Sertifikatlaşdırma (latıncadan “sertifico” – təsdiq edirəm) – istehsalçıdan və istehlakçıdan
asılı olmayaraq rəsmi orqan tərəfindən məhsulun qoyulmuş tələblərə uyğunluğunun yazılı
şəkildə təsdiqi prosedurudur. Məhsulların sertifikatlaşdırılması iki istiqamətdə məcburilik və
könüllülük əsasında aparıla bilər.
Məcburi sertifikatlaşdırma – xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,
proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun
təsdiqlənməsidir.Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı,
sağlamlığı və əmlakının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər
üçün həyata keçirilir. Qanunvericiliklə müəyyən edilən bu mallara qoyulan tələblərin bütün
istehsalçılar tərəfindən yerinə yetirilməsi məcburidir.
Könüllü sertifikatlaşdırma – satıcının məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının
təşəbbüsü ilə könüllülük əsasında keçirilən sertifikatlaşdırmadır.Könüllü sertifikatlaşdırma
məhsullar, proseslər və xidmətlər üçün mövcud standartların və digər normativ sənədlərin
tələblərinə riayət olunması dövlət tərəfindən nəzərdə tutulmamışdır.
Könüllü
sertifikatlaşdırma o məhsullar üçün aparılır ki, məcburi təhlükəsizlik tələbləri şamil edilmir.
Bununla yanaşı könüllü sertifikatlaşdırma etibarlılıq, estetik, erqonomik, qənaətcillik və s.
göstəricilərin yoxlanması hesabına bazara keyfiyyətsiz malların çıxarılmasını məhdudlaşdırır.
Dostları ilə paylaş: