251
çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapan-
çasını, xəncərini,qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.
Tükəz.
A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?
Hacı Qara.
Səfərim var, yola çıxacağam!
Tükəz.
De görüm, hara gedəcəksən?
Hacı Qara.
Sənə deməli deyil!
Tükəz.
Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən.
Hacı Qara.
Elə, bir elə zaddır!
Tükəz
. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına,
malını sat!
(Yaraqları yığışdırır).
Hacı Qara.
Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər!
Qoymazsan başımın çarəsini görüm?
Dostları ilə paylaş: