Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İzzət 
Büsbütün rədd edərsə? 
Orxan 
Qəm yemə, Orxan pək də aciz deyil. 
(Qarmonun səsi kəsilir) 


199 
Haydı, İzzət, susdu qarmon, sən çəkil! 
İzzət dörd-beş adım çəkilir. 
 
Orxan 
(Qayət hiddətli) 
İnan ki, alt-üst eylərim aləmi, 
İsmət Orxanı rədd edər, öyləmi?! 
Allah şahid, bana olmazsa dəmsaz, 
Bu topraqda ondan bir iz də qalmaz. 
Yaşar dağlar başında qartal kibi, 
Qoşar səhralarda bir maral kibi. 
Bəndən başqa bulunmaz bir ənisi... 
Zərər yoq, gəlsə gəlsin nişanlısı; 
Gəlsin Qanpolad, qarşı qoysun bana, 
İsmət ya qismətdir bana ya ona. 
Bu sırada İsmət dışarı çıqar. 
Orxan 
Aman, nə yosma qız! 
 
İzzət 
Ah!.. 
 
Orxan 
Çəkil, çəkil! 
(İzzət çəkilir, Orxan kəndi-kəndinə) 
Yazıq! Əsla qızın könlü şad deyil, 
Allah, Allah! Həm dalğın, həm də məhzun. 
Bir baqışda eylər insanı məcnun. 
(İsmətə doğru) 
Aman, yarəbb, İsmət, İsmət! 
 
İsmət 
(Orxanı görüncə heyrətlə) 
Ah, Orxan! 
Orxan 
Nə var, nə yoq? 
İsmət 
Çoq şükür, Qanpoladdan 
Bu gün bir məktub gəldi... 
Orxan 
Nerdə Səlma? 
İsmət
 
Qomşudadır, şimdi gəlir... 


200 
Orxan 
Pək ə’la, 
Fəqət niçin? 
İsmət 
Getmiş mollayı bulsun, 
Məktubu oqutsun, xatircəm olsun. 
Orxan 
Pəki, evdə kim var? 
İsmət 
Kimsə yoq... 
Orxan 
(Əlini İsmətin omuzuna qoyaraq) 
İsmət! 
Allah əsirgəsin, nədir bu halət? 
Bət-bənizin solmuş, çöhrən dəyişmiş, 
Qolay sanma, deyil bu sadə bir iş. 
İsmət 
(Geri çəkilərək) 
Əvət doğru, fəqət məraq, intizar 
Bir az sıqmış bəni... 
Orxan 
Qərib halın var! 
Qanpolad getsin qürbətdə sürünsün, 
Sən burda ancaq sol, qayğı çək, düşün! 
İsmət 
Lakin təhəmmüldən başqa çarə nə? 
Orxan 
Yazıq İsmət, yazıq!.. Sənin hüsnünə 
Bənim kibi binlərcə aşiq varkən... 
İsmət 
Ah, sus, Orxan, sus! 
Orxan 
Allahın sevərsən, 
Söylədiyim sözlər yalanmı? Söylə! 
Söylə, İsmət, yalanmı? Bir fikr eylə 
Bütün Dağıstanda var bir şöhrətim, 
Yüksək dağlardan böyükdür həşmətim, 
Hürmətim, izzətim, varım, sərvətim, 


201 
Nəslim, nəcabətim, gücüm, qüdrətim. 
Günəş kibi parlayorkən, fəqət bən 
Yalnız məftunum sana, ah, yalnız sən!.. 
İsmət 
Orxan! Yetər, yetər... 
Orxan 
İsmət, bir düşün! 
Səndən başqa bir düşüncəm yoq bu gün. 
Bütün qızlar əsir ikən eşqimə, 
Bən sənin eşqində batmışım qəmə. 
Səbrim tükənmiş, taqətim kəsilmiş, 
Huşum, əqlim uçmuş, uyqum çəkilmiş. 
Səndə əsla mərhəmət yoqmu? 
İsmət 
(Barmağındakı yüzüyü göstərərək, hiddətlə) 
 
Orxan 
İştə barmağımda gördüyün nişan 
Qanpoladdan bir yadigardır bana, 
Ömrüm olduqca bağlıyım bən ona. 
Orxan 
Bir yüzükdənmi eylərsən ihtiraz? 
İsmət 
Əvət, bu bir zəncir ki, hiç qırılmaz. 
Orxan 
İsmət, onun hiç bir mə’nası yoqdur, 
O bir boş xəyaldır, səni qorqudur. 
Yüzük, nişan yalnız gönüldür, gönül! 
Olma çocuq... Sən gəl bana ver gönül! 
Yarın atlanıb bu köydən çıqalım, 
Yigit kimsə, qarşı çıqsın baqalım. 
(Kəndi-kəndinə heyrətlə) 
Allah, Allah, yenə çatıldı qaşlar! 
Dəhşət verir qartalvari baqışlar! 
(İsmətə) 
Söylə, fikrin nədir? Cavab ver, İsmət! 
İsmət 
(Usanmış və sinirli bir halda) 
Artıq yetər, Allah için, çəkil get, 
Hürmətin, izzətin, varın, şöhrətin, 


202 
Nəslin, nəcabətin, gücün, qüdrətin 
Həp sənin olsun, get, çəkil get, Orxan! 
Bən ayrılmam o yoqsul Qanpoladdan. 
Bütün dünya alt-üst olub dağılsa, 
Ondan başqa sevdiyim yoqdur əsla! 
III 
Səlma 
(Gələrək, sevinc ilə) 
İsmət! Qızım, müjdəmi ver, müjdəmi! 
Bundan sonra gül, sevin, tərk et qəmi! 
Şükür, çoq şükür, sap-sağlam, könlü şad! 
Bu gün, yarın gəlmək üzrə Qanpolad. 
İsmət 
(Kəndisi) 
Allaha şükür!.. 
(Aşkar) 
Gəlmək üzrəmi? 
Səlma 
Hay, hay! 
Yazdığından bəs bəllidir ki, bir ay, 
Tamam bir ay tədarük etməkdədir; 
Çoq ehtimal var ki, bu aqşam gəlir. 
İsmət 
(Heyrətlə) 
Nasıl? 
Səlma 
Əvət, ya bu aqşam, ya sabah, 
Qavuşturur sizi o qadir Allah. 
(İsməti süzərək) 
Həm də yazmış ki, söylərsən İsmətə; 
Toy başlanmalıdır gəldiyim həftə! 
(İsmət utanıb başını aşağı dikər) 
Gəl, utanma, hifz etsin sizi Tanrım; 
Gəl, öpəyim səni, gəl, quzum, yavrum! 
(İsməti qucaqlayıb öpərək

Gül rəngin afət görməsin, solmasın! 
İsmət! Hiç bir günüm sənsiz olmasın! 
Gəl evə, elmasım! 



203 
İsmət 
Rüxsət versəniz 
Şimdi gedib evimizə söylərim tez, 
Yenə tez gəlirim; çünki anamgil 
Həp müntəzirdir, kimsə rahət degil. 
Səlma 
Pəki, quzum! Get söylə, anlat bütün; 
Qoy sevinsinlər, fəqət sən çabuq dön! 
Çünki evdə bir az hazırlıq görək. 
İsmət 
(Gedərək) 
Çoq gecikməm... 
Səlma 
Haydı get, parlaq çiçək! 
İsmət 
(Uzaqlaşaraq kəndi kəndinə) 
Ah, fəqət intiqam dilərsə Orxan, 
İsmət xoşbaxt ikən olur bağrı qan. 
(Göyə doğru) 
Ey bizi yoqdan yaradan bir Allah! 
Rəhm eylə, səndən başqa yoq bir pənah. 


204 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin