Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Mikroelementlər mübadiləsi və bioloji rolu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə92/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   96
kitabyurdu org biokimya-muhazireler compressed

4. Mikroelementlər mübadiləsi və bioloji rolu: Heyvan orqanizmində 
mikroelementlər mühüm fizioloji funksiya yerinə yetirir. Bir çox fermentlərin 
(karboanhidraza, uratoksidaza, tirozinaza, prolidaza, ksantinoksidaza, fosfopiruvat-
hidrataza və s.) hormonların və vitaminlərin tərkib hissəsi mikroelementlərdən 
ibarətdir, mübadilə proseslərinin fəallaşmasında, qandoğurmada, toxuma tənəffü-
sündə, boy və inkişaf proseslərində iştirak edir.
Mikroelementlərin üzvi birtləşmələri qeyri-üzvi birləşmələrinə nisbətən daha 
qüvvətli təsir göstərir. Məsələn, 20 mq qeyri-üzvi kobalt 0,004 mq üzvi kobaltla 
əvəz olunur.
Mikroelementlərin çatışmazlığından bir sıra xəstəliklər baş verir, heyvan-
ların boy və inkişafı ləngiyir, məhsuldarlığı azalır. Bu da xarici mühitdə: torpaqda, 
suda, bitkilərdə onların azlığından və ya artıqlığından irəli gəlir. Bu məsələlərin 
öyrənilməsi ilə biogeokimya elmi məşğul olur. Biogeokimya kainatın kimyəvi 
tərkibi ilə orqanizmin elementar kimyəvi tərkibi arasındakı əlaqəni və mübadilə 
proseslərini öyrənir. Biogeokimyanın banisi akademik V. İ. Vernadskidir. Hazırda 
bəzi ölkələrdə bir sıra biogeokimyəvi əyalətlər müəyyən edilmişdir. Bu da 
mikroelementlərin xarici mühitdə yayılma dərəcəsini (azlığını və artıqlığını) 
göstərir. Bu məsələni ilk dəfə öyrənən akademik L. P. Vinoqradov, sonralar isə
V. V. Kovalski, Y. V. Peyve, Y. M. Berzin, M. A. Riş, R. K. Dautov və başqaları 
downloaded from KitabYurdu.org


174 
olmuşdur. Bu biogeokimyəvi əyalətlərə görə insan və heyvanların mikroelement-
lərlə nə dərəcədə təmin olunduğu müəyyən edilir və bir sıra əməli tədbirlər həyata 
keçirilir. Bu sahədə Azərbaycanda da xeyli işlər aparılmışdır (Ə. Güləhmədov,
İ. Eyyubov, F. Hacıyev, Q. Xəlilov, K. Daşdəmirov və başqaları).
Azərbaycanın çox rayonlarında (Şəki–Zaqatala, Lənkəran–Astara, Laçın–
Kəlbəcər, Gəncə - Qazax, Muğan zonalarının və s.) mikroelementlərin (yod, 
kobalt, mis, manqan və s.) çatışmazlığı və bununla əlaqədar olan bəzi xəstəliklərdə 
(endemik ur, enzootik ataksiya, alimentar anemiya və s.) aşkar edilmişdir. Lakin 
bir sıra rayonlarda (Daşkəsəndə kobalt, Gədəbəydə mis, Naxçıvanda molibden və 
s.) isə əksinə mikroelementlərin miqdarı çoxdur.
İnsan və heyvanlar mikroelementləri yediyi qida və içdiyi su ilə qəbul edir. 
Xarici mühitdə kobalt çatışmadıqda heyvanlarda akobaltoz xəstəliyi nəzərə çarpır. 
Bu xəstəlik zamanı B
12
vitamininin sintezi pozulur. Çünki onun tərkibində 4,5% 
kobalt vardır. Ona görə də akobaltoz B
12
avitaminoza da səbəb olur. Xəstəliyin 
qarşısını almaq üçün və profilaktik məqsədlə heyvanların yeminə kobalt və ya B
12
vitamini əlavə olunur.
Yod orqanizmdə ən çox qalxanabənzər vəzdə toplanır və tiroksinin 
sintezində iştirak edir. O, çatışmayanda endemik ur xəstəliyi baş verir. Yodun 
çatışmamazlığına donuzlar, xüsusən cavanları daha həsasadır. Yodun çatışmamaz-
lığının qarşısını almaq üçün insan və heyvanlara verilən xörək duzuna natrium 
yodid (100 kq-a 1 q) qatılır.
Mis orqanizmdə ən çox qaraciyərdə və dalaqda toplanır. Bu mikroelement 
qanyaratmada və hemoqlobinin sintezində iştirak edir. Orqanizmdə mis çatışma-
dıqda qoyunlarda enzootik ataksiya (yalama) xəstəliyi baş verir, qanazlığı (anemi-
ya) əmələ gəlir.
Manqan ən çox qaraciyərdə və böyrəklərdə olur. Fermentlərdən peptidaza-
ları, fosfatazaları, arginazanı, karboksilazanı, xolinesterazanı və s.-ni fəallaşdırır. 
ATF-lə fəal kompleks: Mn ATF
2-
əmələ gətirir.
Manqanın çatışmazlığı qanyaranma prosesinə, cinsi yetişməyə, daxili 
sekresiya vəzilərinin fəaliyyətinə mənfi təsir göstərir. 
Manqanın çatışmazlığına quşlar daha həssasdır. Onlarda perozis adlanan 
xəstəlik baş verir. Bu isə ətrafların və qanadların sümüklərinin deformasiyası ilə 
xarakterlənir.
Molibden xarici mühitdə çox olduqda heyvanlarda xroniki molibden 
toksikozu əmələ gəlir. Boy prosesi dayanır, anemiya baş verir, diri çəki azalır. 
Qoyunlarda yun məhsuldarlığı pozulur.
Orqanizmdə təbii radioaktiv elementlərin əhəmiyyəti də çoxdur. Onlardan 
(məsələn, radioaktiv karbon) alınan enerjidən mübadilə proseslərində istifadə 
downloaded from KitabYurdu.org


175 
olunur. Bu məsələləri radiobiologiya öyrənir. Hazırda radiobiologiya elminin 
sürətlə inkişafı da bununla əlaqədardır.
Mikroelementlərin maldarlıqda: heyvanların normal inkişafında və 
məhsuldarlığında əhəmiyyəti böyükdür. Ona görə də heyvanların yemləndirilmə-
sində onların mikroelementlərə olan təlabatı və yemlərdə, yem payında, kifayət 
qədər olmasına da fikir verilməlidir.
downloaded from KitabYurdu.org


176 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin