4.Uyğunluq sertifikatı
Sertifikatda məhsulun lazımi qaydada eyniləşdirilməsi, prosesin və xidmətin konkret
standarta, yaxud digər normativ sənədə uyğunluğu göstərilir. Sertifikat standartın bütün
tələblərinə, onun ayrı-ayrı bölmələrinə, yaxud məhsulun konkret xarasterikalarına aid ola
bilər.Sertifikatlaşdırma sistemində standartlara uyğunluğu göstərən iki üsuldan istifadə
olunur.
1. Uyğunluq sertifikatı
2. Uyğunluq nişanı
Uyğunluq sertifikatı-sertifikatlaşdırma aparıldıqdan sonra verilən sənəd olub, obyektin
texniki reqlamentin tələblərinə, standartların müddəalarına yaxud müqavilə şərtlərinə
uyğunluğunu təsdiq edir.
|