28
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!
Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!
C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasında
məşhur
dialoqun – İsgəndərin kinayə dolu sözlərinin və Şeyx Nəsrullahın
cavab reaksiyasının ifadəli oxusu nəticəsində hər iki obrazın
xarakteri dərindən qavranılır.
Şe y x N ə s r u l l a h
(İskəndərə).
Cənabınız da bir mənsəb sahibisiniz ya
yox?
İ s k ə n d ə r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu
ağalardır.
(Heydər ağanı və Əliqulu bəyi göstərir).
Mən ancaq bu meyvələrin
içində itburnu gülüyəm.
Ə l i q u l u b ə y
(Heydər ağaya).
Yəqin genə keflidi.
Ş e y x N ə s r u l l a h
(İskəndərə).
Belə məlum olur ki, sizin dərsiniz bu
ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz.
İ s k ə n d ə r. Bəli, bəli, bunlar elm dəryasıdırlar. İndi də ki,
inşallah, siz
cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşalah!
Ş e y x N ə s r u l l a h
(hacılara).
Hacı Həsən ağa, təvəqqe edirəm bu
biədəbi buradan kənar edəsiniz! Bu mürtəd Allah-taalanın
hikmətinə istehza
eləyir
(Hacı Həsən və qeyriləri İskəndəri hədələyib,salırlar eşiyə).
H e y d ə r a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz
keflidir.
M i r B a ğ ı r a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır.
Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr.
Ş e y x Nəs r u l l a h
(çox ucadan).
Necə?
H a c ı K ə r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz.
M i r B a ğ ı r a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz
yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb,
çiçəklər açıb. Mən öz qulağımnan eşitmişəm.
Ş e y x Nə s r u l l a h
(durur ayağa).
Vaveyla, vaveyla!
(Adamlar hərəkətə
gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir).
Mən bu
vilayətdə qala bilmənəm!
Məktəblilərin
Dostları ilə paylaş: