194
Dramatik əsərlərin ifadəli oxusu üzrə dərs nümunəsi
H.Cavidin “Ana” əsərinin ifadəli oxusuna hazırlıq əsərin məz-
mununun mənimsədilməsi üzrə işlə başlayır. Müəllimin tapşırığı ilə
çagirdlər əsəri əvvəlcədən evdə oxuyurlar. İlk dərsdə müəllimin
giriş sözü və ya müsahibəsi aparılır.
Müsahibə zamanı şagirdlərə xatırladılır ki, ana haqqında xeyli
əsər yazılmış, mahnılar bəstələnmiş, rəsm əsərləri yaradılmış, film-
lər çəkilmişdir.
Bu mövzuda Xaqani, M.Müşfiq, C.Cabbarlı,
S.Vurğun kimi sənətkarlarımızın şeirləri dillər əzbəridir.
1909-cu ildə yazılmış “Ana” dramı Hüseyn Cavidin ilk səhnə
əsəridir. Yaradıcılığının ilk dövrlərindən başlayaraq,
cəmiyyətdə
mövcud olan problemlər dramaturqu düşündürmüş, o, insanların
qarşılaşdığı haqsızlıq, ədalətsizliyi, onların həyatını
zəhərə dön-
dərən mənfilikləri tənqid etmişdir.
“Ana” dramında sənətkarın insanpərvərlik duyğularının bədii
əksi diqqəti cəlb edir. Sənətkar əsərdə ağır bir faciə ilə üzləşən
ananı xeyirxahlığın, insanpərvərliyin, əmin-amanlığın simvolu kimi
təqdim edir.
Əsərin I hissəsinin oxusu təşkil edilir. Tanış olmayan sözlərin
mətnə müvafiq mənasının aydınlaşdırılır.
Dostları ilə paylaş: