Əsgər bəy. Bu xeyri yetirən Heydər bəydir.
(İşarə edir Heydər bəyə). Hacı Qara. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan
doldurummu, ağrın mənə gəlsin!
Heydər bəy. Tənbəki yoxdur, nədən dolduracaqsan?
Hacı Qara. Torbada var. Sən təki qəlyan çək.
(Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir,uzun çevirir Əsgər bəyə). Di söylə görüm, neçə yetirəcək?
Əsgər bəy. Hacı, bu qədər mal ki, bura tökübsən, heç bir quruş bundan
qazanc varmı?
Hacı Qara. Nə bilim varmı, yoxmu, sözünü de!
Əsgər bəy . Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?
Hacı Qara. Bəli, deyirlər ki, qoçaq adamdır!
Əsgər bəy. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxu-
sundan qanad salır!
Hacı Qara. Bu zəmanədə çox qoçaqlıqdan isə ağrın alım, adamın cibi pul
ilə dolu olsa yaxşıdır.
Əsgər bəy. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi
firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit,
burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma
göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir?
Hacı Qara. Xeyr, bilmirəm!
Əsgər bəy. Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrük-
xana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına
cəkə bilmir.
Hacı Qara. Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına
səkəsiniz?
Əsgər bəy . Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər
bəy ki, bizim yanımızda ola, qaravul, yasavul bizə nə eyliyə bilər!
Hacı Qara. Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar mənə nə
eliyəcək? Mən Allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm.
Doğrusu, kazaklardan çox xəta var!