Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə110/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
 
 


189 
DRAMATİK ƏSƏRLƏRİN İFADƏLİ OXUSU 
 
Dramatik növə aid əsərlər bir sıra xüsusiyyətləri ilə lirik və epik 
növün janrlarından fərqlənir. “Dram olmuş bir hadisəni hal-hazırda 
oxucu və ya tamaşaçının gözü önündə cərəyan edirmiş kimi 
göstərməkdən ibarətdir. Dram eposla lirikanın birləşməsindən ibarət 
olmaqla bərabər, ayrılıqda nə o, nə də bu olmayıb, xüsusi və üzvi 
bir tamdır.”
1
Görkəmli alim Əli Sultanlının bu ədəbi növlə bağlı tədqiqat-
larını elmi təhlil mədəniyyətinin ən yaxşı nümunələrindən sayan 
Y.Qarayev yazırdı ki, o, dram əsərini roman kimi, poema kimi yox, 
məhz dram əsəri kimi təhlil edirdi və bu təhlil öz xüsusiyyətləri ilə 
ayrıca, müstəqil təhlil janrı kimi ədəbi təhlilin bütün başqa 
janrlarından və üsullarından seçilirdi.
2
Ədəbi növ və janrlar arasında fərqlər onların tədrisi metodika-
sında, o cümlədən oxusunda da tapır. Dramatik əsərlərin oxusu za-
manı bu ədəbi növün janrlarının – komediya, faciə, dramın xüsusiy-
yətləri nəzərə alınmalıdır. Dramatik əsərlər səhnədə oynanılmaq 
üçün nəzərdə tutulur və monoloq, dialoqlar şəklində yazılır. Bu 
əsərlərdə müəllifin mövqeyi lirik, epik əsərlərə nisbətən daha çox 
gizlidir. Burada tərənnüm, təhkiyə deyil, qəhrəmanların hərəkəti və 
danışığı əsas yer tutur.Dramatik əsərlərdə qəhrəmanların xarakteri 
ictimai məzmunlu konflikt, kəskin toqquşma, gərgin mübarizə şə-
raitində açılır. 
Dramatik əsərdə bədii şərtilik güclüdür. Odur ki, süjet xəttinə, 
qəhrəmanların nitqinə, jest və mimikalarına, hərəkət motivlərinə
xüsusi diqqət yetirilməlidir. Hadisələrin baş verdiyi mühit, məkan 
haqqında remarka və qəhrəmanların nitqi vasitəsilə məlumat verilir. 
Odur ki, oxucu hadisələrin baş verdiyi məkanı, əşya və təbiət 
təsvirlərini, qəhrəmanların portretini müəyyən detallar, eyhamlar, 
sözlər, ifadələr əsasında öz təxəyyülündə canlandırmalı, tamaşaçı 
müəllifin niyyətini remarka, dialoq, monoloq, replikalar vasitəsilə 
1
Belinski V.Q. Seçilmiş məqalələr.Bakı : Uşaqgəncnəşr, 1948, s. 67. 
2
Bax: Y.Qarayevin “Əli Sultanlı” məqaləsi. “Fikrin karvanı”, Bakı: Yazıçı, 1984, 
s.228 


190 
başa düşməyə çalışmalıdır. 
Dram əsərlərinin dili bir sıra xüsusiyyətləri – dəqiq və canl 
olması, qısa mükalimələrə, danışıq dilinə geniş yer verilməsi ilə 
epik və lirik əsərlərin dilindən fərqlənir. Bütün bunlar dramatik 
əsərlərin oxusunun özünəməxsus xüsusiyyətlərinin olduğunu, oxu 
prosesində ifaçın üçün çətinliklərin mövcudluğunu göstərir.
Dramatik əsərlərin ifadəli oxusuna hazırlıq zamanı giriş 
məşğələləri - giriş sözü, nüsahibə keçirilməli, əsər barədə yığcam 
məlumat verilməli, təsvir edilən dövrü, mühiti səciyyələndirməli, 
tarixi məlumatı çatdırılmalıdır.
İrihəcmli epik əsərlər kimi, dramatik əsərlər də müəllimin tapşı-
rığı ilə dərsə qədər oxunur. Əsərin müstəqil oxusundan sonra ilkin 
qavranılma səviyyəsini üzə çıxarmaq üçün şagirdlərə suallarla 
müraciət edilir: 
1.
Əsərdə nə xoşunuza gəlir? 
2.
Əsərin adını necə başa düşürsünüz? 
3.
Əsərin əsas qəhrəmanları kimlərdir? Onda haqqında nə deyə 
bilərsiniz? 
4.
Əsərdə hansı səhnə sizə daha çox təsir etdi? 
Əsərin sinifdə rollar üzrə oxusu, səhnələşdirmələr çox əhəmiy-
yətlidir. Bəzən müəllim ilk pərdəni oxuyur, sonrakı hissələri şagird-
lər rollar üzrə oxuyur, tanış olmayan sözlərin mənası aydınlaş-
dırırlır. 
Əsərdə hadisələrin inkişafının əsasında qəhrəmanların mübari-
zəsində öz əksini tapan həyati konflikt durur. “...Konflikt dram əsə-
rinin canı deməkdir. Dram konfliktlə başlayır və bitir. Konflikt 
dramın bütün bədii toxumasına və orqanizminə qan dağıdan bir 
ürəkdir.”
1
Əsərin süjeti və kompozisiyası konfliktlə bağlıdır. Dramatik 
əsərdə insan elə vəziyyətlərdə təsvir edilir ki, o, bütün qüvvəsini sə-
fərbər etməli, gərgin fəaliyyət göstərməli olur. Bu xüsusiyyətlər 
müzakirə zamanı nəzərə alınmalı, təhlilə konfliktin müəyyənləş-
dirilməsindən və onun inkişafının izlənilməsindən başlanılmalıdır. 
1
Bax: Y.Qarayevin “Əli Sultanlı” məqaləsi. “Fikrin karvanı”, Bakı: Yazıçı, 
1984, s.228 


191 
Təhlil zamanı konfliktin məğzi şagirdlərə aydın olmalı, onlar qəhrə-
manları səciyyələndirməli, əsərin müasir dövr üçün əhəmiyyətini 
dərk etməlidir.
Qəhrəmanların xarakteri hadisələrin gedişində, onların əməllə-
rində, nitqində üzə çıxır. Qəhrəmanın bədii portreti, özü haqqında 
dedikləri, digər obrazların söylədikləri onun haqqında dolğun təsəv-
vür yaranmasına kömək edir. Qəhrəmanın nitqi onun daxili aləmini, 
düşüncə tərzini, dünyagörüşünü başa düşməyə imkan verir. Məsə-
lən, N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində ilk pərdədə Rüs-
təm bəyin monoloqu onu bir insan kimi səciyyələndirir, xarakteri, 
əməlləri, gələcəkdə törədəcəyi faciələr haqqında təsəvvür yaradır:
“İndiyə kimi tamam ömrümdə düşmən qabağından qaçmamışam, həmişə və 
hər yerdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı, heç kimdən qorxmamı-
şam... mən haman Rüstəməm ki, topdağıtmaz Cümşüd bəyin evini xaraba qoy-
dum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdunu xaraba qoydum, 
tar-mar elədim, evinə od vurdum, külün havaya sovurdum...İndi mən bir ağzından 
süd iyi gələn bir cavandan qorxacağam? 
(Durur ayağa)
Bir at görməmiş, tüfəng 
əlinə almamış övrət sifətdə uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi-zəmanə? 
Heç vaxt.
(təbəssümlə)
Hmm, görək Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq 
ki, əli qılınclı, qabağımda dovşan tazı qabağından qaçan kimi vazıyırdı. 
Özün öldürtdüm, qızın güclə oğluma gətirtdim, qardaşların bu vilayətdən 
itirdim... İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxart-
sın və mənim oğlum Rəşid bəy kimi oğulun qanı yerdə qalsın? O, mən deyiləm 
(Uzun səktə, çağırır)
Əhməd, Vəli!.. Hərgah onu atası yoluna göndərməsəm, bu 
papaq mənə övrət ləçəyi olsun... 
(Əlin vurur başına).
Bir tək Fəxrəddin oğlum 
Rəşidin qanına layiq ola bilər... Mən gərək o evi xaraba qoyam!..”
Dərsdə xarakter, həyat mövqeyi etibarilə bir-birinin ziddini 
təşkil edən Rüstəm bəy və Fəxrəddin obrazlarının qarşılaşdırılması, 
müqayisəli təhlili əsərdəki konfliktin daha dolğun dərk edilməsinə 
səbəb olur. Bu məqsədlə Rüstəm bəyin monoloqu ilə Avropada ali 
təhsil alıb vətənə xidmət etmək üçün qayıdan Fəxrəddinin arzu-
larından bəhs edən monoloqunun müqayisəsi faydalıdır. 
Məktəb və xəstəxananın açılmasından sevinən Fəxrəddin öz-
özünə deyir:
“Allah qoysa, bir üç-dörd ilin ərzində bağ hazır olar və onun mədaxili 
məktəbxanaya kifayət edər, məndən artıq xərc istəməz... sonra ... Səadət xanım 
qolları çirməkli, dəstə haçar belində gecə-gündüz əlləşməkdə, cənab Fəxrəddin 
bəy də özü həmi bağban, həmi dirrikçi, həm məktəbdə müəllim, pis ömür deyil, 


192 
hərgah qəza bivəfalıq etməsə...” 
Fəxrəddin obrazı təhlil edilərkən, onun dediyi “Bədbəxt müsəl-
man, şəriətdən bixəbər, avam müsəlman”, “Heyf sənə, gözəl şəriət! 
Heyf sənə gözəl islam”, “Qəribə müsibətdir, müsibəti-müsəlmanan! 
Vəhşilik, elmsizlik, nadanlıq!” sözlərinə də münasibət bildirilir. 
Digər obrazların, eləcə də dramatik mübarizə xəttinin, süjetin 
mərhələlərinin təhlili şagirdlərdə əsərin dramatik konfliktinin bir-
birinə zidd olan iki qüvvənin – yenilik, maarif, mədəniyyəti təmsil 
edən Fəxrəddinlə nadanlığı, cəhaləti, köhnəlmiş adət-ənənələri təm-
sil edən Rüstəm bəyin kəskin mübarizəsi əsasında qurulması, tərəq-
qipərvər qüvvələrin qələbəsinə inamın, ümid hissinin öz əksini 
tapması qənaətinə gətirir. 
Dərsdə dramatik əsərlərlə bağlı bir sıra ədəbi-nəzəri anlayış-
ların mənimsənilməsi üzrə (dram, komediya, faciə, monoloq, dia-
loq, səhnə, şəkil, pərdə, remarka və s.) iş aparılmalıdır. Yekunlaşdı-
rıcı dərsdə dramatik əsər üzrə mənimsənilmiş biliklər ümumiləşdiri-
lir, nəticə çıxarılır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin