Bilal Həsənli Nazilə Abdullazadə


Əsərin məzmunu üzrə suallar əsasında müsahibə aparılır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
Əsərin məzmunu üzrə suallar əsasında müsahibə aparılır, 
tapşırıq verilir. 
 
Əsərin əvvəlində Səlma ana ilə İsmət nə barədə söhbət edir? 
1.
Orxan kimdir? İzzət ilə söhbət zamanı onun hansı niyyəti 
məlum olur? 
2.
Orxanın məqsədini bilən İsmət necə hərəkət edir? 
3.
Səlim İsmətdən məsələni öyrənəndə nə qərara gəlir? 
4.
Oxuduğunuz parçalardan seçdiyiniz hissəyə ad verin, məz-
mununu tərtib etdiyiniz plan əsasında yığcam nağıl etməyə hazır-
laşın. 
Məzmun üzrə işə həsr olunmuş növbəti dərsdə əsərin ardının 
(seçilmiş parçaların) oxusu davam etdirilir, oxunmuş hissədə tanış 
olmayan sözlərin mənasının aydınlaşdırılması üzrə iş aparılır.
Yeni oxunmuş hissənin məzmununun mənimsənilməsi səviy-


195 
yəsi müsahibə vasitəsilə aşkara çıxarılır: 
1.
Yaralı Qanpolad öz qatili haqqında nə deyir? 
2.
Muradın imdad istədiyini görən Səlma nə edir? 
3.
Səlmanın kim olduğunu bilən Murad nə etmək istəyir?
4.
Əsərin sonunda Səlma kimlərə müraciət edir? O, müra-
ciətində nə deyir? 
Əsərin təhlilinə həsr olunmuş dərsdə kiçik qruplar aşağıdakı 
sual və tapşırıqlar üzrə təqdimat hazırlayır. 
1.
Səlma ananın nitqinə, xasiyyətinə, yazıçının münasibətinə 
əsaslanmaqla səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirin. 
2.
Qanpoladın qan tökməmək, qatildən qisas almamaq fikrinə 
necə münasibət bəsləyirsiniz? Onu səciyyələndirən başlıca cəhətləri 
göstərin. 
3.
İsmət obrazının səciyyəvi cəhətləri hansılardır? Fikrinizi 
nümunələrlə əsaslandırın. 
4.
Orxanın xasiyyətində hansı cəhətlər diqqəti cəlb edir? 
Fikrinizi onun nitqinə, əməllərinə əsaslanmaqla aydınlaşdırın. 
5.
Murad obrazı haqqında nə düşünürsünüz? Onun öz hərə-
kətindən peşman olması nə ilə əlaqədardır?
6.
Cavid bu əsəri nə üçün dram adlandırmışdır? Əsərdə dram 
janrına xas olan hansı xüsusiyyətləri göstərə bilərsiniz? 
7.
Dramın mövzusunu və onda qaldırılmış başlıca problemi 
müəyyənləşdirin. Çıxardığınız nəticəyə əsasən cədvəldə qeydlər 
edin. 
8.
Dramın məzmunu ilə səsləşən atalar sözlərini seçib 
dəftərinizə yazın. 
-
Ana haqqı, tanrı haqqı. 
-
Anası namaz üstə imiş. 
-
Qanı qanla yumazlar. 
-
Ana ürəyi- dağ çiçəyi. 
-
Ana evin dirəyidir. 
-
Ana səbri böyükdür. 
-
Qanlıyam, qapından girmişəm. 
9.
Əsərdəki başılıca fikir nədir? Fikrinizi əsaslandırın. 
10.
H.Cavidin aşağıdakı misralarından çıxış edərək əsərin 
müasir dövr üçün əhəmiyyətini izah edin. 


196 
-
Kəssə hər kim tökülən qan izini, 
Qurtaran dahi odur yer üzünü. 
-
Mənim tanrım gözəllikdir, sevgidir! 
Dramın məzmunu, obrazların səciyyəsi, konflikti, başlıca 
problemi, ideyası, bədii xüsusiyyətləri aydınlaşdırıldıqdan sonra, 
qruplara əsərdən ayrı-ayrı parçaların ifadəli oxusuna hazırlaşmaq 
(

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin