184
***
Hər yerin öz gücü, öz qüdrəti var,
Bir ovuc torpağın min neməti var.
...Durma qonaq kimi
doğma elində,
Odur, görürsənmi, dağın belində
Təkcə bir ağac var – armud ağacı,
Onun yarpağıdır başımın tacı.
Onu mən basırdım öz əllərimlə-
Suvardım, bitirdim əməllərimlə
Onunla yanaşı bir şitil basır,
Qoyma gələn ilə, get bu il basır.
...Ana təbiəti
duyub dərindən,
Bu qoca dünyanın sirrini öyrən!
Üfüqlər al geysə,
şəfəqlər əlvan,
Yaxşı bax, seçə bil
rəngi boyadan,
Harda qırov durur, harda şeh durur,
Göyün qurşağında neçə zeh durur?
Nə zaman qar yağır, nə zaman dolu?
Nə zaman sel qopur, uçurur yolu?
***
...Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxar, buluddan şimşək!
Gətir ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar...
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Gətir, yollarına müntəzirəm mən!
Gətir, bu fürsəti vermə əlindən!
Ana yurdumuzun nəyi var gətir-
Məhəbbət, sədaqət, etibar gətir!
O.Sarıvəlli
Dostları ilə paylaş: