11. Qarabağ xanlığında əhalinin etnik tərkibi necə idi?
1727-ci ildə Osmanlı dövləti tərəfindən qeydiyyata alınmış “Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri” adlı tarixi sənəddə Qarabağ əhalisinin
etnik tərkibi haqqında ətraflı məlumat verilmişdir. Müfəssəl dəftərdə adı
çəkilən 1.178 kənddən yalnız 25-i erməni kəndi kimi qeydə alınmış-
dır. Bu dəftərdəki ümumi məlumatlardan
məlum olur ki, Səfəvi-Osmanlı müharibəsi
zamanı müsəlman türk kəndlərinin 40%-ə
qədərinin boşalması, vergidən azad olduq-
ları üçün vergi siyahısında adı olmayan din
adamları, ordu mənsubları və döyüşlərdə
20% qədər əsgərin öldürülməsini nəzərə al-
saq bu dövrdə Qarabağda yaşayan ermənilər
də daxil olmaqla qeyri müsəlmanların sayı
20%-i keçməmişdir.
116
Qarabağ xanlığı dövründə də buralar-
da bu əhalidən başqa kütləvi bir şəkildə
ermənilər yaşamamışdır. Rusiya-İran və Rusiya-Osmanlı müharibələri
və eyni zamanda 1805-ci ildən sonra Rusiyanın hakimiyyəti altına keçən
Qarabağda çarizmin yeritdiyi müstəmləkə siyasəti insanların bölgəni tərk
etməsinə səbəb olmuşdu. Rusların köçürmə siyasəti nəticəsində çox-
saylı erməni ailəsi gətirilərək Qarabağda yerləşdirilmişdir. Hələ 1805-ci
ildə 390 erməni ailəsinin Şuşaya yerləşdirilməsi məlumdur.
117
Çarizmin
köçürmə siyasəti nəticəsində qeyri müsəlmanların və eləcədə ermənilərin
114 a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 19.
115 Vaqif, Molla Pənah, Əsərləri (Bakı, 1960), s. 231.
116 a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.
117 Əsədov, Firudin və Kərimova, Sevil, Çarizmi Azərbaycana getirənlər (Bakı, Gənclik, 1993), s. 70.
Rusların 1810-cü ildə
Qarabağda apardıqları
siyahıyalmaya görə burada
12000 ailə və ya təqribən
60000 insan yaşamışdır.
Bu siyahıya görə, Qarabağ
əhalisinin 9500 (79%) ailəsi
azərbaycanlı, 2500 (21%)
ailəsi isə erməni və rus əhali
göstərilmişdir.
46
QARABAĞ
99 SUALDA
Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Rusla-
rın 1810-cü ildə Qarabağda apardıqları siyahıyalmaya görə burada 12000
ailə və ya təqribən 60000 insan yaşamışdır. Bu siyahıya görə, Qarabağ
əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı, 2500 (21%) ailəsi isə erməni
və rus əhali göstərilmişdir. Rusların 1823-cü ildə apardıqları siyahıyaal-
ma dəftərində Qarabağın toplam 642 kəndinin 155-i ermənilərə, 487-si
isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə ümumi olaraq
18.563 ailənin, 14618 (78%) ailəsi azərbaycanlılardan, 3945 (21,2%)
ailəsi isə ermenilərdən ibarət olduğu halda, Qarabağ əhalisinin 91%-ni
azərbaycanlılar, 8,4 % -ni isə ermənilər təşkil etmişdir.
118
Göründüyü kimi, xanlığın son dövrlərində ermənilərin sayının art-
masına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən onda bir hissəsini
təşkil etmişdir. Qarabağlı olduqları iddia edilən ermənilər isə, Xəmsə de-
diyimiz bölgədə yaşamışlar. Qaynaqlarda verilən məlumata görə burada
“xaçpərəstlər”, yəni xristiyanlar yaşamışdır.
119
Qarabağ xanlığının yara-
dılması və idarə edilməsi azərbaycanlılara məxsus olduğu kimi, buradakı
əhalinin əksəriyyətini də azərbaycanlılar təşkil etmişdir.
12. Qarabağ xanlığının paytaxtı Pənahabad-Şuşa
qalası necə salındı?
Şuşa qalasının inşa tarixi ilə bağlı “Qarabağnamə” müəllifləri fərqli illər
göstər mişlər. Onların qeyd etdikləri tarixlər o dövrün tarixi hadisələri ilə
də uyğun gəlmir.
120
Məsələn, Mirzə Adıgözəl bəy, Pənahəli xanın böyük
bir qala və içində də evlər tikdirdiyini, xanlığın mərkəzini 1756/57-ci
illərdə oraya köçürdüyünü və bir il sonra Məhəmməd Həsən xan Qaca-
rın Qarabağa hücum etdiyini yazır.
121
Ancaq nəzərə almaq lazımdır ki,
118 Кавказский календарь Российской империи 1897, Л-13-Елизаветская губерния (С-Петербург,
1904), с. 3. Həmçinin bax; a.k.ə. Qeybullayev, Qiyasəddin (1990), s. 151. Həmçinin bax; Aydın, Mustafa,
“Karabağ”, Türkiye Diyanet İşleri Vakfı Ansiklopedisi (TDİA), C. 24 (İstanbul, 2001), s. 368. Həmçinin
bax; Mahmudov, Ceyhun, “Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış”,
Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 559.
119 a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 12.
120 a.k.ə. Xəzani, Mir Mehdi (1991), ss. 116-117. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s.
18. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 145.
121 a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 40-41.
47
QARABAĞ
99 SUALDA
Məhəmməd Həsən xan Qacarın Qarabağa hücumu 1757-ci ildə deyil,
1751-ci ilin axırlarında olmuşdur.
122
Qalanın tikilmə tarixi ilə bağlı doğ-
ru məlumatı Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” adlı əsərindən
öyrənmək mümkündür. Onun qənaətinə görə, Şuşa qalası 1750-1751
illərdə inşa edilməyə başlanmışdır.
123
Onun bu fikrinin doğru olduğunu
digər tədqiqatçılar da qəbul etməkdədir.
124
O ki, qaldı Qarabağ xanlığı ilə
bağlı mənbələrin məlumatlarına, böyük ehtimalla onların qeyd etdikləri
tarix əhalinin qalaya köçməsi ilə bağlıdır. Buna görə də bəzi tarixçilər
1750-ci ildə qalanın inşaasına başlanıldığını, onun başa çatdırılması tarixi
kimi 1756-cı ili qeyd edirlər.
125
İçərisində çox sayda məscid, hamam, bazar və yaşayış evləri tikilən bu
yeni mərkəzə Pənahəli xanın şərəfinə “Pənahabad” adı verilmiş,
126
qala-
nın Şuşa adlandırılması isə, İbrahimxəlil xanın dövründən başlanmışdır.
Mənbələr Pənahabad qala-şəhərinin Pənahəli xan tərəfindən salındığını
qeyd edərkən, sıldırım qayalar üstündə yerləşən ərazinin daha əvvəllər
buraya altı kilometr uzaqlıqda yerləşən və xalq arasında Şüşəkənd adla-
nan yaşayış yerinə aid otlaq və örüş yaylaqları olduğunu bildirirlər.
127
Ona
görə də, qalanın tikilməsindən sonra da xalq arasında Şüşə (Şişə) kəndinin
ərazisi deyə adlandırılan Pənahabad, əsasən İbrahimxəlil xan zamanında
əvvəlcə Şüşə, daha sonra isə, xüsüsən ruslar dövründə rus ləhcəsinə uy-
ğunlaşdırılaraq Şuşa şəklində tələffüs edilməyə başlanmışdır.
