145
Bu qarışıq birləşmədə 95% qlükoza-6-fosfat olur. Bu reak-siya qaraciyərin
fosfoqlükomutaza reaksiyasının məhsulu adlanır. Qlükoza 6-fosfat qaraciyərdə
qlükoza-6-fosfataza fermentinin iştirakı ilə sərbəst qlükozaya və fosfat turşusuna
parçalana bilər.
Həmçinin qlükoza-6-fosfat qlikoliz prosesinə qoşula bilər.
Esterləşmə (efirləşmə) reaksiyasına daxil olmamış qlükoza qana daxil olur
qan vasitəsilə toxumalara daşınaraq energetik material kimi istifadə olunur.
Qlükoza-6-fosfat isə bir çox toxumalarda (əzələ və beyin toxumasından başqa)
ATF-in regenerasiyasına və enerjinin çıxarılmasına (ayrılmasına) sərf olunur.
Qlükoza-6-fosfatın orqanizmdə parçalanması iki istiqamətdə:
1) Dixotomik istiqamət (anaerob çevrilmə) bu istiqamətdə molekula tən
yarıya bölünür.
2) Apotomik parçalanma – molekula birinci karbon atomunu itirir.
Dostları ilə paylaş: