7. Karbohidratların və lipidlərin mübadiləsi arasında əlaqə: Karbohidratlar
ilə lipidlər arasında əsas əlaqəni yaradan piroüzüm turşusu və asetil-KoA molekul-
larıdır. Piroüzüm turşusu oksidləşmə dekarboksilləşmə yolu ilə asetil-KoA mole-
kuluna çevrilir. Asetil-KoA molekulu isə orqanizmdə yağ turşularının, triqlise-
ridlərin, həmçinin digər lipidlərin biosintezi üçün əsas vasitəçi birləşmədir.
Karbohidratların dixotomik parçalanmasından alınan 3-fosfoqliserin aldehidi
izomerləşərək fosfodioksi-asetona çevrilir, axırıncının reduksiyasından alınan
fosfoqliserin molekulu isə sadə və mürəkkəb lipidlərin sintezi üçün əvəzedilməz
birləşmədir.
Lipidlərin parçalanma məhsulu olan qliserin və asetil-KoA molekulu
karbohidratların sintezi üçün ilkin birləşmə kimi əhəmiyyətlidir. Asetil-Ko A
molekulu piroüzüm turşusuna çevrilir. Axırıncılardan isə dixotomik mübadilə yolu
ilə karbohidratlar sintez olunur.
Mövzunun sonluğunda çıxardığımız nəticələrə əsasən belə qənaətə gəlmək
olar ki, orqanizmdə zülalların, nuklein turşularının, karbohodratların və lipidlərin
downloaded from KitabYurdu.org
182
mübadiləsi bir-biri ilə əlaqəlidir, vəhdət təşkil edir və bu mübadilə prosesləri bir-
birilə bağlıdır. Orqanizmdə bütün biokimyəvi proseslər bütöv bir sistem şəklində -
öz-özünü istiqamətləndirmək, özünü tənzimləmək, özünü təmin etmək formasında
maddələr mübadiləsini yaradır və orqanizmin mövcudluğunu təmin edir.
ƏDƏBİYYAT
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987.
Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M.
Bioloji kimya. Bakı 1989.
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир,
2000.
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. -
Москва. Медицина. 2003.
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия
2008.
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə.
Araz, 2010.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |