3)Ölçü informasiyasının sayına görə ölçmələr
Ölçmə informasiyasının miqdarına görə ölçmələr bölünür:
Birdəfəlik, burada ölçmələrin sayı, ölçülən kəmiyyətlərin sayına bə-
rabərdir.
Əgər bir kəmiyyət ölçülürsə, onda ölçmə bir dəfə aparılır. Onu qeyd
etmək lazımdır ki, bir (yeganə) ölçmənin dəqiqliyi çox aşağıdır-kobud
səhvlərin (yayınmaların) ehtimalı yüksəkdir. Əksər hallarda ən azı iki-üç
ölçmənin yerinə yetirilməsi tövsiyə edilir. Bununla belə ölçmə nəticəsi
olaraq iki, üç hesabat qiymətinin orta qiyməti götürülür.
Çoxdəfəlik, burada ölçmələrin sayı ölçülən kəmiyyətlərin sayını
𝑛/𝑚 dəfə aşır, burada 𝑛 - ölçülən kəmiyyətlərin sayı; 𝑚 - hər bir kəmiyyətin ölçmələri
sayıdır. Adətən, çoxdəfəlik ölçmədə 𝑛 ≥ 3. Çoxdəfəlik
ölçmələrin keçirilməsində məqsəd, ölçmə xətalarının təsadüfi təşkiledicilərinin təsirini
azaltmaqdır.
Dostları ilə paylaş: |