Bilet 2.
1.Buxar qazaninin inkisafı haqqinda.
Gəmi energetik qurğularının əsas vəzifəsi gəminin hərəkətini təmin
etməkdir. Bundan başqa gəmi energetik qurğularının normal işləməsindən
köməkçi mexanizmlərinin gəminin idarə olunması və üzmə keyfiyyətlərinin
saxlanması, yükləmə - boşaltma əməliyyatların aparılması, gəminin elektrik
enerjisi, buxar və istiliklə təmin edilməsinə xidmət edir. Gəmi energetik
qurğularının hamısı istilik qurğularıdır. Belə ki, onlarda yanacağın
yandırılmasından alınan istilik enerjisi maxaniki işə çevrilir. İstilik mühərrikləri
onlarda istifadə olunan işçi cismlərin növlərinə görə qruplaşdırılır.
D. Y. M. – də və qaz turbinlərində işçi cism kimi yanacağın yanması
nəticəsində alınan qazlar, buxar mühərriklərində isə su buxarı başa düşülür. Avar
vintlərinin hərəkətə gətirilməsi üçün istifadə olunan mühərriklər baş mühərriklər
adlanır. Əgər baş mühərrik kimi buxar mühərrikləri istifadə olunursa, onda onu
buxarla təmin etmək üçün baş buxar qazanından istifadə olunur. Gəmilərdə buxarla
digər ehtiyyacları təmin etmək üçün köməkçi buxar qazanları tətbiq olunur.
Gəmilərdə çox sayda köməkçi mexanizmlər vardır. Bunlara aiddirlər:
nasoslar, yanalma və qaldırıcı mexanizmlər, sükan mexanizmləri, soyuducu
maşınlar və s.
Müasir gəmilərdə köməkçi mexanizmlər əsasən elektrik mühərrikləri
vasitəsilə hərəkətə gətirilir. Lakin bəzi hallarda köməkçi mexanizmlər istilik
mühərriklər (buxar) vasitəsilə hərəkətə gətirilir. Gəmidə elektrik enerjisinə olan
tələbatı ödəmək məqsədilə istifadə olunan elektrik stansiyalarında gəmi güc
qurğularında tərkibinə daqxildir. Elektrik generatorları köməkçi D.Y.M. və ya
buxar turbinləri ilə hərəkətə gətirilir. Ona görə də gəmi elektrik stansiyaları dizel –
generator və yaxud turbogenerator adlanırlar.
Müxtəlif istilikqızdırıcı aparatlar da gəmi güc qurğularına aiddir.
Güc qurğularının ehtiyyatlı işindən gəminin üzmə təhlükəsizliyi, sərnişin və
yük daşınmaları planın nə dərəcədə yerinə yetirilməsi çox asılıdır. Gəmi
daşınmalarının maya dəyərinin 35% - dən çoxunu gəmidə istifadə olunan
yanacağın qiyməti təşkil edir. Ona görə də gəmi güc qurğularının səmərəli və
qənaətli istismarı böyük əhəmiyyət kəsb edir. Hal – hazırda gəmi güc qurğularında
maye yanacağından istifadə olunur.
Dünya ticarət donanmasında atom enerjisi ilə işləyən atom gəmiləri hələlik
azlıq təşkil edir.
Güc qurğusunun tipi və baş mühərrikinin konstriksiyası qurğunun gücündən,
gəminin təyinatından onun iş failiyyətindən, şəraitindən və başqa amillərdən
asılıdır və buna görə seçilir. Ötən əsrin birinci 50 ilində baş mühərrik kimi
porşenli buxar maşınları üstünlük təşkil edirdi. Lakin onların gücünün az olması və
qənaətsiz işləməsi onların istehsalının dayandırılmasına səbəb oldu.
Bundan sonra yuksək qənaətə malik olan dizel qurğuları gəmilərdə geniş
tətbiq olunmaya başladı. Hal-hazırda ümumdunya dəniz donanmasının gəmilərinin
75-80%-dən çoxu dizel qurğuları ilə işləyir. Xəzər dəniz gəmiçiliyinin gəmilərində
əsasən dizel energetik qurğuları təşkil edir. Hazırda dizel istehsal edən zavodlar
gücü 16-20 min kVt olan dizel mühərrikləri hazırlayır bu isə öz növbəsində
istənilən yük götürmə qabiliyyətinə malik olan quru yük daşıyan gəmilərdə
tankerlərdə və digər gəmilərdə dizellərin istifadə olunmasına şərait yaradır.
Beləliklə dizel mühərrikləri ən geniş yayımış gəəmi mühərrikləri hesab
edilir. Əvvəllər kiçik və ort dövrlü dizellərə üstünlük verilirdisə , son zamanlar orta
və yüksək dövrlü 4 taktlı dizellər çox istifadə olunur.
1978-ci ilin məlumatına əsasən buxar turbinləri gəmi güc qurğuları olan
gəmilər dünyada yüklərin 33%-ni daşıyırdı.Gəmi buxar turbininin üstünlüyü onun
böyük gücə 55 min kVt qədər malik olan qurğudur .Bu isə vaxtı ilə böyük sürətə
malik olan sərnişin gəmilərin istehsalına imkan verirdi.
Dostları ilə paylaş: |