165
Diqliserid yenidən diqliseridtransasilaza fermentinin
təsiri ilə asil-Ko A
molekulu ilə tripalmitin (triqliseridi) molekulunu əmələ gətirir.
Triqliseridlərin sintezi prosesini sürətləndirən fermentlər qrupuna qaraciyər
və s. toxumalarda rast gəlinir.
8. Lipid mübadiləsinin pozğunluqları: Yağların və lipoidlərin həzm
olunmasında mədəaltı vəzinin ifraz etdiyi fermentlərin (lipazanın) və ödün mühüm
rolu vardır. Buna görə də, mədəaltı vəzi şirəsinin və ödün bağırsağa tökülməsinin
pozulması yağların orqanizm tərəfindən mənimsənilməsini nəzərə çarpacaq
dərəcədə azaldır.
Mədəaltı vəzi şirəsinin bağırsaq mənfəzinə
ifraz edilməsinə maneəçilik
törədən xəstəliklər nəcisdə yağların miqdarının kəskin sürətdə artmasına
(steatoreya) səbəb olur.
Pankreas şirəsinin bağırsaqlara tökülməsinin pozulması ilə nəticələnən
xəstəliklər anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə xəstəliklərə
pankreas kanalının aplaziyasını, mədəaltı vəzinin hipoplaziyasını və fibrozunu
misal göstərmək olar. Bunlardan mədəaltı vəzinin fibrozu nisbətən çox rast gəlinir.
Mədəaltı vəzinin fibrozu autosom-resessiv yolla nəslə verilən irsi xəstəlikdir.
Bu xəstəlik zamanı mədəaltı vəzinin selik ifraz edən
hüceyrələrində fermentativ
dəyişikliklər baş verir və onlardan ifraz edilən şirə yüksək suvaşqanlığa malik
olduğuna görə, tədricən vəzin parenximasını fibrozlaşdırır. Yaşlı şəxslərdə
pankreatik steatoreyaya kəskin və xronik pankreatidlərə, həmçinin mədəaltı
vəzinin axacağının tutulması kimi xəstəliklərə də təsadüf etmək olar.
Öd axacağının tutulması, xolesistit (öd kisəsinin iltihabı) və öd ifrazının
pozulması ilə müşayiət olunan bəzi qaraciyər xəstəlikləri (məsələn
Botkin
xəstəliyi) zamanı bağırsaqlarda yağların həm həzmi, həm də sorulması azalır,
çünki bağırsaqlara düşmüş yağlar əvvəlcədən ödün təsiri ilə emulsiyalaşdıqdan
sonra həzm olunurlar. Yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşular
isə yalnız öd turşuları ilə kompleks birləşmələr (xolein turşuları) əmələ gətirdikdən
sonra bağırsaq divarından sorulur. Bağırsaq möhtəviyyatında ödün miqdarı
azaldıqda, yağların parçalanması nəticəsində əmələ gələn üzvi turşuların hamısı
xolein turşularına çevrilə bilmir və buna görə də bağırsaq divarından sorulmur.
O O
CH
2
−O−C−C
15
H
31
Fosfatidatfos-
CH
2
−O−C−C
15
H
31
O
fohidrolaza
O
CH−O−C−C
15
H
31
+ H
2
O CH−O−C−C
15
H
31
+ H
3
PO
4
OH
CH
2
−O−P=O CH
2
−OH
OH
Fosfatidildipalmitin Dipalmitin (diqliserid)
downloaded from KitabYurdu.org
166
Belə hallarda nəcis bozumtul-ağ rəngdə olur, onun tərkibində çoxlu miqdarda
parçalanmamış yağlar və sorulmamış yağ turşuları aşkar edilir (axolik nəcis).
Bəzi mədə-bağırsaq xəstəliklərində (kəskin enterokolit, dizenteriya, bağırsaq
vərəmi, qastritlər və s.) qida maddələrinin həzm sistemində
hərəkəti sürətlənir və
bağırsaq divarlarının selikli qişasında anatomik dəyişikliklər meydana çıxır ki,
bunlar da yağların sorulmasının pozulmasına səbəb ola bilər.
Qida maddələrinin tərkibindən yağların və lipoidlərin tamamilə çıxarılması
yolverilməz haldır, çünki onların qida maddələrinin tərkibindən çıxarılması nəticə-
sində orqanizm yağlarda həll olan vitaminlərdən (
A, D, E, K) və əvəzedilməyən
yağ turşularından (linol –
C
17
H
31
COOH, linolen –
C
17
H
29
COOH) məhrum olur.
Xolesterin mübadiləsinin pozulmaları ateroskleroz, öd daşı xəstəliyi,
ksantomatoz (idiopatik hiperxolesterinemiya), lipoidli nefroz və s.
xəstəliklərin
əsasını təşkil edir. Ateroskleroz xəstəliyi qanda xolesterinin artması ilə müşayiət
olunur. Öd daşlarının ümumi kütləsinin əsas hissəsini (90%-ə qədər) xolesterin
təşkil edir. Xolesterin normal halda ödün tərkibində məhlul halında olur. Suda həll
olmayan xolesterinin məhlul halında qalmasında öd turşularının mühüm rolu
vardır. Xolesterinin kristallaşaraq çöküntüyə keçməsi nəticəsində öd daşları əmələ
gəlir.
Bu kristal daşlar oksalat, urat, fosfat, karbonat duzlarının həll olmayan
çöküntüləridir. Xolesterin mübadiləsinin pozulmaları praktiki təbabətin mühüm
problemlərindən biridir. Bu problem haqqında tələbələr “Patoloji fiziologiya”
kursunda və klinik kafedralarda daha ətraflı məlumat alacaqlar və onun aradan
qaldırılması yolları haqqında məlumat əldə edəcəklər.
Dostları ilə paylaş: