258
Praktik sual və tapşırıqlar
33.
Mətnin üzərində şərti işarələr qoyun, ifadəli oxu qaydasını izah edin.
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
34. Mətndə fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirib şərti
işarələrlə göstərin. Şeirin bütövlükdə oxu qaydasını izah edin və ifadəli
oxuyun.
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Hər ölkəyə, hər elə
Olsun hörmət deyirəm,
Vətənimdir vətənim
İlk məhəbbət deyirəm.
Onun şöhrət tacıdır
Şeir –sənət deyirəm,
Mən Vətənə Füzuli
Abbas Səhhət deyirəm.
Mən Vətənə Üzeyir,
Müşfiq, Səməd deyirəm.
Günəş kimi müqəddəs
Bir həqiqət deyirəm
Azərbaycan deyəndə.
35. Mətni bədii nağıletmənin tələblərinə uyğun danışın.
Günlərin bir günü Loğman ilə şagirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər.
Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şagirdini bazara göndərdi ki,
259
çörək, yağ, şor alıb gətirsin.Şagirdi bazara gedib yağın qiymətini xəbər aldı.
Ona dedilər:
-
Batmanı yüz dinardı.
Soruşdu:
-
Çörək neçəyədi?
Dedilər:
- Onun da batmanı yüz dinar.
Soruşdu:
-
Bəs şoru neçəyə verirsiniz?
Dedilər:
- Batmanı yüz dinara.
Şagird bazarda nəyin qiymətini soruşdu, “yüz dinardır” - dedilər. O sevinə-
sevinə ustanın yanına gəlib dedi:
-
Nə yaxşı şəhərə gəlmişik. Yüz dinardan baha qiymət yoxdu.
Loğman diqqətlə şagirdə qulaq asıb dedi:
- Elə isə, burda qalmaq olmaz, tez çıxıb getməliyik.
Şagirdi dedi:
-
Nə üçün?
Loğman dedi:
-
Bir yerdə ki, yağla şora fərq qoyulmadı, orda yaşamaq məsləhət deyil.
36. Mətnin oxu qaydasını izah edin və ifadəli oxuyun. Şərti işarələrdən istifadə
edin.
- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
-
Can nənə, de birini də.
-
Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.
-
Qar yağırmı?
-
Elə yağır... sazaq qılınc tək kəsir...
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək
Nənə yığır düyünçəyə iynəsini, sapını,
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur... amma yuxu getmir gözünə.
-
Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
-
Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur.
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonangözlərini zilləyərək divara,
260
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayir yastığı..
37. Mətni müxtəlif tempdə (aramla, orta, sürətlə) oxuyun, hansı tempin müvafiq
olduğunu müəyyənləşdirin.
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı,
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
Durnagözlü bulaqların,
Cənnət kimi yaylaqların,
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
38. Aşağıdakı nümunənin mətnaltı mənasını, ifaçının vəzifəsini, oxuda intona-
siyanın almalı olduğu çalarları müəyyənləşdirib müvafiq qaydada yazın.
Birinci beytdə şərti işarələri qoyun. Mətni ifadəli oxuyun.
Bir uçaydım bu çırpınan yelinən,
Bağlasaydım dağdan aşan selinən,
Ağlasaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Heydərbaba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Heydərbaba, sənin könlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə: mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
39. Dastandan verilən parçanın məzmununu bədii nağıletmənin tələblərinə uyğun
olaraq danışın.
Deyirlər ki, bu dəfə Koroğlunun yolu Naxçıvan şəhərinə düşdü. Şəhəri sağa
gəzdi, sola gəzdi, axırda bazarın lap qurtaracağında bir nalbənd dükanının
qabağında atı saxladı.
261
Nalbənd müştərini görcək tez ayağa durdu. Hazır nalları tökdü ortalığa ki,
bəyəndiyini seçsin. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. Deyirlər ki,
Koroğlunun hər şəhərdə, hər kənddə bir neçə dostu olardı. Burada da nalbəndlə
dost olmaq fikrinə düşdü. İşin əvvəlinə zarafatla başladı. Nalları bircə-bircə alıb,
baxmaq bəhanəsilə əzişdirib kişiyə qaytardı ki:
– Canım, bunlar ki, əzik-üzük parçalardır. Əməlli-başlı nal gətir!
Kişi bir altdan-yuxarı müştəriyə baxdı, heç bir söz demədi, təzədən Qıratın
ayağını ölçüb, dörd dənə yaxşı nal kəsdi. Elə ki, nallar hazır oldu, kişi yaxınlaşdı
ki, atı nallasın.
Qıratın ayağını Koroğludan başqa heç kəs yerdən qaldıra bilməzdi. Odur ki,
özü qollarını çirmədi. Atın qabaqca sağ əlini, sonra da sol əlini qaldırdı. Bəli, atın
əlləri nallandı, növbə dal ayaqlarına gələndə Qırat başladı bədnallıq eləməyə.
Koroğlu nə qədər əlləşdisə atın ayaqlarını saxlaya bilmədi ki, bilmədi. Bunlar
burada əlləşməkdə olsunlar, indi sənə kimdən deyim nalbəndin oğlundan.
Nalbəndin yeniyetmə, cavan bir oğlu var idi. Xırdalığından uşaqlar adını
Dəmirçioğlu qoymuşdular. Necə deyərlər, Dəmirçioğlu illə, ayla yox, günlə,
saatla böyümüşdü. Elə qollu-qüvvətli, boylu-buxunlu bir igid olmuşdu ki, bir
baxan deyirdi bir də baxım.
Koroğlu Qıratı nalbəndin qabağına çəkəndə Dəmirçioğlu dükanın içində idi.
Baxdı ki, atasının yanına bir müştəri gəlib, paltarından çodara oxşayır, amma sir-
sifəti lap pəhləvan sifətidir. Dəmirçioğlunun müştəriyə quşu qondu. Amma elə ki,
Koroğlu başladı nalbəndlə zarafat eləməyə, nalları əzib geri qaytarmağa, Dəmir-
çioğluna xoş gəlmədi. Bir istədi ki, çıxıb onun cavabını versin, sonra “lənət şey-
tana” deyib gözlədi ki, işin axırı nə olur.
Qıratın şıltağı axırda o yerə çatdı ki, çəkic nalbəndin barmağına dəyib yara-
ladı. Dəmirçioğlu day bu yerdə özünü saxlaya bilmədi. Bir tərəfdən hirslənmişdi,
bir tərəfdən də Koroğlunun atı saxlaya bilməməyi ona ləzzət verirdi. Yavaşca
dükandan çıxdı. Səssiz-səmirsiz onlara yaxınlaşdı. Koroğlunu bir tərəfə itələyib,
atın dal ayaqlarının ikisini də yerindən götürdü. At ha çapaladı, ha partladı, ayaq-
larını Dəmirçioğlunun əlindən qurtara bilmədi. Axırda yorulub dayandı. Dəmir-
çioğlu bir altdan yuxarı Koroğluya baxdı, dedi:
– Bu boyda adam bir atın ayaqlarını da yerdən qaldıra bilmirsən. Ata, gəl
nalla!
Koroğlu bir ona baxdı, bir Qırata baxdı, heç bir söz demədi. Amma onun bu
gücünə, bu qüvvətinə məəttəl qalmışdı.
Qərəz, nalbənd Qıratın dal ayaqlarını da nallayıb qurtardı. Koroğlu əlini ci-
binə salıb pul çıxartdı. Dəmirçioğlu pulları alıb, Koroğlu nallara baxan kimi o ya-
na çevirdi, bu yana çevirdi, əlində mum kimi əzib Koroğlunun özünə qaytardı ki:
– Verirsən əməlli-başlı pul ver, bu əzik-üzükləri niyə bizə verirsən.
Koroğlu alıb pula baxdı, gördü, doğrudan da, əzilib əriyə dönüb. Cibindən
bir qədər də pul çıxarıb verdi. Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının
arasında elə sürtdü ki, sikkələri pozuldu. Sonra Koroğlunun üstünə tulladı ki:
– Mənə qəlp pul lazım deyil. Al saxla, özünə gərək olar.
262
Koroğlu məsələni başa düşdü. Bildi ki, hərif meydan oxuyur. Heç bir söz
deməyib bu dəfə pulu nalbəndin özünə verdi, Qıratı minib yola düşdü. Amma
fikir onu götürmüşdü. Bilmirdi necə eləsin ki, Dəmirçioğlunu Çənlibelə gətirib
dəlilərin içinə qatsın. Bu fikir-xəyal ilə gəlib Çənlibelə çatdı. Dəlilər onun qaba-
ğına çıxdılar. Baxdılar ki, Koroğlunun kefi üstündə deyil. Elə bil ki, dünyanın
bütün dərdi-qəmi ona qalıb. Amma nə qədər soruşdularsa, Koroğlu heç bir söz
demədi.
40. Şərti işarələrdən istifadə etməklə, şeiri ifadəli oxuyun.
Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!
Özünü bu dünyada heç kim qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü,
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat, sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.
…Cürbəcür yazılar var ömrün varaqlarında…
Həyatımın qayğısız, fərəhli çağlarında
Qədrini bilməmişəm.
Hələ nə var ki…”ömrüm qabaqdadfır”- demişəm.
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.
Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!
41. Aşağıdakı nümunənin mətnaltı mənasını, oxusunda həyata keçirilməli olan
vəzifəni (ifaçılıq vəzifəsini) müəyyənləşdirin.
Duz basdılar yarana,
Layla, Xocalım, layla.
Düşdün gülləbarana
Layla, Xocalım, layla.
Namərdi kim çağırdı,
Göydən ölüm yağırdı.
Dilnən demək ağırdı,
Layla, Xocalım, layla.
263
Daş üstə daşmı qaldı,
Salamat başmı qaldı.
Gözümdə yaşmı qaldı,
Layla, Xocalım, layla.
Dərdin kimi acı yox,
Ağrı var, əlacı yox.
Ağlamağa bacı yox,
Layla, Xocalım, layla.
42. Şərti işarələrdən istifadə etməklə, ifaçılıq vəzifəsini, intonasiya çalarlarını
müəyyənləşdirməklə şeiri ifadəli oxuyun.
Yüksək dilək, ay dilək,
Aydın dilək “ay” dilək,
Yolçuyuz, yol üstünə, –
İşığını yay, dilək.
Parlaq dilək, ay dilək,
Gözlərdən də bay dilək.
Sansız işıqlarından
Millət alır pay, dilək.
Bu ağır yük çəkilməz,
Şu acılar içilməz.
Sənsiz, a parlaq dilək,
Qaranlıqlar keçilməz.
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır.
43. Şeiri ifaçılıq vəzifələrini, fasilələrin yerini, intonasiyamnı müəyyənləş-
dirməklə ifadəli oxuyun. Şərti işarələrdən istifadə edin.
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
264
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq,
Ayağını şappıldadır oxuyaraq.
...Yağ, yağışım, yağ sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ, ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
44. Aşağıdakı mətnin oxusunda hansı ifa tipindən (deklamativ – ritorik, avazla,
danışıq) istifadənin məqsədəuyğun olduğunu müəyyənləşdirin.
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
45. Əruz vəzninin rəməl bəhrində (FA’ilAtün Fə’ilAtün fə’ilün) olan nümu-
nənin ifadəli oxuyun. (Cədvəldən və şərti işarələrdən istifadə edin.)
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətəmnim nəşvü nüma.
Vətənim verdi mənə nanü nəmək,
Vətəni, məncə, unutmaq nə demək?!
265
Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim dolanıb qanım olub,
O mənim sevgili cananım olub,
Saxlaram gözlərim üstə onu mən.
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz.
Naxələflər ona qurban olmaz.
Vətən - əcdadımızın mədfənidir.
Vətən - övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz;
Olsa, ol şəxsdə vicdan olmaz.
46. Cümlədəki məntiqi vurğulu sözləri müəyyənləşdirin, hansı qaydaları əsas
götürdüyünüzü izah edin.
I
... Necə rəhmlidir, necə amansız,
Dostları ilə paylaş: |