Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə121/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
IV 
Zəng bayıra vurulanda Aslan müəllim işarə ilə məni çağırdı. Biz birlikdə 
bağçaya endik. Heç bir söz danışmadan yasəmən ağacının yanına gəldik. İndi 
onun yerində başı hamar kəsilmiş bir kötük qalmışdı.
Aslan müəllim bir neçə saniyə ağaca baxdıqdan sonra mənə tərəf döndü və 
dedi: 
– Biz dünyaya, onu daha da gözəlləşdirmək üçün gəlmişik. Biz onun 
gözəlliklərini məhv etmək üçün doğulmamışıq! 
Mən onun üzünə baxmadan: 
– Məni bağışla, müəllim, – dedim. 
... Gələn bahar yasəmən ağacının kötüyündən yeni pöhrələr qalxdı. Mən indi 
həmin pöhrələrə sevə-sevə qulluq edir, onları qoruyuram. Axı, doğrudan da, biz 
dünyanın gözəlliklərini məhv etmək üçün yox, daha da gözəlləşdirmək üçün 
doğulmuşuq!.. 
 İ. Əfəndiyev 
KÖÇ 

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.
Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa 
gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: 
“Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi. 
Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay 
içər-içməz pilləkənləri gup-gup başıaşağı endim. Öküz arabası qapımızın ağzında 
durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. Ailəmizin 
hamısı aşağıda idi. Hətta “Mərmər” adlı ağ pişiyimi, sarı, iri tüklü toyuğumu 
cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Sevinirdim... Hamımız arabaya 
doluşduq. Salman kişi də arabanın boynuna oturdu. Araba hərəkət etməyə 
başladı. Atam da ata minib, yanımızca gəlirdi. Şəhərin iri, geniş küçələri ilə 
gedirdik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli 
mağazalar... 
Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şəfəqi bürüyən qırmızılıqdan 
üfüqlərdə dağ silsiləsi kimi görünən buludlar əlvan rəngə boyanırdı. 
Şəhərin səsli, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq. 
Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi. 
II 
Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti var. Səhərlərə məxsus olan 
nəsimdən arabir yarpaqlar qımıldanır, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, 
yumşaq otlar, çicəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış 


213 
quşcuğazlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, 
təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı lövhələr 
açılır. İri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından 
yuxarı qalxdıqca təbiət və hava başqalaşır, insan ürəkdolusu nəfəs alır. Yumşaq 
otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu.
Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini 
qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha 
böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. 
Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. 
Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq 
yetişmişdik.
Arabamız bir alaçığın ağzında durdu. Yerə endik... Bizi keçədən qayrılmış 
bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar. 
III 
Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi 
düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini 
anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb 
durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm. Atam da 
alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi. 
O gün hava çox isti idi. 
Az sonra atam Kərim babadan soruşdu: 
– Ay Kərim, bizim alaçıq üçün çubuq hazırlamısanmı? 
Kərim baba soyuq bir halda: 
– Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə 
xəbər? – dedi. 
Atam: 
– Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır, – dedi. 
Kərim baba sakitcə: 
– Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimdə o nə 
çətin işdir?! 
Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq, 
atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza 
köçdük. 
IV 
Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar 
qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən 
yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, 
dağ çiçəklərinin, cökə ağaclarının rayihəsi, qoruqlarda, tarlalarda biçilmiş təzə 
otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütubət qoxusu, bulaqların 
şırıltısı, quşların ötüşməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə 
qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən 
ölgün kimi görünən təbiət birdən-birə canlanırdı, hər şeydə bir yenilik, bir təravət 


214 
görünürdü. Bundan böyük məşğələ nə ola bilərdi?! Dəyənəyi əlimə alıb, obaya 
gedirdim. Analarını əmməsinlər deyə quzuları bir ağıla doldururdular. Mən kənd 
uşaqları ilə ağıla atılıb o şux quzularla doyunca oynar, onlarla bərabər atılıb-
düşərdim.
Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən ana-bala mələşə-
mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar 
ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmərdilər.
Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin 
hürüşməsi,uşaqların bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi, 
çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst 
sandığım məişəti xoşuma gələrdi. Hətta o bəxtiyar bildiyim insanlara qibtə 
edərək, “bu açıq, geniş obalarda, bu gözəl yamaclarda çoban olmaq, pisdirmi?” – 
deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bir təpədə oturardıq. 
Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən dadlı-
dadlı söhbət edərdilər. 
A. Şaiq

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin