Bilet 12
.
1. Standartların kateqoriyaları
Standart - standartlaşdırılan obyektə kompleks normalar, qaydalar müəyyən edən və
səlahiyyətli orqanlar tərəfindən təsdiq edilən, standartlaşdırmanın normativ texniki sənədidir.
"Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 16 aprel 1996-cı ildə qəbul
olunmuş və 8 oktyabr 1996-cı ildə Respublika Prezidentinin fərmanı ilə qüvvəyə minmiş
Qanununa əsasən Respublikada standartlaşdırma üzrə aşağıdakı kategoriyalı normativ
sənədlər hazırlanmışdır. Standartların kateqoriyaları aşağıdakılardır:
-Azərbaycan Respublikasının dövlət standartlar(A2:S).
-Texniki-iqtisadi və sosial informasiya təsnifatları(TİSİT).
-Sahə standartları(SSAZ).
-Dövlətlərarası standartlar (QOST).
-Texniki şərtlər(TŞAZ).
-Müəssisə standartları(MS).
-Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları(ETMCS).
Bu qanuna əsasən respublikada standartlaşdırma sahəsində fəaliyyət göstərən icra
hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin
vahid dövlət qeydiyyatı və uçotu təmin edilir,onların ümumrespublika və sahə fondları
yaradılır. Standartların yuxarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir
dairəsindən asılı olaraq həyata keçirilir.Hər bir qrup standartlar üçün onların mütləq tərtib
olunma sahəsi, standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |