169
deyilir. Makroelementlərə: kalsium, maqnezium, natrium, kalium, xlor, kükürd,
fosfor və s. mikroelementlərə: mis, yod, kobalt, sink, manqan, molibden və
başqaları aidddir.
Makroelementlərə orqanizmdə əsas qeyri-üzvi birləşmələr: sulfat, fosfat,
karbonat, xlorid, flüorid turşularının duzları şəklində təsadüf olunur. Bu duzlar
osmos təzyiqinin yaranmasında, buferli məhlulların əmələ gəlməsində, turşu-qələvi
müvazinətində də iştirak edir.
Mikroelementlər əsasən üzvi birləşmələrin: zülalların, fermentlərin, vitamin-
lərin və hormonların tərkibində olur. Məsələn, zülallardan hemoqlobində dəmir,
vitaminlərdən siankobalamində kobalt, fermentlərdən ksantinoksidazada molibden,
karboanhidrazada sink, hormonlardan tiroksində yod vardır.
Dostları ilə paylaş: