3. Fiziki kəmiyyət anlayışı
Fiziki kəmiyyət (FK)-əksər fiziki obyektlər üçün keyfiyyət baxımın- dan ümumi, kəmiyyət
baxımından isə hər bir obyekt üçün fərdi olan xüsusiyyətdir.Fiziki kəmiyyətin vahidi-təyini
üçün vahidə bərabər qiymət verilmiş fiziki kəmiyyətdir. Həmçinin söyləmək olar ki, fiziki
kəmiyyətin vahidi onun elə qiymətidir ki, onunla eyni cinsə mənsub fiziki kəmiyyətlərin
kəmiyyətcə qiymətləndirilməsində müqayisəsi üçün əsas olaraq qəbul edilir.Öyrənilən
obyektin xüsusiyyətinin verilmiş fiziki kəmiyyətlə əks olunmasının kəmiyyətcə təzahüründə
fərqliliyin müəyyən edilməsi üçün fiziki kəmiyyətin ölçüsü anlayışının daxil edilməsini vacib
etmişdir. Fiziki kəmiyyətin ölçüsü - “fiziki kəmiyyət” anlayışına uyğun, verilmiş obyektin
xüsusiyyətinin kəmiyyətcə miqdarıdır.
Dostları ilə paylaş: |