160
Qliserinin və yağ turşularının sonrakı çevrilmələri yuxarıda göstərildiyi kimi
gedir, yəni son məhsul olaraq su və karbon qazına parçalanır, həm də enerji ayrılır.
Fosfat turşusu fosforlu üzvi birləşmələrin (nukleozidfosfatların, monosaxaridlərin,
fosfat efirlərinin və s.) və qismən fosfat turşusunun duzlarının (kalsium-fosfat,
natrium-hidrofosfat, natrium-dihidrtofaosfat və s.) əmələ gəlməsində istifadə
olunur.
Azotlu əsaslar (xolin, kolamin və s.) qarşılıqlı olaraq bir-birinə çevrilə bilir.
Xolin oksidləşdikdə muskarin və betain, reduksiya olunduqda neyrin əmələ gəlir.
Xolin sirkə turşusu ilə birləşib asetilxolinə də çevrilir. Bu da sinir oyanmala-
rında mediator rolunu ifa edir.
Kolamin oksidləşmə proseslərində iştirak edir, mədə şirəsinin sekresiyasını,
amilazanın fəallığını stimulaşdırır, qlikogenelizi, fosforlaşmanı sürətləndirir və
qeyri proseslərdə iştirak edir.
Fosfatidlər
orqanizmdə, xüsusilə qaraciyərdə və müəyyən dərəcədə başqa
orqanlarda (böyrəklərdə, sinir toxumasında, nazik bağırsaqda və s.) sintez olunur,
yəni göstərilən komponentlərdən əmələ gəlir. Bu məqsədlə fosfatid turşulardan
əmələ gələn diqliseridlərdən istifadə olunur. Sonuncular fosfat turşusu, xolin, kola-
min, serin və s. ilə birləşərək müvafiq fosfatidlərə (lesitinlər, kefalinlər, serinfos-
fatidlər və qeyriləri) çevrilirlər. Bu çevrilmələrdə ATF və sitidiltrifosfat da (STF)
iştirak edir. Xolin fosfoferazanın iştirakı
ilə fosforlaşmaqla fosfoxolinə, sonuncu
isə STF-lə birləşib sitidilfosfoxolinə (SDF-xolin) çevrilir.
CH
2
─CH
2
OH CH
2
─CH
2
OPO
3
H
2
│ │
N≡(CH
2
)
2
+ ATF → N≡(CH
3
)
3
+ ADF
│ │
CH
2
OPO
3
H
2
OH
Xolin Fosfoxolin
(CH
3
)
3
HO─N─CH
2
─ CH
2
─OCOCH
3
Asetilxolin
O
C
│ H
CH
2
│
HO─N═(CH
3
)
3
Muskarin
COOH
│
CH
2
│
HO─N═(CH
3
)
3
Betain
CH
2
║
CH
│
HO─N═(CH
3
)
3
Neyrin
downloaded from KitabYurdu.org
161
Sitidildifosfoxolin və diqliseridlə birləşib, lesitin əmələ gətirir:
SDF─
xolin+diqliserid → SMF+
lesitin
Bu sxem üzrə başqa fosfatidlərdə: kefalinlər, serinfosfatidlər və qeyriləri də
sintez olunur.
Dostları ilə paylaş: