2. Əsas terminlər və anlayışları
Termin latın sözündən götürülüb sərhəd, son hədd deməldir. Termin hansısa elm sahəsində,
texnikada, incəsənətdə və s. hansısa anlayışın adıdır.Terminlər sahənin predmetləri, halları,
anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır. Müstəqil Dövlətlər Birliyində “Texniki
nizamlama haqqında” ,“Standartlaşdırma haqqında” və “Sertifikatlaşdırma haqqında”
qanunlar qəbul edib.Bunlara:
Standart
Standartlaşdırma
Texniki nizanlanma və s aiddir.
Standartlaşdırma - qayda və xarakteristikaların müəyyən edilməsi üzrə fəaliyyətdir.
Standartlaşdırma texniki iqtisadi qanunların təsirini əks etdirən məsələləri öyrənir. Bununla
yanaşı standartlaşdırma sənaye istehsalının inkişafında və ictimai sərvətlərin artırılmasında
böyük rol oynayır. Standartrlaşdırma nəticəsində müəyyən edilmiş normaların, qaydaların,
tələblərin, üsulların, terminlərin və işarələrin elmdə,, kənd təsərrüfatında və s. müstəsna
əhəmiyyəti vardır. Standartlaşdırma elmi- texniki və iqtisadi tərəqqinin sürətlənməsinə ciddi
təsir edən vasitədir.
Texniki nizamlama - müəyyən olunma sahəsində münasibətlərin hüquqi nizamlanmasıdır.
Oməhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya, reallaşdırma və müəyyən
olunma sahəsində məhsula, istehsal proseslərinə, istismara, saxlanmaya, daşınmaya,
reallaşdırma tələblərin könüllülük prinsipləri əsasında müəyyən edilməsi və icrasından
ibarətdir. Standart - dəfələrlə istifadə üçün nəzərdə tutulan sənəddir. Standart məhsulların
keyfiyyətini və təhlükəsizliyini müəyyənləşdirir.Standart məhsulun və prosestərin
xarakteristikasının, qaydalarının, istismarının, saxlanmasının, daşınmasının,
reallaşdırırlmasının və s kimi işlərin yerinə yetirilməsi müəyyən edilir.
Dostları ilə paylaş: |