2.Util qazan ile buxar qazaninin birge isleme qurulusu haqqinda.
Gəmilərin hərəkət rejimində util qazanlar tam və ya qismən köməkçi
qazanları əvəz edirlər.Util qazanlarda da köməkçi qazanlar kimi od borulu,su
borulu və yaxud qarışıq olmaqla yanaşı təbii və süni sirkulasiya ilə işləyən
qazanlardırlar.
Od borulu util qazanlarda konstruksiyasına görə elə olurlar ki, (bax şək.58)
burada ocağa yanacaq deyil,işlənmiş qazlar verilir.(Kamera isə tüstü kamerası
adlanır).Belə konstruksiyalı util qazanlar xarici donanmalarda geniş
yayılmışdır.Bu tip qazanlarda süni(məcburi) sirkulasiya ilə su boruların
ətrafında hərəkət edir və qızır.
Su borulu util qazanlarında suyun sirkulasiyası məcburi olmaqla
yanaşı,onların ölçüləri kiçik,yığcam,istilik ötürmə səthi 15μ2
silindrik və yaxud oturacaqlı şəklində olurlar.Hal – hazırda donanmada belə
util qazanlar geniş yayılmışdır.Bu qazanların istilik ötürmə səthləri spiralvarı
olur və seksiyalardan ibarətdirlər(bax şək.330) Son illərdə belə qazanlar
demək olar ki,heç bir prinsipial dəyişikliyə məruz qalmayıblar.
və çox,özləri kicik istilik oturme sethi 15ve cox ozleri silindrik ve yaxud Gemilerin hereket rejiminde
util qazanlar tam ve y a qismen komekci qazanlari evez edirler.Util qazanlarda da komekci
qazanlar kimi odborulu suborulu ve yaxud qarisiq olmaqla yanasi tebii ve suni sirkulyasiya
ile isleyen qazanlardirlar.su borulu util qazanlarda suyun sirkulyasiyasi mecburi olmaqla
yanasi onlarin olculeri oturacaqli sekilde olurlar.hal hazirda donanmada bele util
qazanlar genis yayilmisdir.gemilerde daha genis yayilmis util qazanlara ve horizontal
separatorlara rast gelmek olur.bu qazanlardada buxarin alinma prinsipi eyni olaraq qalir.
Util qazanların işlədiyi zaman bunlar nəzarətdə olmalıdırlar:
1)Barabanda və yaxud separatorda suyun səviyyəsi
2)Buxarın təzyiqi və temperaturu
3)Məhsuldarlıq
4)Bəsləyici suyun temperaturu
5)İşlənmiş qazların qazanın girəcəyində və çıxışdakı temperaturları
6)Qaz traktındakı müqavimət
7)Bəsləyici suyun kimyəvi tərkibi
Util qazanları işə salmazdan əvvəl zaslonkaların açılıb
bağlanmasını,servomotorunun işini,eləcə də normal rejimdən aşağı yüklə
işləyən vaxt (baş mühərriklər) qazların util qazana bağlanmasını yoxlamaq
lazımdır.(Bu kükürd korroziyasının və intensiv dudanın – hisin yığılmasının
qarşısını almaq üçündür)
Mühərriklərin qazlarının tərkibində yağ olarsa (mühərrik yağ atırsa),util qazan
mümkün qədər tez – tez qudrondan təmizlənməlidir.Qazanın çirklənməsini
göstərən util qazların qazana sonrakı temperaturunun qalxmasıdır.Eləcə də
mütəmadi olaraq zaslonkaların açılıb – bağlanmasını yoxlamaq lazımdır.Əgər
qudron (duda) alovlanarsa ora tez buxar verib alovu söndürmək və səthləri
dudadan təmizləmək lazımdır.Util qazanları közərmə yolu ilə təmizləmək
yalnız o zaman olar ki,təlimata tam əməl olunsun.(çıxan qazlarla – util qazan
közərdilir).Qazanlarda aralıq qatlarının dəyişməsi,eləcə də xırda təmiz işlə
yalnız util qazanın fəaliyyəti dayandırıldıqdan sonra görülə bilər.Util qazanın
işlədiyi zaman suyun səviyyəsi göstəricilərin görünmə səviyyəsində dəyişə
bilər (buna yol verilir).Əgər səviyyə daha çox aşağı düşürsə,qazanın işini
saxlayıb,avtomatikaya baxmaq lazımdır və ya əl ilə idarə etməyə keçmək
lazımdır.Buxar qazanının suyunu boşaltmazdan əvvəl onun temperaturunu 50oC - ə qədər aşağı salmaq lazımdır.Bütün təmizləmə işləri mümükün qədər
tez aparılmalıdır ki,qazan çox soyumasın.
Əgər işlədiyi zaman qazanın su səviyyəsi lapdan düşürsə (tez – tez ) qazan
daxili separasiya pis olur.(su – buxar qarışığı sistemə gedir).Qazanə açıb
separatoru yoxlamaq lazımdır..
Dostları ilə paylaş: |