128
Şüşə sö-
zünün Şuşa şəklinə dönməsini Qarabağ qaynaqlarından başqa Osmanlı
arxiv sənədlərində də açıqca görmək mümkündür. Əgər ilk əvvəl yazılan
sənədlərdə buranın adı Şüşə
129
şəklində qeyd edilirdisə, sonralar Şuşa
130
kimi qeyd edilmişdir.
Müdafiə məqsədi ilə tikilən Şuşa qala divarlarının uzunluğu təqribən
122 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951) , ss. 160-161.
123 a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 316.
124 a.k.ə. Axundov, Nazim (1989), s. 36.
125 Useynov, M., Bretanitski, и L., Salamzadə, A., İstorya Arkhitekturi Azerbaydjane (Moskva, 1963), s. 306.
126 a.k.ə. Qaradaği, Həsənəli (1991), s. 357.
127 a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 117.
128 a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 315. Həmçinin bax; “Şuşa”, Azərbaycan Sovet Ensiklopediyası,
C. X (Bakı, 1987), s. 578.
129 Başbakanlık Osmanlı Arşivi, Hattı Hümayun (BOA. HH.) Nr. 6666;1760-A; 8488; 110; BOA,
Cevdeti Hariciye, Nr. 9076.
130 BOA, HH. Nr. 203- A.
48
QARABAĞ
99 SUALDA
8 km, hündürlüyü 5, eni isə 2 metrdən çox idi. Qalanın divarları top
atəşlərinə davam gətirsin deyə, qalın daşlar və əhənglə hörülmüşdü.
Əvvəllər qalanın 4 qapısı mövcud olmuşdur. Sonralar bunlardan biri bəlli
olmayan səbəbdən bağlanmışdır. Qalanın əsas qapısı, yəni arabaların
istifadə edəbiləcəyi yeganə yol “ana qapı” kimi tanınan giriş darvazası ol-
muşdur. Digər iki qapı isə, döyüşlər zamanı və ya çətin vəziyyətlərdə gizli
olaraq giriş-çıxış məqsədi ilə istifadə edilmişdir. Bu qapılar şimal və qərb
istiqamətinə açıldığı üçün Rəvan və Gəncə-Çiləbörd qapıları adlandırıl-
mışdır.
131
Qarabağ arxitekturasında Şuşa qala-şəhərinin çox böyük önəmi var-
dır. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən şəhərin yu-
xarı məhəlləsi ilə aşağı məhəlləsi arasında təqribən 300 metr yüksəklik
fərqi vardı. Şuşa arxitekturası haqqında araşdırma aparmış Həsən İxfa
Əlizadənin təsbitlərinə görə, xanlıq dövründəki abidələrin bir çoxu za-
man keçdikcə aşınaraq sıradan çıxmışdır. Son dövrə qədər sadəcə bir
məscid, divanxana və böyük karvansaray qalmışdı. Halbuki, əvvəllər
Şuşanın hər məhəlləsinin öz məscidi olmuşdur.
132
Eyni zamanda Ba-
harlının
“Əhvalati-Qarabağ” adlı əsərində xanlığın son dövrlərinə qədər
Şuşada 18 hamam və 8 karvansarayın da fəaliyyət göstərdiyi qeyd olun-
muşdur.
133
Şuşa memarlığında istifadə olunan əsas materiallar daş və kərpic ol-
muşdur. Qala divarları, məscid, hamam, bazarların inşasında daş, evlərdə
isə daha çox kərpicdən istifadə olunmuşdur. Şuşa qala şəhərinin inşa-
sı qədim Azərbaycan arxitekturasına uyğun olaraq həyata keçirilmişdir.
Belə ki, Pənahəli xan Şuşa şəhərini inşa etdirərkən Təbriz, Ərdəbil və digər
Azərbaycan şəhərlərindən xüsusi ustalar dəvət etmişdir.
134
Buna görə də, bu-
radakı abidələrdə türk-islam mədəniyyəti çərçivəsində özünə məxsus yeri
olan Azərbaycan memarlığının ön planda tutulduğunu görmək mümkün-
dür.
131 a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 18.
132 a.k.ə. Əlizadə, Həsən İxfa (1991), ss. 316-346.
133 Baharlı, “Əhvalati-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), ss.
227-278.
134 a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 342.
49
QARABAĞ
99 SUALDA
XVIII əsrin sonlarında Şuşa şəhəri Aşa-
ğı və İbrahimxəlil xanın dövründə Yuxarı
məhəllə şəklində salınmış 17 məhəllə və ya
küçədən ibarət idi. Bu küçə məhəllələr Aşa-
ğı məhəllə üçün Qurdlar, Seyidli, Culfalar,
Toyluq (Quyuluq), Çuxur, Dördlər qurdu,
Hacı Yusifi, Dörd çinar və Çöl qala; Yuxarı
məhəllədə isə Mir-Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi,
Hamam qabağı və Təzə məhəllədir.
135
İlk mənbələrdən əldə edilmiş araşdır-
malar göstərir ki, XVIII əsrin sonlarında Şuşadakı bu məhəllələrdə yaşayan
əhalinin sayı 2000 ailədən ibarət təqribən 10000 nəfər olmuşdur. Rusiya-
nın Qarabağ xanlığını işğal etdiyi 1805-ci ildən sonra Şuşanın daha dağlıq
ərazilərində üçüncü məhəllə olan “Qazançalı” məhəlləsi salınmaya başlan-
mış və XIX əsr boyunca böyüyən bu məhəllə 12 küçədən ibarət olmuşdur.
136
Qarabağ səlnaməçisi Baharlının yazdığına görə, Şuşanın əsas müsəlman
əhalisi Aşağı və Yuxarı məhəllələrdə yaşamışdır.
137
Buradan anlaşılır ki, rusla-
rın saldırdığı yeni məhəllə olan Qazançalıda isə, daha çox Şuşaya rus işğalın-
dan sonra axın edən qeyri müsəlmanlar, yəni rus və ermənilər yerləşmişlər.
XIX əsrin sonlarında isə şəhərin əhalisi təxminən 2-3 min nəfər azalmışdı.
Bunun əsas səbəbi isə, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qa-
carla müharibə zamanı (1797) qaçıb dağılması, digər qismi isə Rusiya işğa-
lından sonra İrana köçməsi idi. Belə olduğu halda müstəmləkə siyasətinin
nəticəsi olaraq boş qalan yerlər qeyri azərbaycanlılar tərəfindən doldurulur-
du. XVIII əsrin sonlarında əhalisi demək olar ki, tamamilə azərbaycanlı olan
Şuşa şəhərində, 1823-ci ildə ruslar tərəfindən aparılan siyahıyaalınmanın
nəticələrinə görə, 1532 ailənin 1000-dən çoxu azərbaycanlılardan, 500-ü isə
rus və ermənilərdən ibarət olmuşdur.
138
135 a.k.ə. Baharlı (1991), s. 228. Qeyd; Mirzə Yusif Qarabaği isə bu məhəllələrin adını belə yazır:
Mehrili, Qazançılı, Əylisli, Çiləbörd dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı
Yusifli, Mərdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası. Həmçinin bax;
a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 19.
136 Mahmudov, Yaqub və Mustafayev, Camal, Şuşa-Pənahabad (Bakı, Təhsil, 2012), ss. 39-59.
137 a.k.ə. Baharlı (1991), s. 278.
138 a.k.ə. Mahmudov, Yaqub və Mustafayev, Camal (2012), s. 62.
Müdafiə məqsədi ilə tikilən
Şuşa qala divarlarının
uzunluğu təqribən 8 km,
hündürlüyü 5, eni isə 2
metrdən çox idi.
50
QARABAĞ
99 SUALDA
13. Çar Rusiyası Qafqazın işğalına başlayarkən
ermənilərin rolunu nəyə görə artırdı?
XVIII əsrin əvvəllərində dünyanın güclü dövlətlərindən birinə
çevrilməyi planlayan Rusiya, İran və Orta Şərqi işğal edərək isti dənizlərə
açılan ticarət yollarını ələ keçirmək istəyirdi.
139
Rusiya, bu planı həyata
keçirmək üçün birinci növbədə Qafqazı öz himayəsinə almalı idi. Bu
səbəbdən 1722-ci ildə rus ordusu Dərbənddən Gilana qədər olan
Azərbaycanın Xəzər sahili vilayətlərini işğal etdi.
140
I Pyotr (1696-
1725) dağılmaq üzərə olan Səfəvi dövləti ilə girişdiyi bəzi döyüşlərdə
ermənilərdən də istifadə etmiş oldu. Tarixdə ilk dəfə rus-erməni işbirliyi bu
dövrdə ortaya çıxmışdır. Hətta rus Çarı ermənilərlə olan münasibətlərini
daha da inkişaf etdirmək üçün 10 noyabr 1724 tarixli xüsusi manifest çı-
xararaq, ermənilərin tezliklə Rusiya himayəsinə girmələrinin çox uygun
olacağını bildirmişdi.
141
Bunun üçün də I Pyotrla görüşən qabaqcıl erməni
ailələrindən bir neçəsi Peterburqa dəvət edildi. Sonralar Peterburqda
erməni məhəlləsi də quruldu.
142
Beləcə, gələcəkdə bütün Qafqazı və daha
sonra da İran ilə Osmanlı dövlətini işğal etməyi planlayan rus Çarı, bu
ölkələrdə yaşayan ermənilərdən siyasi məqsədləri üçün istifadə etmənin
təməllərini atmış oldu.
I Pyotrun başlatmış olduğu bu siyasət daha sonralar varisləri tərəfindən
davam etdirildi. Bu dövrdə Rusiyaya aparılan erməni ailələrindən biri
də rus ordusunda adlarına tez-tez rastladığımız Lazarevlər (Lazaryan)
ailəsi idi. Lazarevlərin Rusiyada məskunlaşması gələcəkdə rus-erməni
işbirliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Belə ki, XVIII
139 Mouravief, Boris, Deli Petro’nun Vasiyetnamesi (tərcümə edən Özdek, Refik) (İstanbul, 1966), s. 60.
Həmçinin bax; Kocabaş, Süleyman, Tarihte Türk-Rus Mücadelesi (İstanbul, Vatan yayınları,1989), s. 92.
140 a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 360-362. Həmçinin bax; a.k.ə. Kocabaş, Süleyman (1989), s. 93.
141 Мехтиев, Рамиз, Нагорный Карабах: история, прочитанная по источникам (Москва, 2014),
сc. 90-92. Həmçinin bax; “I Pyotrun erməni xalqına ali fərmanı”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov,
Kərim, red., (2009), ss. 141-147. Həmçinin bax; “Rus çarı I Pyotrun erməni xalqına fərmanı. 10 noyabr
1724-cü il”, T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv
sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C. I (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 51-54.
142 Qlinka, S.N., Azərbaycan ermənilərinin Rusya hududlarına köçürülməsinin təsviri (Bakı, Azərbaycan
nəşriyyatı, 1995), ss. 8-9. Həmçinin bax; Demirel, Muammer, “Ermeni Meselesi ve Rusya”, 8. Askeri
Tarih Semineri (24-26 Ekim 2001-İstanbul) (Ankara, 2003), ss. 339-340.
51
QARABAĞ
99 SUALDA
əsrin son rübündə bütün Qafqazı işğal etməyi qəti olaraq qərarlaşdıran
Rusiya, 24 iyul 1783-cü ildə gürcülərlə 13 maddədən ibarət Georgiyevs-
ki müqaviləsini imzaladıqdan sonra Tiflisə üç min əsgər yerləşdirdi.
143
Rusiyanın Qafqaza gəlməsinin bu dəfəki bəhanəsi, güya xristiyan xalqın
mənafeyini müdafiə etmək idi. Bu vaxta qədər rus-erməni münasibətləri
tək tərəfli idisə, bundan sonra iki tərəfli xarakter daşımağa başladı. Orta
Şərqə çıxış yolu olan Qafqazları işğal etmək üçün ermənilərdən istifadə
edən Rusiya, onlara bu torpaqlarda “Kiçik Ermənistan” quracağını söz
vermişdi.
144
Rusiyanın XVIII əsrin sonları üçün planladığı bu fəaliyyəti Osmanlı
və İran dövlətlərindən də dəstək alan Azərbaycan xanlıqları tərəfindən
müvəqqəti də olsa qarşısı alınmış oldu.
145
Buna baxmayaraq Rusiya işğal
niyyətindən əl çəkməyərək sanki “səlib yürüşü” edərcəsinə “qızıl ayaq”
ləqəbli general Valerian Zubov komandanlığında 30 min əsgərlik rus or-
dusunu keşişlərin müşaiyyətində dualarla Qafqaza doğru yola saldı. 1796-
cı ilin may ayının 10-da Dərbəndə çatan rus ordusunu, erməni keşişi
İyosif Stepan Davidov öz dəstəsiylə qarşıladı və onlara bələdçilik etməyə
başladı.
146
Ermənilərin də dəstəyi ilə ruslar Quba (6 iyun), Bakı (13 iyun),
Salyan və oradan da oktyabr ayında Gəncə daxil olmaqla Azərbaycanın
şimal torpaqlarının böyük hissəsini işğal edə bildilər. Ancaq, Çariça II
Yekaterinanın 1796-cı ilin noyabr ayında ölümü Rusiyanın bu işğal pla-
nını yarımçıq qoydu.
147
General Zubovun geriyə dönərkən, çox sayda
erməni uşağını Rusiyada oxutmaq və gələcəkdəki işğal siyasətində erməni
xalqından istifadə etmək üçün özüylə birlikdə apardığı bilinməkdədir.
Bundan başqa XIX əsrin əvvəllərindən başlayaraq Rusiyada erməni
143 BOA. HH. Nr., 110; 324-G. Həmçinin bax; “Georqiyevsk müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və
Şükürov, Kərim, red., (2009), ss. 269-276.
144 Yüksel, İbrahim, “Çarlık Rusya’nın Azerbaycan’ı İstilası ve Osmanlı Devleti’nin Tutumu”,
Kafkas Araştırmalar, Sayı 1, (1988), s. 51. Həmçinin bax; Nəcəfli, Güntəkin, “XVIII yüzillikdə
ermənilərin Qarabağ ərazisində dövlət yaratmaq cəhdləri”, Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və
bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 98-106.
145 BOA, Name-i Hümayun Defteri, Nr. 7, s. 78-82.
146 Barthold, W., “Derbent”, İslam Ansiklopedisi, C. III (İstanbul, 1988), s. 538. Həmçinin bax;
a.k.ə. Yüksel, İbrahim (1988), ss. 58-59. Həmçinin bax; Мамедова, Гехар, О роходе В. Зубова в
Азервайджан 1796 г. (Баку, Elm, 2003), ss. 14-18-22.
147 a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 184. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989),
ss. 54-55.
52
QARABAĞ
99 SUALDA
məktəblərinin açılması və 1816-cı ildə Moskvada qurulan Lazaryan ins-
titutunun da erməniləri cəlb etmək üçün mühüm rol oynadığı bilinir.
148
Bu hadisələrdən sonra Cənubi Qafqazda rus-erməni birgə fəaliyyət planı
həyata keçirilməyə başlandı. Bir müddət sonra qonşu ölkələrdə yaşayan
ermənilər də bu işə cəlb edildi. Artıq, Rusiya-İran və Rusiya-Osmanlı
müharibələrində kifayət qədər erməni əsilli zabit var idi. Lazarevlər, Yuan-
nes, Mədətov, İvan Korqanov, Cəmşid Şahnazar və Vasili Bebudov kimi
erməni əsilli rus zabitləri bunlara misal olaraq göstərilə bilər.
149
Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada ermənilərin
təsirini gücləndirmək üçün köçürmə siyasəti ilə yanaşı, həm də Alban
kilsəsinin dağıdılması xəttini tutmuşdu. Ermənilərin vahid dini mərkəzdən
idarə edilməsi, azərbaycanlıların tarixi irsinin bu torpaqlardan silinməsi
üçün Alban kilsəsinin ləğvi mütləq idi. Akademik Ramiz Mehdiyev
təəssüflə qeyd edir ki, Alban Kilsəsinin 1836 – cı ildəki ləğvindən sonra
ermənilər sistemli şəkildə Alban irsinə qarşı hücuma keçmiş, onu məhv et-
miş və özününküləşdirmişlər: “Əgər İslam abidələrinə qarşı terror siyasəti
yeridilirsə, Azərbaycan mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyası-
nın xristian abidələri ya dağıdılar, ya da erməniləşdirilir. Alban knyazları-
nın tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri
və monastr kompleksləri “ermənilərinki” olur. Erməni tədqiqatçıları bu
abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş “bərpa” işləri
aparırlar. Bu işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr
üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı üçün qa-
nunsuzdur. Bu abidələrdən alban mədəniyyətinin izləri silinir. “Bərpa”
işləri adı altında saxtalaşdırılma aparılır və alban Qarabağ memarlığının
səciyyəvi xüsusiyyətləri məhv edilir”.
150
Nəticə olaraq demək olar ki, XVII əsrdə sadəcə ticarət işləri üzrə qu-
rulmuş olan rus-erməni münasibətləri, XVIII əsrin əvvəllərindən başlaya-
raq siyasi mahiyyət qazanmışdır. Rusiyanın bu münasibətləri qurmaqda
148 a.k.ə. Demirel, Muammer (2003), s. 340.
149 Dedeyev, Bilal, “19. Yüzyıl Ermeni Milliyetçiliğinin Yapılanmasında Rusyanın Rolü”, Erciyez
Üniversitesi-Nevşehir Üniversitesi II. Uluslar arası Sosyal Araştırmalar Sempozyumu (EUSAS-II), 22-24
Mayıs 2008, (Kayseri, 2009), ss. 335-349.
150 a.k.ə. Mehdiyev, Ramiz (2010), s. 54. Həmçinin bax; a.k.ə. Мехтиев, Рамиз (2014), с. 72-74.
53
QARABAĞ
99 SUALDA
məqsədi isə, Cənubi Qafqazın işğal olunma prosesində ermənilərdən
istifadə etmək, işğaldan sonra Rusiyanın mövqeyinin möhkəmləndirilməsi
üçün dayaq nöqtəsi yaratmaq, oralarda özlərinə tabe ermənilərin sayını
artırmaq və nəinki yerli müsəlmanların sayının azaldılmasını təmin etmək
hətta, dağlık bölgələrdə var olan xristian albanların tarixi miraslarını da
ermənilərə əmanət etmək olmuşdur.
14. Qarabağ məlikliklərinin separatçı fəaliyyətlərinə
səbəb nə idi və bu fəaliyyətlər nə ilə başa çatdı?
Rusiya dövlətinin hima yə sinə ar xa la naraq Azər bay can torpaqlarında
özləri üçün dövlət yaratmaq is tə yən erməni missionerləri Qarabağ xan lı-
ğına ta be olan xristian məlikləri Pənahəli xandan sonra hakimiyyətə gələn
oğlu İbra himxəlil xa na (1763-1806) qar şı çıxmağa təhrik edirdilər.
1781-ci ilin sentyabrda Rusiya dövlətinin himayə etdiyi Qarabağ və
Sığnaq mə liklərindən bəzilərinin – Hətəm bəy, Bəylər bəy, məlik İsrail və
Yusif bəy, ha kim Ste fan Salamon, rəislər Sarkis, Qriqori, Babay və Danilin
imzası ilə II Yekaterinaya, Q.A. Pot yomkinə və V.A.Suvorova ünvanlanmış
məktub göndərilir. Məktubda xristian məliklərin
“rus qoşunlarının səfəri
zamanı mü səl man lara qarşı si lah lı müba ri zəyə qal xa cağı” vəd edilir, “Qa-
rabağa 10 min nəfərə qədər piyada qoşun gön də ril mə si və həmin qoşuna
ko man danlığın məhz V.A.Suvorova tapşırılması” xahiş olunur və Rusiya
hakim dairələrini Qarabağ ərazisinə hücuma şir nik lən dir mək üçün Qara-
ba ğın təbii ehtiyatları və məhsuldar tor paq ları geniş şəkildə təsvir edilir-
di.
151
Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqu tin ski (Hovsen Ar-
qutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni
dövləti yarat maq üçün Rusiya hökumət nümayəndələri ilə danışıqlar
aparmış və bunun üçün 1783-cü ildə “Erməni-rus müqaviləsi layihəsi”ni
hazırlamışdır. 18 bənddən ibarət olan bu lahiyəyə görə, Azərbaycanda
151 Армяно-русские отно ше ния в XVIII веке. 1760-1800 гг. (Сб.док.), т. IV, ч. II (Ереван, 1990), док. №
113а, сc. 183-184. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р. (1947), dok, №1, cc. 199-206.
54
QARABAĞ
99 SUALDA
müstəqil erməni dövləti yara dılmalı və bu dövlətin ərazisində qoşun sax-
lamaq hüququ Rusiyaya məxsus olmalı idi.
152
Bu planı reallaşdırmaq məqsədi ilə Q.A.Potyomkin 1783-il aprelin
6-da Qaf qaz ko man danı P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında
yazırdı: “Şu şa lı İbrahim xan dev ril mə lidir, çünki bundan son ra Qarabağda
Rusi ya dan başqa heç kimdən asılı ol mayan “erməni vila yəti” təşkil edilə-
cəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan is ti fa də edin.
Bu va si tə ilə digər vila yətlərdə olan ermənilər bura axışacaqlar.
153
Ru si ya tərəfindən dəstəklənən xristian məliklərlə əlaqə İbrahim xəlil
xan dan gizli, eh ti yat lı şəkildə, əsasən İ.Arqutinski vasitəsilə aparılırdı.
La kin, Ru siya agenti Y.Reyneqsin “rus qoşunlarının yürüşü nəticəsində
İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və erməni çarlığı-
nın bərpası” haqqında məlumat verən məlik Abova göndərmiş olduğu
məktubu Qarabağ xanının əlinə keçmiş,
154
bu zaman İbra him xəlil xan
yüksək diplomatik məharət göstərərək məliklərin xəya nətkar mövqeyini
sübuta yetirərək onların müqavimətini qıra bilmişdi.
1783-cü ilin baharında Rusiya ordusunun Cənubi Qafqaza yürüşü
haq qında xə bərlər yayıldı. Bu yürüşün başlıca olaraq Qarabağ xan lı ğı na
qarşı yönəlməsini ay dın dərk edən İbrahimxəlil xan siyasi manevr etmək
yo lu ilə xanlığa yaxınlaşan təh lü kəni dəf etmək üçün hə min il aprelin
6-da P.S. Pot yomkinə “Rusiya dövlətinin himayəsinə girmək” arzusunu
bil dirən mək tub göndərmişdi.
155
II Ye katerina İbrahimxəlil xanla bağlı
məsələnin həl lini bütünlükdə Q.A Pot yom kinə həvalə etmişdi. 1783-cü
il mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya ya zırdı: “əl ve riş li şərait
ya ra nan ki mi İbrahimxəlil xanı tabe edərək onun vila yə tini milli ha ki-
mi yyətə
Dostları ilə paylaş: |