143
raza, β-qalaktozidaza (laktaza) və s. mövcuddur ki, onlar da disaxaridləri monosa-
xaridlərə parçalayırlar. Maltaza fermenti maltozanı 2 molekul α-qlükozaya, saxara-
za fermenti saxorazanı qlü-kozaya və β-fruktozaya parçalayır.
β-qalaktozidazanın (laktaza) təsirindən laktoza qlükozaya və qalaktozaya
parçalanır.
İnsan və heyvanların həzm şirələrində sellüloza -1,4 qlükon-4-qlükonohido-
laza K∙F∙3.2.1.4 fermenti sellülozanı sellobiozaya qədər parçalayır. İnsanlarda bu
proses yoğun bağırsaqlarda mikrofloranın təsiri ilə az miqdarda baş verir.
Monosaxaridlər müxtəlif sürətlə qana sorularaq qaraciyər və başqa orqanlara
aparılır. Qlükozanın bağırsaqdan qana sorulma sürətini şərti olaraq 100 götürsək,
qalaktozanınkı 110, fruktozanınkı 43 və mannozanınkı 19-dur. Pentozaların sorul-
ma sürəti daha zəifdir.
Qaraciyərdə, əzələlərdə və başqa orqanlarda qlükozanın
müəyyən hissəsi
qaraciyərdə qlikogenə çevrilir və ehtiyat maddə kimi toplanır. Qalan hissəsi isə
qanla orqanlara aparılaraq, hüceyrələrdə oksidləşmə prosesinə uğrayır.
Orqan və toxumalarda karbohidratların: əsasən qlikogenin və qlükozanın
miqdarı nisbətən sabit olur. Qanda qlükozanın miqdarı insanda 80–120 mq%, atda
90–110 mq%, kövşəyən heyvanlarda 40–100 mq%, inəkdə 60–100 q%, camışda
70–90 mq%, qoyunda 60–90 mq%, donuzda 40–250 mq%, itdə 70–100 mq%
arasında dəyişir. Qlükozanın və başqa karbohidratların miqdarının qanda və s.
orqanlarda nizamlanması sinir sistemi və daxili sekresiya vəziəri ilə aparılır.
Onlardan adrenalinin, insulinin, kortikosteronu, qlükaqonu və s. hormonları göstər-
mək olar.
İnsulin və adrenalin bir-birinin antiqonistidir. İnsulin hormonu qaraciyərdə,
əzələlərdə və s. orqanlarda qlükozanın qlikogenə çevrilməsini sürətləndirir, qlüko-
zanın bir hissəsini (30%) isə yağa çevirir, aminturşuların karbohidratlara çevrilmə-
6
12
6
6
12
6
2
11
22
12
O
H
C
O
H
C
O
H
O
H
C
saxaraza
saxaroza α-qlükoza β-fruktoza
6
12
6
6
12
6
2
11
22
12
O
H
C
O
H
C
O
H
O
H
C
laktaza
laktoza qlükoza qalaktoza
11
22
12
2
6
10
6
O
H
C
n
O
H
O
H
C
sellülaza
sellobioza
11
12
6
2
11
22
12
2
O
H
C
O
H
O
H
C
sellobiaza
sellobioza β-qlükoza
downloaded from KitabYurdu.org
144
sini dayandırır, qlikoneogenezi ləngidir. Adrenalin isə bunun əksinə təsir göstərir,
yəni qlikogenin qlükozaya
çevrilməsində iştirak edir, qanda süd turşusunu artırır.
Tiroksin və hipofizin hormonları əzələlərdə olan qlikogeni qlükozaya
çevirir. Ona görə də diabetogen hormonlar sayılır.
Bunun əvəzində azotsuz üzvi
birləşmələrdən karbohidratların sintezini sürətləndirir. Kortikoidlər (kortizon,
kortikosteron və s.) insulinin əksinə təsir edir, qaraciyuərdə qlikoneogenezi sürət-
ləndirir, qlükozanın mübadiləsini zəiflədir.
Qanda qlükozanın miqdarının nizamlanması uzunsov beyində şəkər mərkə-
zinin iştirakı ilə həyata keçirilir.
Qanda qlükozanın miqdarının sabitliyi pozulduqda – yəni hipoqlikemiya
zamanı qanda qlükozanın miqdarı azaldıqda (istifadə artdıqda, qəbulu azaldıqda və
s.) heksokinazanın fəallığı azalır, toxumalar, xüsusilə mərkəzi sinir
sistemi qlükoza
ilə təmin olunmur, bihuşluq baş verir. Hiperqlikemiyada (qanda qlükozanın miqda-
rının çoxalması) heksokinazanın fəallığı artır, qlükozadan tam istifadə olunmur,
sidiklə 8–10% qlükoza ifraz edilir. Hiperqlikemiya diabet zamanı,
hipofizin,
qalxanvari və böyrəküstü vəzilərin hiperfunksyası nəticəsində baş verir.
Dostları ilə paylaş: