193
ifaçıdan böyük zəhmət və yaradıcılıq tələb edir.
Dramatik əsərdə
təsvir olunanların – obrazların xarakterinin, hərəkət və danışığının,
hadisələrin dinləyicilərin gözü qarşısında canlandırılmasına nail
olmaq üçün ifaçı öz təəssüratlarına,
təxəyyülünə əsaslanmaqla
əvvəlcədən hazırlıq işləri aparmalı, “fərdi oxu məşqləri” etməlidir.
Dramatik əsərlərin sinifdə oxunması mühüm əhəmiyyət kəsb
edir. Dramatik əsərlər irihəcmli olduğuna
görə əsərin bütövlükdə
müstəqil oxusu şagirdlərə əvvəlcədən ev tapşırığı kimi verilir.
Müəllim mətnin məzmununun mənimsənilməsinə həsr olunan
dərsdə dramatik əsərin ideya-məzmununun açılması baxımından
daha əhəmiyyətli parçaların oxusunu təşkil etməlidir. Oxudan əvvəl
müəllimin giriş sözü vasitəsilə şagirdlərdə əsər
barədə ilkin təsəvvür
yaradılması vacibdir.
Dramatik əsərlərin fərdi oxusu zamanı müəllimin şərhlərinə
ehtiyac duyulur. Lakin müəllim çalışmalıdır ki, ifadəli oxu zamanı
əsərin məzmununun başa düşülməsi baxımından zəruri saydığı
şərhlər oxunun yaratdığı təəssüratın bütövlüyünə, tamlığına
xələl
gətirməsin.
Dostları ilə paylaş: