olan vəzifəli şəxs vəzir idi.
Qarabağ xanlığında vəzir həm daxili, həm də xarici işlərə cavabdeh olan
vəzifə sahibi idi. Qarabağın ən tanınmış vəzirləri Molla Pənah Vaqif və
Mirzə Camal Cavanşir olmuşdur. Onlar dövlət adamı olmaqla yanaşı,
həm də dövrünün məşhur şair və elm xadimləri idilər. Xanın sarayında
vəzirdən başqa sərkərəli adı verilən maliyyə məmuru, eşikağası adlanan
xanın şəxsi işlərini idarə edən şəxs, habelə xəzinədar, anbardar kimi vəzifə
sahibləri də mövcud olmuşdur.
106
İnzibati idarəetmə formasına görə kiçik dövlətə bənzəyən Qarabağ xan-
103 a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 163. Həmçinin bax; a.k.ə. Axundov, Nazim (1989), s. 78.
a.k.ə. Cavanşir, Əhməd bəy (1989), s. 163. Həmçinin bax; a.k.ə. Axundov, Nazim (1989), s. 78.
104 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 50.
a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 50.
105 a.k.ə.
a.k.ə. Azərbaycan tarixi (1999), s. 451.
106 a.k.ə. Mustafasadə, Tofiq (2010), ss. 123-124.
a.k.ə. Mustafasadə, Tofiq (2010), ss. 123-124.
44
QARABAĞ
99 SUALDA
lığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin
körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür
çayı, şimalda Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə
Qarabağ dağları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdu.
107
Qarabağ xan-
lığının sahəsi təqribən 18000 km
2
olub,
108
şimaldan cənuba 182, şərqdən
qərbə isə 273 km olduğu bildirilir.
109
Qarabağ xanlığının ərazisi inzibati
cəhətdən 21 mahaldan ibarət idi. Bu mahallar Çalbayır, Zəngəzur, Mehri,
Qafan, Sisyan, Dəmirçi-Aslanlı, Güpara, Bərgüşad, Bahabyurd, Kəbirli,
Talış (Gülüstan), Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara, Dizaq, Otuzi-
ki, İyirmidörd, Qaraçorlu, Vərənd və Acan-türk idi. Mahallar içərisində
əhalisinin dini etiqadı xristiyan olan və Qarabağda xalq arasında “Xəmsə”
(beşlik) adlandırılan bölgələri (məliklikləri) idarə edənlərə Məlik, əhalisi
müsəlman olan mahalların idarəçilərinə isə Mahal bəyləri və ya naiblər de-
yilirdi.
110
Mahallar öz növbəsində kəndlərə ayrılırdı. Osmanlı dövlətinin
tərtib etdirdiyi 1727-ci il tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl
dəftəri”ndə xanlığın əhatə etdiyi ərazilərdə bir hissəsi boş olmaq şərti ilə
cəmi 796 kəndin adı qeydə alınıb. Bu rəqəm təqribən 100 il sonra 1823- ci
ildə rusların apardığı qeydiyyatda 642 kənd və oymaq olaraq göstərilir.
111
Azərbaycan xanlıqlarının hamısında olduğu kimi, Qarabağda da kəndləri
kəndxuda və ya kovxalar idarə edirdi.
Xanlığın mərkəzi ilk əvvəl Bayat qalası (1748),
112
daha sonra Tərnəküt
deyilən yerdə Şahbulağı qalası (1749)
113
və 1751-ci ildən sonra isə, Pa-
nahabad/Şuşa qala-şəhəri olmuşdur. XVIII əsrin son rübündə Şuşa
şəhəri strateji vəziyyəti ilə yanaşı, həm də Azərbaycanın sayılan ticarət
mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycandan geçən məşhur İpək
Yolunun Şuşa şəhərindəki ticarət həyatının canlanmasına da mühüm
107 a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), ss. 107-109. Həmçinin bax; Qaradaği, Həsənəli,
“Qarabağ vilayətinin qədim və cədid keyfiyyəti və övzaları”, Axundov, Nazim, red., Qarabağnamələr, C.
II (Bakı, Yazıcı, 1991), s. 352.
108 a.k.ə. Sami, Şəmsəttin (1996), s. 3621.
109 a.k.ə. Mirzə Camaloğlu, Rzaqulu bəy (1991), s. 206.
110 a.k.ə. Xəlilov, Xaliyəddin (1992) , s. 9. Həmçinin bax; a.k.ə. Mustafazadə, Tofiq (2010), s. 96.
111 a.k.ə. Qeybullayev, Qiyasəddin (1990), s. 151. Həmçinin bax; a.k.ə. Mustafazadə,Tofiq (2010), ss.
97-98.
112 a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 15.
113 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 35.
45
QARABAĞ
99 SUALDA
təsiri olmuşdur. İqdisadiyyatın inkişafı qala əhalisinin sayının artmasına
ciddi təsir göstərmişdi. XVIII əsrin sonları və XIX əsrin əvvəllərində Şuşa
şəhəri 17 məhəllədən ibarət idi.
114
Qarabağ xanlığında Şuşa da daxil ol-
maqla qalalara cavabdeh olan vəzifəli şəxslərə Qalabəyi deyilirdi.
115
Dostları ilə paylaş: |