Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə83/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

2. Yağların parçalanması: Yağların (triqliseridlərin) parçalanması onların 
hidrolizi nəticəsində baş verir. Hidroliz nəticəsində qliserin və ali yağ turşuları 
alınır. Ali yağ turşuları tərkibində əsasən karbonun miqdarı 16:18 olan (həmişə cüt 
karbon olur) doymuş: palmitin–C
15
H
31
COOH, stearin – C
17
H
35
COOH və araxin – 
C
19
H
39
COOH turşuları, doymamış: olein – C
17
H
33
COOH, linol – C
17
H
31
COOH, 
linolein – C
17
H
29
COOH, araxidon – C
19
H
31
COOH turşuları olur.
Yağların hidrolizi nazik bağırsaqda mədəaltı vəzin hazırladığı lipolitik 
fermentlərin (əsasən lipazanın) təsirilə baş verir.
Lipolitik fermentlər iki tipdə olur. Birincilər triqliseridlərdə olan α-efir 
rabitəsinin, ikincilər isə β-efir rabitəsinin hidrolizini kataliz edirlər. Triqliseridlər 
birbaşa hidrolizə uğramır. Hidroliz prosesi mərhələlərlə baş verir. Əvvəlcə α-efir 
rabitələri, sonra isə β-efir rabitələri hidrolizə məruz qalır.
downloaded from KitabYurdu.org


155 
 
β-monoqliseridlərin bir hissəsi bağırsaq divarlarından qana sorulur. Digər 
hissəsi resintez prosesinə uğrayır. Qalan hissəsi isə qaraciyərdə spesifik olmayan 
aliesteraza fermentinin təsirindən hidrolizə uğrayır.
Sonrakı proses orqanizmdə qliserin və ali yağ turşularının parçalanması ilə 
davam edir.
3. Qliserin və yağ turşularının mübadiləsi: Triqliseridlərin hidrolizindən 
əmələ gəlmiş qliserin və ali yağ turşuları sonrakı mübadilə prosesində bir sıra 
çevrilmələrə məruz qalırlar. 
Qliserin resintez prosesinə və ya başqa mübadilə prosesinə qoşulsa belə 
karbohidratlarda olduğu kimi əvvəlcə ATF-in təsiri ilə fosforlaşmaya məruz qalır. 
Prosesi qliserolkinaza fermenti kataliz edir.
CH
2
−OH CH
2
−OH 
Qliserokinaza 
CH−OH + ATF CH−OH + ADF 
OH 
CH
2
−OH CH
2
−O−P=O 
Qliserin
OH 
1-Fosfoqliserin 
CH
2
−OH CH
2
−OH 
O
Ali- 
esteraza 
CH−O−C−C
17
H
35
+ H
2
O CH−OH + C
17
H
35
−COOH 
Stearin turşusu
 
CH
2
−OH CH
2
−OH 
Β-Monoqliserid Qliserin
O
CH
2
−O−C−C
17
H
35
CH
2
−OH 
O H
2
O; O 
lipaza 
CH−O−C−C
17
H
35
CH−O−C−C
17
H
35
+ C
15
H
35
COOH 
Stearin
 
turşusu
 
CH
2
−OH CH
2
−OH
α-β-Diqliserid
β-Monoqliserid
 
O O 
CH
2
−O−C−C
17
H
35
CH
2
−O−C−C
17
H
35
O H
2
O; O 
lipaza 
CH−O−C−C
17
H
35
CH−O−C−C
17
H
35
+ C
15
H
31
COOH 
O
Palmitin
 
turşusu
 
CH
2
−O−C−C
15
H
31
CH
2
−OH
Triqliserid (palmitodstearin) α-β-Diqliserid
downloaded from KitabYurdu.org


156 
1-fosfoqliserin molekulunun əsas hissəsi yeni triqliseridlərin sintezinə sərf 
olunur. Bir hissəsi isə dioksiasetonfosfata oksidləşir.
 
Dioksiasetonfosfat molekulu izomerləşərək 3-fosfoqliserin aldehidinə çevri-
lir. Sonuncu isə dixotomik prosesə qoşulur bir sıra çevrilmələrə uğrayaraq, sirkə 
turşusuna, nəhayət suya, karbon qazına ayrılır və enerji verir.
Təbiətdə rast gəlinən yağ turşularının tərkibində karbon atomlarının sayı 
cütdür. Belə turşular tədricən parçalanaraq, hər bir β-oksidləşmədən sonra 
özlərindən bir molekul sirkə turşusu ayırırlar. Bu proses tərkibində dörd karbon 
atomu olan yağ turşusunun əmələ gəlməsi ilə başa çatır. Yağ turşusu da öz növbə-
sində β-oksidləşmə prosesinə uğrayır. O növbə ilə 2 dəfə hidrogenləşmə və hidrat-
laşma reaksiyalarına girdikdən sonra parçalanaraq 2 molekul sirkə turşusuna 
çevrilə bilər. Ali yağ turşularının β-oksidləşməsi demək olar ki, bir çox canlılar 
üçün universal proses sayılır. Müasir nəzəriyyəyə görə parçalanmaya məruz qalan 
doymamış yağ turşuları (onların digər hissəsi müxtəlif maddələrin alınmasında 
iştirak edir) ilk əvvəl reduksiya olunaraq (hidrogenləşərək) doymuş ali yağ 
turşularına çevrilirlər. Bu proses mərhələrlə baş verir.
Birinci mərhələdə doymuş ali yağ turşuları asil-KoA-sintetaza fermentinin 
iştirakı ilə koenzim-A-nın təsirindən aktiv formaya keçirlər. Bu reaksiya üçün sərf 
olunan enerji ATF molekulunun parçalanması nəticəsində alınır.
Yağ turşularının aktivləşməsi hüceyrənin sitoplazmasında gedir. Bu 
prosesdə əmələ gəlmiş pirofosfat turşusu tezliklə sitoplazmada olan pirofosfataza 
fermentinin təsiri ilə hidrolizə uğrayaraq 2 molekul fosfat turşusuna çevrilir və 
prosesin geri dönməsinə şərait yaranmır.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin