Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

Biokimyadan mühazirələr. 
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu 
MÖVZU 4. ZÜLALLLAR, TƏRKİBİ, FUNKSYALARI, QURULUŞU,TƏS- 
NİFATI. SADƏ VƏ MÜRƏKKƏB ZÜLALLAR. BİOLOJİ ROLU. 
 
P L A N
1. Zülalların tərkibi, xassələri, ayrılma və təmizlənmə üsulları 
2. Peptidlər, tərkibi, bioloji rolu 
downloaded from KitabYurdu.org


33 
3. Zülalların birinci, ikinci, üçüncü və dördüncü quruluşu 
4. Zülalların təsnifatı. Sadə zülallar, tərkibi, təbiətdə yayılması və bioloji rolu 
5. Mürəkkəb zülallar, tərkibi, yayılması, bioloji rolu 
6. Zülalların funksyaları 
1. Zülalların tərkibi, xassələri, ayrılma və təmizlənmə üsulları: Zülallar 
bütün canlıların orqanizmlərinin əsasını təşkil edən, hidroliz məhsulları α 
aminturşuları olan yüksəkmolekullu azottərkibli təbii polimerlərdir.
Zülalların ümumi formulunu aşağıdakı kimi təsəvvür etmək olar. 
H
2
N─CH─C─ ─NH─CH─C─ ─NH─CH─COOH 
│ ║ │ ║ │ 
R O R O n R 
Zülalların tərkibində elementlərin miqdarı müxtəlifdir. 
Karbon ......50-55% Oksigen ......21-24% 
Hidrogen .....6,5-7,3% Kükürd .......0-3,4% 
Azot ............15-18% Kül ............0-0,5% 
İnkişafda olan canlı hüceyrənin quru maddəsinin 55-85%-ni zülal təşkil edir. 
Ən sadə bakteriyaların hüceyrələrində 2000-ə qədər müxtəlif zülallar müəyyən 
edilmişdir. 
downloaded from KitabYurdu.org


34 
Bitkilərdə ən çox paxlalıların toxumlarında (23-40%), yağlı bitkilərdə isə 
(16-20%) zülal olur. İnsan və heyvanlarda zülal ən çox dalaqda, əzələlərdə, 
ağciyərdə, böyrəklərdə və qeyri üzvlərdə olur. Bunlarda zülal quru maddənin 72-
84%-ni təşkil edir.
Zülallar canlı materiyanın yaranmasının və inkişafının əvəzedilməz kompo-
nentidir.
Bu funksyalardan başqa zülallar hüceyrələrin və qanın osmotik təzyiqinin və 
pH-ın tənzimində iştirak edir. Zülallar bir-birindən tərkibinə və quruluşuna görə 
fərqlənirlər.
Zülalların fiziki, kimyəvi xassələrini və fizioloji rolunu öyrənmək üçün 
onları bioloji materialdan təmiz halda ayırmaq lazımdır. İlk dəfə 1728-ci ildə U. 
Bekkari buğda unundan zülali maddəni ayırmağa müvəffəq olmuşdur. Zülalları 
ayırmaq və təmizləmək üçün elə üsullar seçmək lazımdır ki, onların kimyəvi 
təbiətində və bioloji funksyalarında heç bir dəyşiriklik getməsin. Bu məqsədlə 
denaturasiya prosesinin qarşısını almaq üçün əməliyyatlar aşağı temperaturda 
(+5
0
C-dən aşağı) aparılmalıdır.
Əvvəlcə toxuma (əzələ, qaraciyər, böyrək, bitki və s.) nazik kiçik hissələrə 
bölünür, müasir homogenizator vasitəsilə homogen məhlul (ekstrakt) hazırlanır. Bu 
məqsədlə neytral duz məhlulu (8-10%-li ammonium sulfat, natrium xlorid, natrium 
sulfat) və ya spirt (70%-li metanol, etanol məhlulu) götürülür və zülal çökdürülür. 
Çökdürmə əməliyyatı -5, -10
0
C temperaturda aparılır.
Ayrılmış zülalları təmizləmək müxtəlif adsorbentlərdən istifadə etməklə 
iondəyişmə, adsorbsiya və afin xromotoqrafiya üsullarından istifadə etməklə aparı-
lır.
Duzlarla çökdürmə qüsurludur. Beləki, hər bir zülalın müxtəlif duzlara qarşı 
münasibəti fərqlidir. Belə çökdürmədə zülallar denaturasiyaya uğrayırlar.
Elektroforez üsulu ilə zülalların ayrılması daha effektlidir. Elektroforez 
kolloid hissəciklərin, o cümlədən zülalların elektrik sahəsində anoda və katoda 
doğru hərəkətinə deyilir. Zülal molekulunun böyüklüyündən, yüklərin işarəsindən 
və elektrik yükünün miqdarından asılı olaraq onların elektrodlara hərəkər sürəti də 
fərqli olur. Elektroforez yaş filtr kağızı üzərində bərk mühitdə (nişasta, aqar-aqar, 
poliakrilamid və s.) tənzimlənmiş cərəyan şiddətində və müəyyən pH-a malik olan 
bufer məhlul mühitində aparılır. Bu cür ayrılmış zülallar turş (6n HCI), əsasi (2n 
NaOH) və ya fermentativ mühitdə hidroliz olunaraq aminturşu tərkibinə ayrılır. 
Aminturşu tərkibi xromatoqrafiya üsulu ilə öyrənilir. Bu üsul ayrı-ayrı birləş-
mələrin inert maddələr üzərində müxtəlif dərəcədə adsorbsiya olunmaq qabiliy-
yətinə əsaslanır. Müasir avtomatik aminturşu analizatorlarının köməyi ilə (iondə-
yişmə xromatoqrafiya üsulu ilə) 1-1,5 saat müddətində zülalların tərkibində olan 
20-ə qədər α –aminturşularının keyfiyyətcə miqdarını təyin etmək mümkün olur.
downloaded from KitabYurdu.org


35 
Zülal molekulunda atomların yerləşməsini və molekulun fəza quruluşunu – 
hidrodinamik və işıq xassələrinə əsaslanaraq rentgenoqrafiya, elektronomik-
roskopiya analiz üsulları ilə müəyyən olunmuşdur ki, zülal hissəcikləri asimmetrik 
dartılmış formada yerləşmişdir. Zülal hissəciklərinin asimmetriyasını xarakterizə 
etmək üçün asimmetriya dərəcəsindən istifadə edilir. 
;

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin