39
Təxminən 800 antibiotik növündən 100-ə qədəri peptid quruluşa malikdir.
Penisillini misal göstərmək olar. Onun tərkibinə sistein və
d valin daxildir.
Təbii peptidlər təsir xüsusiyyətindən asılı olaraq orqanizmin həyat
fəaliyyətinə müxtəlif cür təsir göstərirlər. 1) Hormonal aktivliyə malik olanlar
(vazopressin, oksitosin, adrenokortikotron, qlükaqon, kalsitonin, insulin). 2) Həzm
prosesində iştirak edənlər (qastrin, sekretin). 3) Qan zərdabında olanlar
(angiotenzin, bradikinin, kallidin). 4) Güclü zəhər təsirinə malik olanlar - ilan və
həşaratların zəhəri, zəhərli göbələklər, mikroblar. 5) Antibiotik təsirə malik olanlar.
6) Hüceyrənin fəaliyyətini artıranlar. 7) Bioüzvi kompleks və birləşmələri hüceyrə
membranından keçirənlər. 8) Beyində gedən prosesləri nizamlayan hormonlar
(neyrohormonlar).
Müasir elmin inkişafı yeni polipeptid quruluşlarının açılması, canlı
orqanizmdə gedən biokimyəvi proseslərin dərindən öyrənilməsinə təkan
verəcəkdir.
Dostları ilə paylaş: